Ərmənət
Ərmənət (keçmiş adı Oğuzyeri) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Ərmənət | |
---|---|
41°03′53″ şm. e. 47°34′06″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Oğuz |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 793 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 570 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4818[1] |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Rayon mərkəzindən 15 km şimal-şərqdə, Xalxal kəndinin şərqində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Xalxal inzibati ərazi dairəsinə daxildir.
Kəndin əhalisi (749 nəfər) taxılçılıq, heyvandarlıq və bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, 50 yerlik ATS, tibb məntəqəsi var. Qədim tarixi olan məşhur Qovurqala (Xaçmaz Qovurqalası) kəndin şimalındakı Qaladağın zirvəsindədir. Kənddə ticarət və iaşə obyektləri var. Ərmənətə Oğuz-Xalxal avtobus marşrutu ilə getmək olur.
Toponimikası
Ərmənət oyk, düz. Oğuz rayonunun Xalxal i.ə.v.-də kənd. Qaladağ dağının ətəyindədir. Keçmiş adı Oğuzyeri olmuşdur. Məşhur Oğuzlar qəbri bu ərazidə yerləşir. Kəndin əhalisi keçmiş Yazıqırağı kəndindən çıxmış ailələrdən ibarətdir.
Oykonim, ehtimal ki, orman (meşə) sözünə -ət şəkilçisini əlavə etməklə yaranmışdır; mənasını isə "ormanat", yəni "ormanlıq", "meşəlik" kimi açıqlamaq olar.[2]
Əhalisi
1863-cü il Şəki qəzasının Xaçmaz sahəsinin kameral təsvirinə əsasən Ərmənət kəndində 124 təsərrüfatda 485 nəfər əhali yaşayırdı ki, onların da 283 nəfərini kişilər, 202 nəfərini qadınlar təşkil edirdi.[3]
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 571 nəfər əhali yaşayır.[4]
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Z.Cavadova. Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası (XIX əsrin əvvəlləri - 70-ci illəri) Bakı,2002, səh.81
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629