Ərikli (Sisyan)

Ərikli kəndiQərbi Azərbaycanın Qarakilsə rayonunda yerləşən, hal-hazırda tərk edilmiş yaşayış məskəni.

Ərikli

Tarixi

Ərikli Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Etimologiyası

Toponim ərik meyvə adına "-li" sözdüzəldici şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Əhalisi

1849-cu ildə dövlət tərəfindən hazırlanmış kameral siyahıdan:

  1. Allahverdi Məhərrəm oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğlu: Rzaqulu, Qardaşları: Həzrətqulu, Allahverən
  2. Bəylər Rəhim oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Qardaşı: Rüstəm
  3. Fərzəli Abdulla oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Qardaşları: Piri, Qənbər
  4. Məmmədbağır Əsədulla oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğulları: Məmmədcəfər (oğlu: Nəsir), Fərzalı
  5. İsmayıl Məhərrəm oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğlu: Abdulla
  6. Vəli Əliməmməd oğlu — Cəbrayıl qəzasının Kərimbəyli obasından gəlib. Oğlu: Həsən
  7. Хanməmməd Əliməmməd oğlu — Cəbrayıl qəzasının Kərimbəyli obasından gəlib. Oğlu: Oruc

1873-cü ildə dövlət tərəfindən hazırlanmış kameral siyahıdan:

  1. İbrahim Namaz oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğulları: Mirzalı (oğlu: Seyidalı), Məsum, Qulu
  2. İsmayıl Məhərrəm oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğulları: Abdulla, Əsədulla, Əziz

Kənddə 1873-cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 nəfər, 1914-cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır. 1917–18-ci illərdə azərbaycanlılar qırğınlarla deportasiya edilmiş və kənd dağıdılmışdır. İndi xarabalıq yerdir.

Mənbə

  • Ənvər Çingizoğlu, "Ərikli kəndinin yaranması haqqında", "Soy" jurnalı. 12(32), Bakı, 2009.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.