Ərhan Afyoncu
Ərhan Afyoncu (türk. Erhan Afyoncu d.1967, Tokat, Türkiyə) — Türk tarixçisi, yazıçı, akademik, televiziya proqramçısı və köşə yazarı, Milli Müdafiə Universitetinin rektoru.[2]
Ərhan Afyoncu | |
---|---|
Doğum tarixi | 1967[1] |
Doğum yeri | |
İş yeri | |
Təhsili |
Həyatı
Ərhan Afyoncu ibtidai və orta təhsilini doğulduğu yer olan Tokatda almışdır. Qazi Osman Paşa Liseyini bitirdikdən sonra 1984-cü ildə Mərmərə Universiteti Atatürk Pedaqoji fakültəsi Sosial Araşdırmalar Təhsil şöbəsinə daxil olmuş, 1988-ci ildə məzun olduqdan bir il sonra isə həmin şöbədə elmi işçi vəzifəsində işləməyə başlamışdır.[3] Magistratura pilləsini Necati Əfəndi Krımın tarixi (Rus Sefaratname) tezisi ilə, Doktoranturanı isə 1997-ci ildə Osmanlı Dövlət Təşkilatında dəftərxana əmiri (XVI-XVIII əsrlər) tezisi ilə bitirmişdir. 2000-ci ildə köməkçi dosent, 2008-ci ildə dosent, 2014-cü ildə isə professora qədər yüksəlmişdir.[4]
2007-ci ildə 24 televeziya kanalında həftədə 1 dəfə verilən "Keçmiş zaman olur ki" adlı proqrama qatılan Ərhan Afyoncu daha sonra Xəbərtürk televeziyasında Murat Bardakçı və Pelin Batu ilə birlikdə "Tarixin arxa otağı" adlı tarix haqqında proqram hazırladı. Həmçinin ilk nömrəsi 30 may 2010-cu ildə çıxan və 2011-ci ilin 22 may tarixində yayımı dayandırılan "Xəbərtürk tarix" jurnalında köşə yazarı kimi fəaliyyət göstərmiş, eyni zamanda jurnalın akademik vəzifəsini icra etmişdir. 2011-ci ildə Show TV-də yayımlanan “Muhteşem Yüzyıl” ın ilk mövsümündə tarix məsləhətçisi vəzifəsində çalışsa da, serialın ikinci mövsümündə vəzifəsini tərk etmişdi. 11 noyabr 2012-ci il tarixində Türkiyənin o dövrki prezidenti Abdullah Gül tərəfindən Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu idarə heyətinin üzvü olaraq gətirilmişdir.[5]
"Bu gün" qəzetində 2008-ci ildən 2014-cü ilin aprel ayına qədər köşə yazıları yazan Ərhan Afyoncu 17-25 dekabr hadisələrindən sonra bu qəzetdən istefa etdi və 2016-cı ildə "Sabah" qəzetində köşə yazarlığına başladı.[6]
4 oktyabr 2016-cı ildə Ərhan Afyoncu prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyə Konstitusiyasının 130 və 669 saylı Qanununun 5-ci maddəsinə uyğun olaraq Milli Müdafiə Naziri Fikri İşıq və Baş nazir Binəli Yıldırım təklifi ilə Milli Müdafiə Universitetinin rektoru təyin edildi.[7]
Özəl həyatı
Özü kimi tarixçi olan Fatma Afyoncu ilə evlənmiş, bu nigahdan 3 övladı dünyaya gəlmişdir.
Əsərləri
- Das Osmanische Reich: Unverhüllt, çev. Nilüfer Çepeli, Yeditepe Yayınevi;
- Kıbrıs Meselesi, Tarih Ve Tabiat Vakfı Yayınları (TATAV) - Ali Ahmetbeyoğlu, Erhan Afyoncu;[8]
- Ermeni Meselesi Üzerine Araştırmalar, Tarih Ve Tabiat Vakfı Yayınları (TATAV);
- Osmanlı'nın Hayaleti, Yeditepe Yayınevi;
- Ottoman Empire Unveiled, Yeditepe Yayınevi;
- Sorularla Osmanlı İmparatorluğu, Yeditepe Yayınevi;
- Osmanlı Tarihi Araştırma Rehberi, Yeditepe Yayınevi;
- Ermeni Meselesi Üzerine Araştırmalar, Tatav Yayınları;
- Fatih ve Fetih Albümü, Tatav Yayınları;
- Tanzimat Öncesi Osmanlı Tarihi Araştırma Rehberi, Yeditepe Yayınları;
- Osmanlı İmparatorluğu'nda Askeri İsyanlar ve Darbeler (Uğur Demir ve Ahmet Önal ile birlikte), Yeditepe Yayınevi, İstanbul 2010 ISBN 6054052202;[8]
- Truvanın İntikamı, Yeditepe Yayınevi, İstanbul 2009, ISBN 978-605-4052-11-0;
- Yavuz’un Küpesi, Yeditepe Yayınevi ,Erhan Afyoncu , 2010, ISBN 978-605-4052-35-6;
- Muhteşem Süleyman, Yeditepe Yayınevi, İstanbul 2011. ISBN 9786054052554;
- Fransa'ya Osmanlı Tokadı, Yeditepe Yayınevi, İstanbul 2011;
- Kanuni ve Şehzade Mustafa, Yeditepe Yayınevi, İstanbul 2012;
- Venedik Elçilerinin Raporlarına Göre Kanuni ve Pargalı İbrahim Paşa, Yeditepe Yayınevi, İstanbul 2012;
- Sahte Mesih (Osmanlı Belgeleri Işığında Dönmeliğin Kurucusu Sabatay Sevi ve Yahudiler), İstanbul 2013;
- İstanbul'un Kapısı Sultanbeyli Tarihi, (Vahdettin Engin, İlber Ortaylı ve Mehmet Mazak ile birlikte), Yeditepe Yayınevi, İstanbul, 2013;
- Peçesi Düşen Osmanlı :Çince, Yeditepe Yayınevi, İstanbul, 2014;
- Son Dünya Düzeni, Yeditepe Yayınevi, İstanbul, 2014;
- Süleyman Şah Türbesi, Yeditepe Yayınevi, İstanbul, 2015, ISBN 605520077;
- Muhteşem Valide: Kösem Sultan, Yeditepe Yayınevi, İstanbul, 2015, ISBN 605978723;
- Turhan Sultan, Yeditepe Yayınevi, İstanbul, 2015, ISBN 6059787246 (Uğur Demir ile birlikte;
- Baltacı ve Katerina, Yeditepe Yayınevi, İstanbul, 2015, ISBN 6059787307[8]
Möhtəşəm Süleyman
2011-ci ilin fevral ayında nəşr olunan Sultan Süleyman və Hürrəm Sultanın həyatını izah edən bu bioqrafiyanın baş redaktorluğuu Mustafa Qaragüllüoğluna, üz dizaynı isə Sercan Arslana aiddir.[9]
Troyanın intiqamı
Yazıçının 2009-cu ilin may ayında nəşr olunan tarixi araşdırma kitabıdır. Kitabda Fateh Sultan Mehmetin Troya sivilizasiyası ilə əlaqəsi, onun şəxsiyyəti və İstanbulun Fəthi ilə əlaqədar bilinməyənlər haqqında maraqlı məlumatlar öz əksini tapmışdır.[10]
İstinadlar
- Deutsche Nationalbibliothek Record #1065674562 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- "Rektör, Prof. Dr. Erhan AFYONCU". 20 Sep 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
- "Biyografi". 5 Aug 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
- "Türk tarihçi Erhan Afyoncu". 11 Oct 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
- "Muhteşem Yüzyıl'ın danışmanı Erhan Afyoncu Atatürk Kültür, Dil ve Tarih Kurumu üyeliğine atandı". 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
- "Erhan Afyoncu Sabah qazetesi". 26 Dec 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
- "Prof. Dr. Erhan Afyoncu Milli Savunma Üniversitesi Rektörlüğü'ne atandı". 5 Oct 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
- "Erhan Afyoncuya ait tüm kitaplar". 8 Jul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
- "Erhan Afyoncu'dan 'Muhteşem Süleyman' kitabı". 31 Oct 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
- https://web.archive.org/web/20201108171454/https://www.yenisafak.com/yenisafakpazar/truvanin-intikamini-fatih-aldi-189509 (#bare_url_missing_title). Archived from the original on 2020-11-08. İstifadə tarixi: 2020-10-31.