Ərdağı (Ardağlı dağı)
Ərdağı (Ardağlı) — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin suayrıcındakı Keçəltəpə yüksəkliyindən (2744,0 m) cənub-qərbə ayrılan Salahyurdu qolunun suayrıcında, Xan bulağından 1,5 km şimal-qərbdə dağ (hünd. 2230,4 m). Üst Triasın Karni mərtəbəsinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş, şimal-şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərqində müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Şimal-şərq yamacından şimal-qərb istiqamətli Anabadgədik dərinlik qırılması keçir.[1]
Ərdağı (Ardağlı dağı) | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2230,4 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
İstinadlar
- Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.