Ərdəbil xanlığı

Ərdəbil xanlığı — XVIII əsrin 40-cı illəri - XIX əsrin əvvəllərində Cənubi Azərbaycan ərazisində (indiki İran) mövcud olmuş xanlıq. Ərazisi Talış, Qaradağ, Təbriz, MarağaGilan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri idi.

Bu məqalə Ərdəbil xanlığı haqqındadır. Digər mənalar üçün Ərdəbil (dəqiqləşdirmə) səhifəsinə baxın.
Xanlıq
Ərdəbil xanlığı
Ərdəbil xanlığı sərhədləri ilə
Ərdəbil xanlığı sərhədləri ilə
 
 
1747  1808

Paytaxt Ərdəbil
Ən böyük şəhər Ərdəbil, Zəncan, Miyanə
Rəsmi dilləri Azərbaycan dili,
fars dili
Dövlət dini İslam (Şiəlik)
Əhalisi azərbaycanlılar
İdarəetmə forması Mütləq monarxiya
Sülalə Şahsevən eli
Xan
  (1747-1763) Bədr xan Şahsevən (ilk)
  (1763-1808) Nəsir xan Şahsevən(son)

Tarixi

XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də Ərdəbil xanlığı olmuşdur. Lənkəran, Qaradağ, Qarabağ, SərabGilan xanlıqları ilə həmsərhəd olan xanlığın mərkəzi Ərdəbil idi. Xanlığın əsasənı Şahsevən tayfasından olan Bədir xan qoymuş və dövləti siyasi cəhətcə möhkəmləndirmişdi. Xanlığı feodal əyanlarından ibarət divanxana idarə edirdi. Mahallarda idarəçilik işləri bəylər, naiblər, kəndlərdə kətxudalar tərəfindən aparılırdı. Xanlığın 3 min nəfərlik daimi qoşunu var idi. Bədir xanın oğlu Nəzərəli xan Şahsevənın dövründə (1747-1783) zəndlərqacarlarla münasibət kəskinləşmişdi. Nəzərəli xan Şahsevən nikah diplomatiyası vasitəsilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmişdi. Talış xanlığı ilə də mehriban qonşuluq münasibətində idi.

Qubalı Fətəli xan 1784-cü ilin mayında hücum edərək ƏrdəbiliMeşkini tutdu. Bu hadisə Fətəli xanın düşmənlərinin, xüsusilə, Rusiyanın narazılığına səbəb oldu. Ona görə də Fətəli xan Ərdəbili tərk etməli oldu.

Qubalı Fətəli xanın Həsən xan Muğanlı ilə Ərdəbil xanlığına yürüşü. May 1784-cü il

Nəzərəli xanla şərik hakimiyyətə malik olan Nəsir xanın (1763-1808) dövründə, 1797-ci ildən etibarən xanlıq müstəqilliyini itirərək Qacarlardan asılı vəziyyətə düşmüşdü. Xanlığın fəaliyyətinə 1808-ci ildə Qacarlar sülaləsi tərəfindən son qoyulmuşdu.

Hakimləri

Sıra Xan Hakimiyyət illəri Haqqında
1
Bədir xan Şahsevən
1747-1763
2
Nəzərəli xan Şahsevən
1763-1792
3
Nəsir xan Şahsevən
1763-1808
Qardaşı Nəzərəli xan Şahsevən ilə şərik hakimiyyətə malik idi.
4
Həsən xan Muğanlı
may 1784-fevral 1785
Qubalı Fətəli xan vassalları ilə Ərdəbili tutduqdan sonra Həsən xanı Ərdəbilə hakim təyin etmişdi.
5
Məhəmmədhüseyn xan Əmirli-Avşar
1793-1820

Həmçinin bax

Mənbə


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.