Ərdəşəvi

ƏrdəşəviAzərbaycan Respublikasının Laçın rayonu Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.[1]

Ərdəşəvi
39°45′20″ şm. e. 46°29′12″ ş. u.
Ölkə  Azərbaycan
Region Laçın rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Ərdəşəvi xəritədə
Ərdəşəvi
Ərdəşəvi
Ərdəşəvi xəritədə
Ərdəşəvi
Ərdəşəvi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Toponomikası

Ərdəşəvi kəndi dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı dağdan almışdır. Bəzi mənbələrdə Ardaşavi kimi də verilmişdir.[2]

Ərdəşəvi kəndi haqqında tədqiqatçılar toponimin ardaş (ardıc ağacı) və va (yer) sözlərindən ibarət olduğunu da yazırlar, "ardıclı yer" mənasını daşıyır.[2]

Əslində isə Ərdəşəvi əsl türkmənşəli söz olub, ər sözü igid mənasında, daş sözü (ərdaşı) "ərin daş qoyduğu" yer və ya Ardaşı, Ərdəşi, Ər evi kimi mənaları da verir.[3]

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq və əkinçilik idi.

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Ərdəşəvi // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Nemət BƏXTİYAR, "ƏRDƏŞƏVİ KƏNDİ", "Ədalət", 2018. - 4 dekabr. - Səh.7.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.