Ərəzin

ƏrəzinAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.[1]

Ərəzin
39°06′26″ şm. e. 45°34′45″ ş. u.
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Culfa rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.812 nəf. (2010)
Rəsmi dili
Ərəzin xəritədə
Ərəzin
Ərəzin

Tarixi

Tarixçi Solmaz Qaşqaylının tədqiqatlarında e.ə. IX əsrdə, Ərəzin əhalisinin buraya hücüm edən Urartu dövlətinə müqavimət göstərməsindən bəhs olunur. XX əsrin sonlarına yaxın adı çəkilən ərazidə müəyyən tarixi qalıqlar tapılmış və Naxçıvan tarix muzeyinə göndərilmişdir.

Kənd Azərbaycanın siyasi həyatında böyük rol oynamağı ilə fərqlənmiş, belə ki, sovet hakimiyyəti qurulan dövrdə sovetləşməyə ciddi müqavimət göstərmişdir. O dövr üçün belə bir cəhdin edilməsi mühüm əhəmiyyətə malik idi.

Etimologiyası

Kəndin adının tarixi baxımdan izah edilməsində konkretləşmiş mövqe olmasa da, xalq etimologiyasına əsasən deyə bilərik ki, ad etimoloji təhlili ilə bağlı olan ilk versiya "ər" – igid, cəsur insan, "zin" – cəmlik bildirən əlamət kimi çıxış etməsi və ərlər diyarı, ərlər məskəni bildirməsi ilə bağlıdır. Bir başqa versiya isə adın "ərz" — dəyər, qiymət və "in" – cəmlik əlamətindən ibarət olmasıdır. Belə ki, dəyərlər diyarı mənasını ifadə etməsidir. Bu kimi və bundan fərqli olan daha bir neçə versiya mövcuddur. Lakin bunların hamısı xalq etimologiyası ilə bağlı olub elmi təsdiqini tapmamışdır.

Tanınmış şəxsləri

  • Mahmud Zeynalov Birinci Qarabağ müharibəsi

Əhalisi

Əhalisi 3000 nəfərdən çoxdur.[2]

İqtisadiyyatı

Əkinçilik əsas yer tutur.

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2.  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2016-cı il. I cild. Bakı — 2017.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.