Ərəbyengicə
Ərəbyengicə (əvvəlki adı: Ərəb Yengicə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kənd inzibati ərazi dairəsi tərkibindəki Ərəb Yengicə kəndi Ərəbyengicə kəndi adlandırılmışdır.[1]
Ərəbyengicə | |
---|---|
39°28′31″ şm. e. 44°57′00″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Şərur r-nunun İbadulla i.ə.v.-də kənd. Düzənlikdədir. Oykonim ərəb etnonimindən və yengicə (yeni, təzə) sözündən ibarət olub, "təzə ərəb kəndi, yaxud yeni salınmış ərəb kəndi" mənasındadır.[2]
Əhalisi
Əhalisi 920 nəfərdir.(2009 - cu il)[3]
İstinadlar
- "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.