Ərəb qrafikalı Azərbaycan əlifbası
Ərəb qrafikalı Azərbaycan əlifbası və ya Əbcəd[1] (ابجد) — Azərbaycan dilinin yazılmasına ərəb qrafikasının bir variantı ilə başlanılmış əlifba. Ərəb əlifbası türk dilləri üçün mükəmməl əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub. Azərbaycan Respublikası ərazisində 1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə edilib. Cənubi Azərbaycanda yaşayan Azərbaycan türkləri isə ərəb əlifbasından indi də istifadə edirlər.

Xüsusiyyətləri
Ərəb əlifbasında türk dillərinin saitlərini əks etdirən xüsusi işarələrin olmaması, bir neçə səsin bir işarə ilə yazılması həmin əlifbanın türk dillərinin əlifbası kimi işlədilməsində zaman-zaman müəyyən çətinliklər meydana çıxarmışdır. Azərbaycan dili üçün də bu çətinliklər mövcud olmuşdur.
Ərəb əlifbasının istifadəsindən irəli gələn nöqsanlar əsasən aşağıdakıları özündə birləşdirir:[2]
- 1) Azərbaycan dilində olan bir sıra fonemlərə uyğun gələn səslərin ərəb dilində yalnız tələffüzə görə fərqlənməsi nəzərə alınaraq onların əlifbada bir neçə işarə ilə ifadə olunması (məsələn: v, s, y, z, t, h);
- 2) ərəb əlifbasında işlədilən hərflərin sözdə işlənmə yerindən asılı olaraq bir qisminin dörd, digər qisminin 2 işlənmə şəklinin olması;
- 3) ərəb əlifbasındakı 28 hərfdən 16 hərf müstəqil işarəyə malik idi. Qalan 12 hərf diakritik işarələrlə bir-birindən fərqləndirilirdi;
- 4) ərəb əlifbasında Azərbaycan dilinin saitlərini ifadə etmək üçün müxtəlif diakritik işarələrdən istifadə olunurdu; ərəb əlifbasında cəmi dörd sait üçün işarə vardır, bu dörd işarə də işlənmə yerinə görə müxtəlif səsləri ifadə edə bilirdi;
- 5) yazı prosesində istifadə edilən əlavə işarələrin orfoqrafik və orfoepik səhvlərin buraxılmasına səbəb olması;
- 6) imla qaydalarını yaratmaqda, habelə tədris işində çətinliklər.
Əlifba
Aşağıdakı cədvəl, Ərəb əlifbası tərtibi ilə düzülüb və Latın əlifbasında yaxın olan qarşılıqları göstərir.
Başda | Təkcə | Ortada | Sonda | Adı | Latın | Misal (latın) | Misal (əbcəd) |
---|---|---|---|---|---|---|---|
آ / ا | ﺍ | ﺎ | ﺎ | əlif | a / ə / o / ’ | aç | آچ |
ﺑ | ﺏ | ﺒـ | ﺐ | be | b | baba | بآبآ |
ﭙ | پ | ﭙـ | پ | pe | p | papaq | پآپآق |
ﺗ | ﺕ | ﺘـ | ﺖ | te | t | Təbil | تابيل |
ﺛ | ﺙ | ﺜـ | ﺚ | se | s | saniyə | ثانیه |
ﺟ | ﺝ | ﺠـ | ﺞ | cim | c | cib | جیب |
چـ | چ | ـچـ | ـچ | çe | ç | çap | چاپ |
ﺣ | ﺡ | ﺤـ | ﺢ | ha | h | hal | حال |
ﺧ | ﺥ | ﺨـ | ﺦ | xa | x | xal | خال |
ﺪ | ﺩ | ﺪ | ﺪ | dəl | d | dil | دیل |
ﺬ | ﺫ | ﺬ | ﺬ | zəl | z | Azərbaycan | آذربایجان |
ﺮ | ﺭ | ﺮ | ﺮ | ra | r | ra | رنگ |
ﺰ | ﺯ | ﺰ | ﺰ | zə | z | zor | زور |
ﮋ | ﮊ | ﮋ | ﮋ | je | j | Jalə | ژآله |
ﺳ | ﺱ | ﺴـ | ـﺲ | sin | s | Səlim | سهليم |
ﺷ | ﺵ | ﺸـ | ـﺶ | şin | ş | şirin | شیرین |
ﺻ | ﺹ | ﺼـ | ـﺺ | sad | s | Saməd | صمد |
ﺿ | ﺽ | ﻀـ | ـﺾ | dad | z | Davud | ضاوض |
ﻃ | ﻁ | ﻄـ | ـﻂ | ta | t | tabe | طآته |
ﻇ | ﻅ | ﻈـ | ـﻆ | za | z | zahir | ظاهر |
ﻋ | ﻉ | ﻌـ | ـﻊ | ayn | ə / ‘ | əməl | عمل |
ﻏ | ﻍ | ﻐـ | ـﻎ | ğayn | ğ | bağ | باغ |
ﻓ | ﻑ | ﻔـ | ـﻒ | fə | f | fil | فیل |
ﻗ | ﻕ | ﻘـ | ـﻖ | qaf | q | qadir | قادر |
ﮐ | ک | ﮑـ | ـﮏ | kəf | k | kitab | کتآب |
ﮔ | گ | ﮕـ | ـﮓ | gəf | g | gül | گول |
ﯔ | ﯓ | ﯖ | ﯕ | ŋəf | ŋ | yeni | یڭی |
ﻟ | ﻝ | ﻠـ | ـﻞ | ləm | l | lalə | لآله |
ﻣ | ﻡ | ﻤـ | ـم | mim | m | mən | من |
ﻧ | ﻥ | ﻨـ | ـﻦ | nun | n | naz | نآز |
ﻮ | ﻭ | ﻮ | ﻮ | vəv | v / o | vilayət | ولآیت |
ﻫ | ﻩ | ﻬ | ﻪ | hə | h , ə | hava | هوا |
ﻳ | ﻯ | ﻴـ | ﯽ | yə | y , i | yaz | یآز |
ئـ | - | ـئـ | - | həmzə | ı , e | beş | بئش |

Birləşmə | Başda | Ortada | Sonda | Adı | Latın | Söz (Latın) | Söz (Əbcəd) |
---|---|---|---|---|---|---|---|
ﻻ | ﻼ | ﻼ | ﻻ | ləməlif | lə, la | lalə | لاله |
الله | Allah | Allah, -llah (-ullah, -üllah, -ıllah, -illah) | Abdullah | عبد الله |
Həmçinin bax
- Azərbaycan dili
- Ərəb əlifbası ilə yazı qaydaları
İstinadlar
- https://www.azleks.az/online-dictionary/%C9%99bc%C9%99d?s=my Arxivləşdirilib 2023-07-19 at the Wayback Machine Əbcəd
- "Cəmaləddin Rəhmanov, Təranə Abdullayeva. Azərbaycanda əlifba islahatları və xəttin təkamülü məsələləri. Bakı. 2002". 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-26.