Ərəbşahverdi (Göyçay)

ƏrəbşahverdiAzərbaycan Respublikasının Göyçay rayonunun Mallı Şıxlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Ərəbşahverdi kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Mallı Şıxlı kəndi olmaqla, Mallı Şıxlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Ərəbşahverdi
40°38′22″ şm. e. 47°42′24″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Ərəbşahverdi xəritədə
Ərəbşahverdi
Ərəbşahverdi

Toponimikası

Ərəbşahverdi XIX əsrdə ərəb mənşəli böyük tayfalardan birinin adı idi. 1870-ci ildə 250 ailədən ibarət olan bu tayfa sonralar üç hissəyə parçalanmışdı. İki hissədən ibarət olan ərəbşahverdi tayfasının 70 ailəlik bir hissəsi həmin illərdə Göyçay qəzasına köçərək indiki Ərəbşahverdi kəndinin əsasını qoymuşdu.[2]

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən cənub-qərbdə, Göyçay-Ucar avtomobil yolu kənarında, Şirvan düzündə yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 356 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti taxılçılıq, heyvandarlıq, pambıqçılıq, baramaçılıqmeyvəçilikdir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.