Ərəbşəki

ƏrəbşəkiAzərbaycan Respublikasının Ağdaş rayonunun Eymur inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.

Ərəbşəki
40°33′40″ şm. e. 47°14′33″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ağdaş rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 180 nəf. (1979)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0316
Ərəbşəki xəritədə
Ərəbşəki
Ərəbşəki

Tarixi

Keçmiş adı Qəribli olmuşdur. XIX əsrdə Nuxa qəzasında maldarlıqla məşğul olmuş, qışı Kür sahillərində, yayı isə Şəki ətrafında keçirmış ərəb mənşəli tayfaya mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[1] 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Xanabad kənd cəmiyyətinə tabe idi.[2] 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda bu kəndin də daxil olduğu Qaradəin kənd şurası yaradılmışdır. 1961-ci ilin İnzibati bölgüsünə əsasən Ərəbşəki kəndi Azərbaycan SSR Ağdaş rayonunun Qaradəin kənd sovetinə, 1977-ci ilin İnzibati bölgüsünə əsasən isə Ağdaş rayonunun Eymur kənd sovetinə daxil idi.[3] 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Eymur bələdiyyəsi təsis edilmişdir.

Coğrafiya

Ərəbşəki kəndi Kür çayı yaxınlığında yerləşir. Kənd Ağdaş rayon mərkəzindən 33 km, Bakıdan 267 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır.

Əhali

1886-cı il1979-cu il
66 180

[mənbə göstərin]

İqlimi

Kənddə havanın orta illik temperaturu +15,2 C-dir. Kənddə semiarid iqlimi mövcuddur.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.