Ərçivan
Ərçivan — Azərbaycan Respublikasının Astara rayonunun Ərçivan qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]
Ərçivan | |
---|---|
38°30′10″ şm. e. 48°50′02″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Astara rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0716 |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Ərçivan Astara rayonunun Ərçivan inzibati ərazi vahidində kənddir. Ərçivan çayının sahilində, Lənkəran ovalığındadır. Ədəbiyyatlarda Ərçivan şəklində təqdim edilir. Tədqiqatçıların bir qrupu bu toponimi Talış dilindəki ərç (dəyirman) və van (məskən, ev, yaşayış yeri) komponentlərindən ibarət "dəyirman yeri" mənalı, digər qrupu isə türk dillərində arca (ardıc ağacı) və van (məkan, yer) komponentlərindən düzəlmiş "ardıc ağacı bitən yer" mənasında söz kimi qəbul edirlər. Əslində oykonim "arci" və "van" sözlərindən düzəlib, "dağlıların yaşadığı yer" deməkdir.[2]
Etimologiyası
Ərçivan Astara rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ərçivan çayının sahilində, Lənkəran ovalığındadır. Toponimi tədqiqatçılar müxtəlif cur izah edirlər:
- 1. Arcion (ərəçləri) toponiminin dəyişilmiş variantı olub, "mışarçəkənlər yeri" deməkdir;
- 2. Talış dilindəki ərc (dəyirman) və van (məskən, ev, yaşayış yeri) sözlərindən (-i bitişdirici saitdir) ibarət olub, "dəyirman yeri" mənasını bildirir;
- 3. Türk dillərindəki arca (ardıc ağacı) və məkan bildirən van sözlərindən əmələ gəlib, "ardıc ağacı bitən yer" mənasındadır.[3]
Coğrafi adın tərkibindəki topokomponentlərdən ərç "dəyirman", "i" birləşdirici sait, van isə "məskən", "yaşayış yeri" sözlərindən ibarətdir (Dəyirman yerində salınan kənd).[4]
Tarixi
Ərçivan qəsəbəsində 1499-cu ildə əsası qoyulmuş Məhəmməd Hənəfiyyə məscidi Şah İsmayıl Xətai tərəfindən ziyarət edilmişdir. Kənddə XIX əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, Hacı Teymur və Hacı Canbaxış məscidləri diqqəti cəlb edir.[mənbə göstərin]
Mədəniyyəti
Ərçivan qəsəbəsini və bu yerlərə gələn yerli və xarici qonaqların diqqətini cəlb edən "Yanar Bulaq" abidəsidir. Çox maraqlı bir görüntüdən ibarətdir bu bulaq. Kibriti axan suya yaxınlaşdırdıqda alovlanıb yanmaqa başlayır. Mütəxəssislər bunu suyun tərkibində kükürd maddəsinin olması ilə izah edirlər[5]. Dini ziyarətgah kimi qazandaş ocağı bu yerlərdə dini inanc kimi yerli əhali tərəfindən böyük hörmət və ehtiramla ziyarət edilir. Qəsəbədə hamımıza tanış olan ulduz filmi 1964-cü ildə lentə alınıb. Filmdə lentə alınan iki mərtəbəli unikal layihəli tikili bu günə qədər Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi tərəfindən mühafizə olunaraq ümumi dövlət reyesterinə salınmışdır.[mənbə göstərin]
Görməli yerləri
- Orta əsrə aid olan Qazandaş(Gəzəndaş) türbəsi
- Ləm1906-cı il
- Yanarbulaq
- Kərbəlayi Həmid abdulla hamamı 1806-cı il
- Məhəmməd Hənəfiyyə məscidi XIX əsr[6]
Coğrafiyası və iqlimi
Qəsəbənin iqlimi yayı quraq və isti rütubətli, qışı isə mülayim keçir. Talış sıra dağlarının yamaclarında və düzənlik ərazidə yerləşir. Qəsəbə Hirkan meşələri boyunca yerləşmişdir. Qəsəbənin ərazisindən Ərçivan çayı axaraq Xəzər dənizinə tökülür. Qəsəbə əhalisinin əsas məşğuliyyəti tərəvəzçilik, çəltikçilik, sitrus meyvəçilik, arıçılıq, heyvandarlıqdan ibarətdir. Ələt-Astara yolu Ərçivan qəsəbəsinin ərazisindən keçir.[mənbə göstərin]
Əhalisi
2014-cü ilin məlumatına görə qəsəbədə 9,200 nəfər yaşayır.[7] Əhalisi əsasən talışlar və qismən azərbaycanlılardan ibarətdir. Qəsəbədə şiə müsəlmanlar üstünlük təşkil edir.
Tanınmış şəxslər
- Novruzəli Məmmədov (1942–2009) — professor.
- Əflatun Nemətzadə (1944–) — şair və yazıçı.
- Samirə Allahverdiyeva (1979–) — Azərbaycan müğənnisi.
- Elşən Ərçivanlı — ifaçı.
- Nasir Kərimi — aktyor və rejissor.
Şəhidləri
- Sahib Kələntərov (1973–1992).
- Fuad Qasımov (1972–1992).
- Bəxtiyar Əliyev (1972–1993).
- Atif Rzayev (1972–1994).
- Mahmud Əliyev (1974–1994).
- Mahir Cəfərov (1974–1994).
- Nail Əbilov (1974–1994).
- Elvaz Əliyev (1963–1994).
- Natiq Kərimov (1975–1994).
- Şahnur Hüseynov (1991–2020).
- Arif Qeybiyev (1997–2020).
- Ruslan Əliyev (əsgər) (2000–2020).
- Sadiq Bağırzadə (2002–2020).
- Tərlan Quliyev (əsgər, 2000) (2000–2020).
- Baba Qasımov (1989–2020).
- Sadiq Zeynalov (1998–2020).
- Elkiyar Məmmədov (1992–2020).
- Əli Feyziyev (1994–2020).
İstinadlar
- "Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında" Azərbaycan Respublikasının 11 dekabr 2012-ci il tarixli Qanunu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.)
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.61
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.261
- Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
- İctimai TV. "Bu bulağı fərqli edən suyunun yanmasıdır" (az.). Youtube.com. 27.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- "Muhaz.org". 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-12.
- "Əhali sayı". 2012-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-12.