Ənvər Xudiyev

Ənvər Teymur oğlu Xudiyev (5 yanvar 1938, Qaryagin) — kimyaçı alim, kimya elmləri doktoru, professor.

Ənvər Xudiyev
Ənvər Teymur oğlu Xudiyev
Doğum tarixi 5 yanvar 1938(1938-01-05) (86 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı—193, xaricdə çıxmış elmi əsərlərinin sayı—89, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı—43

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı—22.

Kadr hazırlığı: 9 fəlsəfə doktoru (elmlər namizədi)

İş yeri və ünvanı: AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Az1025, Azərbaycan Respublikası, Bakı şəh., Xocalı prospekti, 30

Həyatı

Ənvər Teymur oğlu Xudiyev 1938-ci ildə yanvarın 5-də Azərbaycan SSR Füzuli şəhərində müəllim ailəsində anadan olmuşdur. Əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. Atası, Xudiyev Teymur Nəriman oğlu, 1910-cu ildə Füzuli şəhərində anadan olub, Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra Füzuli şəhərində müəllim, sonra isə Füzuli Pedaqoji texnikumun direktoru vəzifəsində işləyib. Böyük Vətən müharibəsi başlayanda cəbhəyə yola düşüb, 1942-ci ildə Vətən uğrunda şəhid olub. Anası, Xudiyeva Tamara Hümbət qızı, 1912-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra müəllim işləyib, sonralar isə Füzuli şəhərində Pedaqoji texnikumda direktor vəzifəsində işləmişdir, əməkdar müəllim adına layiq görülmüşdür, fəxri təqaüdçü idi, 1985-ci ildə dünyasını dəyişib. Ailədə 4 uşaq: 3 bacı, 1 qardaş böyüyüblər, onların hamısı ali təhsil alıblar. Böyük bacısı Xudiyeva Elmira Teymur qızı (1935-ci il təvəllüdlü) həkimdir. Ortancıl bacısı Xudiyeva Elza Teymur qızı (1936-cı il təvəllüdlü) müəllim işləyib. Balaca bacısı Xudiyeva Svetlana Teymur qızı (1941-ci il təvəllüdlü) həkimdir.

Ənvər Teymur oğlu Xudiyev 1946-cı ildə Füzuli şəhərdə S.M.Kirov adına rus məktəbinə qəbul olmuş, 1956-cı ildə bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə qəbul olmuş, 1961-ci ildə bitirmişdir (fizika ixtisası üzrə). Elə həmin ilin yanvar ayından Azərbaycan Neft Maşınqayırma İnstitutunda baş texnik vəzifəsində çalışmağa başlayıb, dekabr ayından isə həmin institutda ali təhsilli mühəndis vəzifəsinə keçirilib. 1962-ci ilin oktyabr ayından Azərbaycan SSR Elmlər Akademiyasının akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna böyük mühəndis vəzifəsinə işə qəbul olmuş, iki ay sonra Moskva şəhəri SSRİ Elmlər Akademiyasının akad. N.D.Zelinski adına Üzvü Kimya İnstitutuna Fiziki-kimya üzrə ixtisaslaşmaq üçün tədqiqatçı kimi göndərilərək, işini orada davam etdirmişdir. 1964-cü ildə Moskvada aspiranturaya qəbul olub, 1967-ci ilin dekabr ayında aspiranturanı bitirmiş və Bakıya qayıdaraq Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində işə başlamışdır.

1968-ci ilin iyul ayından həmin institutda böyük elmi işçi, 1969-cu ildən 1995-ci ilə kimi Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya rəhbəri vəzifəsində çalışmışdır.

May 1994-cü ildən İran İslam Respublikasının Təbriz şəhərindəki Səhənd adına Texnoloji Universitetin dəvətinə əsasən ezamiyyətə getmiş, May 2008-ci ilə kimi İranda işləmişdir.

İran İslam Respublikasında işlədiyi zaman professor Ə.Xudiyev Azərbaycan elminin yüksək səviyyəsini nümayiş etdirib. Bir azərbaycanlı alim kimi onun haqqında İran qəzetində yazı dərc edilib və radioda veriliş həsr olunub.

İran İslam Respublikasından qayıtdıqdan sonra yenidən Neft-Kimya Prosesləri İnstitutuna işə qəbul olmuşdur, hazırda Baş elmi işçi vəzifəsində çalışır.

Evlidir, 4 qız atasıdır, bütün övladları ali təhsillidir.

Həyat yoldaşı, Xələfova Solmaz Rəhim qızı, 1945-ci ildə anadan olub, həkimdir. Böyük qızı Sevda, 1971-ci il təvəllüdlü, həkimdir. 2-ci qızı İlhamə, 1973-cü il təvəllüdlü, iqtisadçıdır. Hazırda atası ilə bir institutda çalışır, elmi işçidir. 3-cü qizi Nərgiz, 1975-ci il təvəllüdlü, həkimdir. 4-cü qızı Leyla, 1979-cu il təvəllüdlü, həkimdir.

Fəaliyyəti

Elmi fəaliyyəti

Ənvər Xudiyev 1968-cı ilin əvvəlində Fiziki kimya ixtisası üzrə (ixtisas şifri— 02.00.04) "Mikrokalorimetrik üsuli ilə katalizatorlarda (seolitlərdə) adsorbsiyanın öyrənilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1968-ci il mart ayında SSRİ Ali Attestasiya Komissiyası tərəfindən kimya elmləri namizədi dərəcəsi təsdiq edilmişdir. 1970-ci il mart ayında həmin orqan tərəfindən Böyük elmi işçi adına (indiki dosent vəzifəsi) layiq görülmüşdür.

1989-cu ildə kimyəvi kinetika və kataliz ixtisası üzrə (ixtisas şifri— 02.00.15) "Seolittutumlu katalizatorların sintezi və alınma üsulunun işlənib hazırlanması və onların tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1989-cu ilin sentyabr ayında SSRİ Ali Attestasiya Komissiyası tərəfindən kimya elmləri doktorluq dərəcəsi təsdiq edilmişdir. 1990-cı il may ayında SSRİ Ali Attestasiya komissiyası tərəfindən professor adına layiq görülmüşdür.

Professor Ə.Xudiyev hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda "Heteroqen kataliz laboratoriyası"nda Baş elmi işçi vəzifəsində çalışır.

Apardığı elmi tədqiqatların nəticələri

Ənvər Xudiyev tərəfindən ilk dəfə olaraq:

  • Natrium kationunu polivalent kationla əvəz etdikdə fojazit tipli seolit katalizatorların turşu-əsasi reaksiyalarda aktivliyinin dəyişməsi nəzəri proqnozlaşdırılmışdır. Həmin iş 1970-ci ildə kataliz üzrə 4-cü Dünya konqresində mərüzə olunmuşdur və qəbul olunmuşdur.
  • Alüminium-, maqnezium- və alümomaqnezium-silikat seolit-tərkibli katalizatorların sintez şəraitinin, fojazit və ZSM tipli seolitin və daşıyıcının təbiətinin katalizatorun aktivliyinə təsiri öyrənilmişdir.
  • Müasir fiziki-kimyəvi üsullarlardan istifadə etməklə sintez edilmiş katalizatorların parametrləri öyrənilmiş və nəticədə krekinq prosesi üçün katalizatorların sintezinin elmi əsasları yaradılmışdır. Sintez olunmuş katalizatorlar təcrübi-sınaq qurğusunda ağır neft fraksiyalarının krekinq prosesində sınaqdan keçirilmiş və yüksək keyfiyyət göstərmişdir.

Ənvər Xudiyev Təbrizdə işlədiyi dövrdə ilk dəfə olaraq:

  • İranlı həmkarları ilə birgə apardıqları tədqiqatlarla müəyyən edilib ki, havanı zərərli karbon birləşmələrindən təmizləmək üçün ozon və katalizatordan/adsorbentdən birgə istifadə etdikdə çox yüksək nəticə alınır: proses aşağı temperaturda (25oC – 100oC) gedir və havanın zəhərli karbon birləşmələrindən təmizlənməsi 100 %-ə çatır. Bunu nəzərə alaraq professor Ə.T.Xudiyev təklif etmişdir ki, bu üsuldan maşınların və zavodların tullantı qazlarının təmizlənməsi üçün istifadə edilsin.

Dissertantlara elmi rəhbərlik və opponentlik

Professor Ənvər Teymur oğlu Xudiyevin rəhbərliyi ilə 9 fəlsəfə doktoru (o cümlədən bir nəfər İran alimi olmaqla) hazırlanmışdır. 15 fəlsəfə doktoru və 1 elmlər doktoru (Özbəkistanda) dissertasiysına opponentlik etmişdir.

Pedoqoji fəaliyyəti

Professor Ənvər Teymur oğlu Xudiyev 1994-2008-ci illər ərzində İran İslam Respublikası Təbriz şəhərindəki Səhənd Texnoloji Universitetində, Azad İslami Universitetində və Təbriz Universitetində “kimya” fənnini tədris etmişdir (Ə.Xudiyev həmin universitetlərin professorudur).

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında elmi əlaqələrin yaradılması və inkişafında xidməti

Azərbaycan elminin və alimlərinin dünyaya tanıtdırılması sahəsində prof. Ənvər Xudiyevin xidməti var. İranda işlədiyi dövrdən hazırkı vaxta kimi ölkələr arasında elm və təhsil əlaqələrinin yaranmasında və möhkəmləndirilməsində professor Ə.T. Xudiyevin böyük əməyi var. Onun təşəbbüsü ila AMEA-nın Neft-Kimya Prosesləri İnstitutuİran İslam Respublikasının Azad İslami Universiteti arasında əlaqələr yaradılaraq akad. Y.H.Məmmədəliyevə həsr olunmuş birgə beynəlxalq konfrans keçirilmişdir.

Professor Ə.T.Xudiyevin təşəbbüsü və bilavasitə iştirakı ilə AMEA-nın Fizika İnstitutu və İran universitetlərinin əməkdaşları tərəfindən akad. Ç.M.Cuvarlının xatirəsinə həsr edilmiş “Energetikanın fiziki-texniki problemləri” mövzüsunda birgə beynəlxalq konfrans təşkil olunub və indiyə kimi mütəmadi olaraq dünyanın yeddi müxtəlif ölkəsində tanınmış alimlərin iştirakı şəraitində keçirilir.

Azərbaycan Respublikasındakı ali təhsil müəssisələri (o cümlədən, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan İnşaat və Memarlıq Universiteti, Azərbaycan Tibb Universiteti, Xəzər Universiteti və s.) ilə İranın müvafiq mərkəzləri arasında elm və təhsil əlaqələrinin yaranmasına kömək edib. Hazırda professor Ə.T.Xudiyev AMEATəbriz Universiteti arasında elm və təhsil üzrə işlərin birgə aparılması üçün yaradılmış əlaqələndirici komissiyanın fəal üzvüdür.

Müəlliflik şəhadətnamələri və patentləri

Ənvər Xudiyevin ümumilikdə 22 müəlliflik şəhadətnaməsi və patentləri var. Onlardan yarısı digər ölkələrlə birgə gördüyü elmi işlərin nəticəsidir:

  • Moskva Dövlət Universitetinin Kimya fakultəsi ilə həmkarlıq etmiş və nəticədə onlarla 3 ədəd SSRİ müəlliflik şəhadətnəməsi almışdır;
  • Ümumiittifaq Olefinlər Elmi-tədqiqat İnstitutu ilə həmkarlıq nəticəsində 4 SSRİ müəlliflik şəhadətnəməsi almışdır;
  • Moskva Polad və Qaynaq Elmi-tədqiqat İnstitutu və Azərbaycan Politexnik İnstitutu ilə 4 SSRİ müəlliflik şəhadətnəməsi almışdır.

Bundan başqa, Azərbaycanın digər institutları ilə birgə elmi fəaliyyətinin nəticəsi olaraq:

  • Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki kimya Elmi-tədqiqat İnstitutu ilə 1 SSRİ müəlliflik şəhadətnəməsi almışdır;
  • Azərbaycan SSR EA Fizika Elmi-Tədqiqat İnstitutu və "Kaspmornefteqaz" Layihə İnstitutu ilə 1 SSRİ müəlliflik şəhadətnəməsi almışdır;
  • Azərbaycan Su Problemləri Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Politexnik İnstitutu ilə 1 SSRİ müəlliflik şəhadətnəməsi almışdır.

Digər müəlliflik şəhadətnəmələri bilavasitə işlədiyi İnstitutun işçiləri ilə bərabər alınıb. Ənvər Xudiyev 1 Azərbaycan Respublikası patentinə malikdir. Eləcə də mövcüd katalizator qurğusuna iki Səmərələşdirici təklifin müəllifidir.

Digər fəaliyyəti

1947-ci ildə komsomol1974-cü ildə kommunist partiyası sıralarına daxil olmuş, lakin 1990-cı ildə 20 yanvar hadisələrindən sonra kommunist partiyası sıralarını tərk etmişdir.

Ə.Xudiyev Azərbaycan Respublikası Ağsaqqallar şurasının və “ADƏM” Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının üzvüdür.

İran İslam Respublikasının Kimyaçı Texnoloqlar Cəmiyyətinin üzvüdür.

İranda işlədiyi dövrdən hazırkı vaxta kimi Azərbaycan vətəndaşlarının İranda müalicə olunmaqlarına yardım göstərir.

Təltif və mükafatları

31 İyul 1986-cı ildə SSRİ Ali Sovetinin Rəyasət heyəti tərəfindən “Əmək veteranı” medalı ilə təltif olunub.

İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətində Elm üzrə keçirilən müsabiqədə birinci yeri tutduğuna görə professor Ə.T.Xudiyev Fəxri fərman və Qızıl sitgə ilə mükafatlandırılmışdır.

Şərqi Azərbaycan Ustanı üzrə aparılan müsabiqədə 1-ci yeri tutduğuna görə mükafatlandırılıb və təqdirnamə verilib.

Bakıda Azərçaycan Dövlət Neft və Sənaye Universitetində konfrans
İranda psixiatriya üzrə Beynəlxalq konfrans

Elmi əsərləri

Ə.Xudiyev ümumilikdə 193 elmi əsərin (o cümlədən 89-u xarici elmi nəşriyyatda çap olunub) müəllifidir. Elmi əsərlərinin 43-ü beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunub. Ə.Xudiyevin elmi fəaliyyətinin nəticələri 22 patent və müəlliflik şəhadətnamələri ilə təsbit olunub.

Əsas kitabları və elmi məqalələri

  • А.Т.Худиев, А.Л.Клячко, Т.Р.Бруева и др. Теплоты адсорбции бензола на синтетических фожазитах. «Извecтия АН СССР, сер. хим.», 1968, 4, 717-720.
  • А.Т.Худиев, Н.А.Данилова, Б.А.Дадашев, М.И.Рустамов. Способ получения цеолитсодержащего катализатора для крекинга нефтяных фракций. Авт. Св. 434675 СССР, МКИ B01J 11/40, 1971, 4 c.
  • М.И.Рустамов, А.Т.Худиев, С.М.Ибрагимова и др. «Кинетика и катализ», 1984, т. 25, 1, 99-100.
  • A.T.Khudiyev, M.Haghighi, V.Shaikh Hasani, A.Fazlollahi. Comparison of Performance Different Catalysts in Hydrocracking of iso-Octane. Proceedings of The 5th National Iranian and 4th International Chemical Engineering Congress of Iran, April 24-27, 2000, p. 7-35, University, Shiraz, Islamic Republic of Iran.
  • A. Ebadi, J.S. S.Mohammadzadeh, A.T.Khudiyev. Adsorption of methyl tert-butyl ether on perfluorooctyl alumina adsorbents-High concentration range. “Chemical Engeneering Technologies”. 2007, 30(12), 1666-1673.
  • A. Ebadi, J.S. S.Mohammadzadeh, A.T.Khudiyev. What is the correct from of BET isotherm for modelling liquid phase adsorption. Journal of Adsorption, 2009, 15, p. 65-73
  • A.T.Khudiyev, N.A.Mamedov. Removal of the harmful carbonic components from exhaust gases of transport vehicles. International Journal on “Technical and Physical Problems of Engeneering” (IJTPE), 2013, Issue 17, Volume 5, Number 4, Pages 139-142

Beynəlxalq konfranslarda iştirakı

Ənvər Xudiyev Azərbaycanda, Rusiyada (Moskva, Sankt-Peterburq, Novosibirsk, Qroznı şəhərləri), İran İslam Respublikasında (Tehran, Təbriz, Şiraz, İsfahan, Məşhəd şəhərləri), Türkiyədə (İstanbul şəhəri), Çexoslovakiyada, Albaniyada keçirilən bir çox beynəlxalq konfranslarda iştirak edərək, elmi məqalə ilə çıxış edib. Bunların içərisində 10-dan çoxu tərifnamə ilə qeyd olunub və mükafatlandırılıb.

Məqalələrdən bir neçəsi:

  • A.T.Khudiyev, S.Rajabzadeh J.S.S.Mohammadzadeh, H.Jangali, S.Zahiri. Removal of VOC from Air by Ozone on Alumina. Proceedings of the Eighth International Congress on “Energy, Ecology, Economy”, Baku, 1-3 June, 2005, pp. 465–469.
  • A.T.Khudiyev, S.Rajabzadeh J.S.S.Mohammadzadeh, H.Jangali, S.Zahiri. Removal of VOC from Air by Ozone on Alumina. Proceedings of theEighth International Congress on “Energy, Ecology, Economy”, Baku, 1-3 June, 2005, pp. 465–469.
  • Я.И.Исаков, А.Л.Клячко, А.Т.Худиев, Х.М.Миначев, А.М.Рубинштейн. О прогнозировании каталитического дуйствия в реакциях кислотно-основного типа. Сб. «Основы предвидения каталитического действия». Тр. Vl Международного конгресса по катализу, М., Наука, 1970, т. 2, 35-144.
  • A.T.Khudiyev, N.M.Tabatabaei. Basic Requirements in Production and Development of Applied Sciences. Abstracts The First International Congress On Science Development, Software Movement and Free Thinking, 13-14 April 2005, pp. 141–142, Tehran, Islamic Republic of Iran.

Xarici keçid

http://www.science.gov.az/forms/doktora-nauk-instituta-neftehimicheskih-protsessov/2292

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.