Ənvər Vəliyev

Vəliyev Ənvər Əliyulla oglu (14 may 1945, Bakı23 may 2023[1]) — Azərbaycan aktyoru, qiraət ustası, Azərbaycan Respublikasının Əməkdar müəllimi.[2]

Ənvər Vəliyev
Ənvər Əliyulla oglu Vəliyev
"Qafqaz" filmindən kadr.
"Qafqaz" filmindən kadr.
Digər adları Hacı Ənvər Vəliyev
Doğum tarixi 14 may 1945(1945-05-14)
Doğum yeri
Vəfat tarixi 23 may 2023(2023-05-23)[1] (78 yaşında)
Fəaliyyəti aktyor
Mükafatları Azərbaycan Respublikasının əməkdar müəllimi

Həyatı

Ənvər Vəliyev 14 may 1945-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuş. 1951-ci ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı orta məktəbə daxil olub 1960-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnistutuna Dram-Kino fakültəsi üzrə daxil olmuş və 1973-cü ildə həmin inisitutunu bitirmişdir. Elə həmin ildən uzun illər həmin universitetdə saxlanılaraq müəllim kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının dosenti idi.

2023-cü ilin mayında vəfat etmişdir[3].

Filmoqrafiya

  1. Abşeron gizlinləri (film, 2008) (qısametrajlı sənədli film) (AzTV)
  2. Abşeron lövhələri (film, 2004) (qısametrajlı sənədli film) (AzTV) — mətni oxuyan
  3. Aləmdə qalan səs (film, 2001)
  4. Yaşananlar
  5. Əlvida (film, 2007)
  6. Qafqaz (film, 2007)
  7. Oyun (film, 2003)
  8. Səbrli adamın fəryadı (film, 2002)
  9. Ulduzlar sönmür (film, 1971)
  10. Vaxtın o üzündə (film, 2002)

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.