Ənvər Seyidov

Ənvər Seyidov (Seyidov Ənvər Cümşüd oğlu; 29 mart 1949, Vartaşen) — Azərbaycan hüquqşünası, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırda təqaüddə olan tanınmış hakimi, polkovnik, hüquq elmləri doktoru, professor.[1]

Ənvər Seyidov
Doğum tarixi 29 mart 1949(1949-03-29) (74 yaş)
Doğum yeri
Elmi dərəcəsi
  • hüquq doktoru[d]
Elmi adı
İş yeri
Təhsili
Üzvlüyü

Həyatı

Ənvər Seyidov 1949-cu il martın 29-da anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1964-cü ildən başlayan hüquqşünas səhiyyə və rabitə sahəsində müxtəlif işlərdə çalışdıqdan sonra, 1972-ci ildə Azərbayvcan Ədliyyə Nazirliyi sistemində işə başlamaqla respublik VVA Arxivinin müdiri, Notariat və VVA İdarəsinin baş məsləhətçisi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri vəzifəsində işləmişdir. 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin, 2000-ci ildən Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin, 2011-ci ildən 2019-cu ilədək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işləmişdir. Hərbi polkovnikdir.[2]

1994–99-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komisiyasının üzvü, təftiş qrupunun rəhbəri olmuşdur.

"Azərbaycan Respublikasında beynəlxalq normaların tətbiqi" (2003), "Konstitusiya və hüququn əsasları", "Hüququn əsasları" (2008), "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" (2008) dərsliklərinin müəllifidir.

Birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru və Azərbaycan Pedoqoji Universitetinin professordur.

Ə. Seyidov "Azərbaycan Teatr Xadimləri İttifaqı"nın, "Azərbaycan Jurnalistlər Birliyi"nin, "Azərbaycan Yazıçılar Birliyi"ninAzərbaycan Ağsaqqallar Şurasının üzvüdür.[3]

Bədii yaradıcılığı

1997-ci ildən "Əsilzadələr Məclisinin" üzvüdür. "Ünvansız eşq" romanı və ssenarisinin müəllifidir.

2009-cu ildə ekranlara cıxan "Gürzə" filmi televiziya filmləri arasında 1-ci diploma layiq görülmüşdür.

İlk bədii əsəri — "Təlatüm" romanı 2008-ci ildə Mir Cəlal Paşayevin 100 illik yubileyi ilə bağlı Milli Kulturoloji Mərkəz tərəfindən keçirilən VIII Kitab Bayramında xüsusi mükafatı qazanaraq "İlin Kitabı" elan olunmuşdur. Ə. Seyidov "Qızıl Qələm" və "Qızıl Qılınc" mükafatlarına layiq görülmüşdür. 2011-ci ildə yaradıcılıq uğurlarına görə "Rəsul Rza" mükafatı, 2018-ci ildə Türk Dünyası Beynəlxalq Araşdırmalar Elmlər Akademiyası tərəfindən Türk Dünyası elminə və mədəniyyətinə xidmətlərinə görə mükafalatlandırılmışdır. "Təlatüm", "Gürzə", "Ünvansız Eşq" və "Dələduzlar" romanları əsasında bədii televiziya filmləri çəkilmişdir.

Filmoqrafiya

  1. Canavar balası
  2. Sonuncu şahid (film, 2004)
  3. Təlatüm (film, 2006)
  4. Gürzə (2008)
  5. Ünvansız eşq (film, 2011)
  6. Dələduzlar (film, 2014)

Mənbə

  • "Gürzə". Ə. Seyidov. Bakı-2007

İstinadlar

  1. "Ə.C.SEYİDOVUN BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNİN HAKİMİ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". www.judicialcouncil.gov.az. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
  2. "Tanınmış hakim Ənvər Seyidov təqaüdə göndərilib - ÖZƏL". E-huquq.az (az.). 2019-05-11. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
  3. "Məşhurların övladları: Ənvər Seyidovun hüquqşünas oğlu - FOTO". modern.az. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.