Ənvər Qarayev

Ənvər Vahid oğlu Qarayev (18 fevral 1947, Nuxa29 yanvar 2011, Bakı) — Azərbaycanın dekorativ-tətbiqi sənət ustası, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002).

Ənvər Qarayev
Ənvər Vahid oğlu Qarayev
{{{Image}}}
Doğum tarixi
Doğum yeri Nuxa, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı  — 2002

Həyat və yaradıcılığı

Ənvər Qarayev 18 fevral 1947-ci ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. O, 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqı olmuşdur. Müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri və katibi vəzifələrində, eyni zamanda 20 ildən artıq "Göyərçin" jurnalında çalışıb.

Rəssam dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində fəaliyyət göstərmiş, eləcə də batika sənətinə yiyələnmişdir. Onun əsərləri dünya muzeylərində, qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır. Moskvadakı Şərq Muzeyində "Çovqan", Berlin Dekorativ İncəsənət Muzeyində "Cıdır", Antalya Rəssamlıq Qalereyasında "Türkün sözü" və başqa əsərləri sərgilənmişdir.[1]

Ənvər Qarayev 29 yanvar 2011-ci ildə vəfat etmiş, Bakıdakı köhnə qəbiristanlıqda dəfn olunmuşdur.[2]

Mükafatları

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.