Ənvər Əhməd
Ənvər Əhməd (tam adı: Əhmədov Ənvər Misir oğlu; 8 avqust 1943, Salmanbəyli, Ağcabədi rayonu – 17 fevral 2022, Ağcabədi rayonu) — şair, tərcüməçi, ədəbiyyatşünas, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru (1992), "Qızıl qələm" mükafatı laureatı, beynəlxalq dərəcəli fəlsəfə və filologiya doktoru, professor (2000), Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü (2001).[1]
Ənvər Əhməd | |
---|---|
Doğum tarixi | 8 avqust 1943 |
Doğum yeri | |
Vəfat tarixi | 17 fevral 2022 (78 yaşında) |
Vəfat yeri |
Həyatı və təhsili
Ənvər Əhməd 1941-ci il avqustun 8-də Azərbaycan Respublikasının Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulmuşdur. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu bitirmişdir (1961).Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1963–1968)."M. Ə. Sabirin poetikası" mövzusunda dissertasiya müdafiə etmişdir (1982). Hazırda AMEA Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını tamamlamışdır.
Əmək fəaliyyəti
"Dağ və mən" adlı ilk şeiri 1962-ci ildə "Ağcabədi pambıqçısı" qəzetində dərc olunmuşdur. Ağcabədi rayonunun Salmanbəyli kəndində mühasib köməkçisi işləmişdir (1961–1962). Sonra Ağcabədi rayon "Sürət" (indiki "Aran") qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri (1968–1976), Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti (1976–1994) işləmişdir.[2] Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru (1994–2000), Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru (2000–2002) olmuşdur. [3] Sonuncu iş yeriAzərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilmişdir (1991). Bədii tərcümə ilə ciddi məşğul olur.
Əsərləri (nəşr olunmuş kitabları)
- Nəslimiz (şeirlər). Bakı: Azərnəşr, 1968, 40 səh.
- Anamın izləri (şeirlər). Bakı: Azərnəşr, 1974, 45 səh.
- Sevgi yurdu. Bakı: Gənclik, 1979, 60 səh.
- Sevgi cavan qalır (şeirlər və poemalar). Bakı: Yazıçı, 1982, 80 səh.
- Oğullar və qartallar. Bakı: Gənclik, 1985, 100 səh.
- Sağlıq olsun (şeirlər və poemalar). Bakı: Yazıçı, 1987, 86 səh.
- Kəfənim qandan biçilər. Bakı: Qorqud, 1995, 90 səh.
- M. Ə. Sabir poetikasının bəzi cəhətləri. Bakı: Bilik, 1978, 50 səh.
- M. Ə. Sabirin poetikası. Bakı: ADPU-nun nəşri, 1996, 151 səh.
- Od qanı (şeirlər, poemalar və dram əsəri). Bakı: Qorqud, 1997, 357 səh.
- Qanlı torpaq. Bakı: Qorqud, 1998,
- Bu qılınc pas ata bilməz (şeirlər, poemalar). Bakı: Yazıçı, 2000, 296 səh.
- Söz cavan qalır, Bakı-"Gənclik",1982
- Dünya əlimdən sürüşür, Bakı-"Qarabağ"-2007,527 səh.
- Salam, ay anası ölmüş oğullar, Bakı,"Vektor"-2008,235 səh.
- Seçilmiş əsərləri,"Avropa"-2014, I cild-284 səh, II cild-236 səh., III cild-243 səh., IV cild-568 səh.
- Daş qanı, Bakı,"Yazıçı"-2011,218 səh.
- Ədəbiyyat yolçusu, Bakı-"Yazıçı"-2012,178 səh.
- Qanlı torpaq,"Qorqud" nəşriyyatı,1998,365 səh.
- Oğullar Qartallar, Bakı-"Gənclik"-1985,104 səh.
- Həsən Küskün köç eylədi dünyadan, Bakı,"Yazıçı",210 səh.
- Kefenim kandan biçiliyor, Bakı-"Qorqud",1995,104 səh.
Məqalələri
- "Dərdini içində dağ edən şair", Ulduz jurnalı, № 2, 2012. səh.63–68.
İstinadlar
- "Ağcabədi yazarları". Bakı, "Şəms" nəşriyyatı ,2009.səh.14
- Süleyman Kəbirli, Kəbirlilərin geneologiyası tarixindən, Bakı,2017, səh.35
- Süleyman Qasımov (Kəbirli)," Tarixi mahal- Kəbirli eli, Bakı, 2013. səh. 23