Ənvər Əbluc
Ənvər Abbasqulu oğlu Əbluc (6 yanvar 1947[1], Jdanov[2]) — Azərbaycan kinorejissoru, ssenarist, aktyor, Azərbaycanın əməkdar incəsənət xadimi (2006), Prezident təqaüdçüsü (2018-ci ildən).
Ənvər Əbluc | |
---|---|
Ənvər Abbasqulu oğlu Əbluc | |
Doğum tarixi | |
Doğum yeri | Beyləqan, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rejissor |
Təhsili | |
Mükafatları | |
IMDb | ID3429306 |
Həyatı
Ənvər Əbluc 1947-ci ilin yanvar ayının 6-da Beyləqan (keçmiş Jdanov rayonu) İran Azərbaycanından olan siyasi mühacir ailəsində anadan olmuşdur. 1953-cü ildə məktəbə getmiş, 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, 1973-cü ildə isə Moskvada Ümumiittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültələrini bitirmişdir. 7 bədii, 18 sənədli filmə ekran həyatı vermişdir. Quruluş verdiyi "Qara gölün cəngavərləri" adlı bədii filmi 1985-ci ildə Minsk şəhərində keçirilən Ümumittifaq kinofestivlında xüsusi mükafata və diploma layiq görülmüş, Qarabağ müharibəsindən bəhs edən "Ağ atlı oğlan" filmi İran İslam Respublikasında Beynəlxalq Uşaq filmləri festivalında, "Məhəmməd Biriya" sənədli filmi İsveç Krallığında keçirilən Beynəlxalq kinofestivalında iştirak etmiş, "Tərsinə çevrilən dünya" bədii filmi isə 2012-ci ildə İran İslam Respublikasında keçirilən Beynəlxalq Polis filmləri festivalında diploma layiq görülmüşdür. 1993-cü ildən Dövlət İncəsənət Gimnaziyasında rejissor sənətindən dərs deyir. Dublyaj sahəsində də xidmətləri var. Əməkdar incəsənət xadimidir (2006)[3]. 1 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[4]
Aktyor Həsən Əblucun qardaşıdır.
Filmoqrafiya
- Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-ssenari müəllifi, quruluşçu rejissor
- Aktrisa (film, 2011) (tammetrajlı bədii film)-istehsalat üzrə məsləhətçi
- ATU və ya pa ATU nnan (film, 1971)
- Balaş və Mədinə (film, 2003)
- Bircəciyim (film, 1986)
- Buyruq və quyruq (film, 1972)
- Cavad Heyət varlığı (film, 2002)
- Dad (film, 1984)
- Dənizə çıxmaq qorxuludur (film, 1973)
- Dərd çox… (film, 1988)
- Doğma sahillər (film, 1989)
- Eldən soruş (film, 1980)
- Firəngiz (film, 1975)
- Həmişə təmizlikdə (film, 1985)
- Həsən Əbluc (film, 1999)
- Kommersiya (film, 1992)
- Kontor (film, 1978)
- Körpülər (film, 1976)
- Qara gölün cəngavərləri (film, 1984)
- Quba dastanı (film, 1992)
- Məsləhət (film, 1988)
- Odlu ürək (film, 1981)
- Pəncərə (film, 1991)
- Putyovka (film, 1975)
- Məhəmməd Hüseyn Şəhriyar (film 2006)
- Sizin düşməniniz (film, 1987)
- Tərsinə çevrilən dünya (film, 2011)
- Tikən də biz, sökən də (film, 1981)
- Tutuquşu (film, 1985)
- Ulu diyarın harayı (film, 1993)
- Yarımçıq təsərrüfatlar (film, 1988)
- Söhrab Tahir (film 2003)
- Məhəmməd Biriya (2004)
- Əli Tudə (film 2005)
- İsmayıl Hidayətzadə (film 2008)
- Həsən Seyidbəyli (film 2008)
- Bəstəkar Oqtay Rəcəbov (film 2009)
- Təbriz (film 2009)
- Yad et məni (film 2014)
- Fidan və Xuraman (film 2016)
- Mosart və Solyeri (teletamaşa 1969)
- Kukaraça (teletamaşa 1990)
İstinadlar
- IMDb (ing.). 1990.
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
- "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
- President.Az. "Azərbaycan kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2018. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
Mənbə
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.