Əncümən
Ümumi məlumat
Əncümən- Məşrutə inqilabı (1905-1911) dövrünə aid seçkili inqilabi orqan. Əncümənlər İranın və Azərbaycanın bir çox böyük şəhərlərində var idi və inqilabın müdafiəsində və inkişafında mühüm rol oynayırdılar. 1906 ilin sentyabrında Təbrizdə, şah sarayının məşrutənin(konstitusiyanın)verilməsinin qarşısını almaq cəhdlərinə qarşı böyüyən etiraz zamanı, hərəkatın rəhbərliyi üçün İran tarixində ilk dəfə əhali tərəfindən əncümən seçildi və bununla da bütün İranda əncümənlərin təşkil olunmasının əsası qoyuldu.
Təbriz hadisələrinin şahidi, Məhəmməd Bağır Vicuei xəbər verir ki, Təbriz əncüməninə seçkilər, tacirlərdən, sənətkarlardan, zadəganlardan, ruhanilərdən, mülkədarlardan və əkinçilərdən, sentyabr-oktyabr aylarında keçirildi. Əncümənin tərkibinə , əsasən ruhanilərdən, tacirlərdən və mülkədarlardan 20 nəfər adam seçildi. Seçilmişlərin arasında Təbrizin baş müçtəhidi hacı Mirzə Həsən, mülkədarlar Nizam üd Dövlə, Bəsir əs Səltənə, Məlik üt Tuccar, tacir hacı Mirzə -Ağa Kuzəkünani və başqaları vardı. Əncümənin iclaslarında həmçin sənətkarların da nümayəndələri iştirak edirdilər.Əncümənin sədri hacı Nizam üd Dövlə seçilmişdir.
İnqilabın inkişafında əncümənlərin rolu
Hətta 1907 ilin yayında şah hökuməti tərəfindən Azərbaycanın qeneral-qubernatoru seçilmiş, köhnə məktəbdən sayılan və enerjili inzibatçı olan Fərmanfərma, şəhərdə hakimiyətin tamamilə əncümənin əlində olması ilə barışmışdı;1907 ilin axırında, osmanlılara qarşı yürüş bəhanəsi ilə o Təbrizdən Savucbulaqa gedir, sonra isə Azərbaycan qeneral-qubernator vəzifəsindən istefa verir.(Səciyəvidir ki, osmanlılara qarşı yürüş üçün pulu Fərman-Fərma əncüməndən alır- bu əncümənin təsirinin gücünün göstəricisidir) 1906 ilin sonunda İsfahanda da əncümən təşkil olunur. O həftədə iki dəfə iclas edirdi və İsfahanın və İsfahan əyalətinin idarəsinin bütün işlərinə qarışırdı. 1907 ilin yanvarında, əhalinin müxtəlif təbəqələrindən olan, 30 nəfərdən ibarət əncümən Şirazda yaranır.1907 ilin əvvəlində Təbrizdən Tehrana gedən Təbriz məclisinin deputatalarının fəal iştirakı ilə Gilan əyalətinin mərkəzi Rəştdə əncümən yaradılır. Hər yerdə "istənilən formada və məzmunda əncümənlər təşkil olunurdu. Əyalət, şəhər, vilayət əncümənləri ilə yanaşı, həmkarların, yerlilərin, klubların əncümənləri yaranırdı. Ancaq tək bir Tehranda 40 yaxın əncümən vardı[1], 1907 ilin axırında onların sayı 140 çatdı. Tehranın ən nüfuzlu və ən fəal əncüməni azərbaycanlıların əncüməni idi. 1907 ildə Tehranda qadın əncüməni yarandı[2]. Hətta xarici səfirliklərin quluqçularının əncüməni vardı. 1907 ilin payızıana qədər Rəştdə 12 əncümən vardı: müçtəhidlər, mülkədarlar-"Səfa", gənc irançılar-"Həqiqət",səhətkarlar-"Kəbir", seidlər-"Fatimə", zadəganların-"Nüsrəte Azərbaycan", tüllabların iki əncüməni-"Sədaqət,və"Ruhani", mollaların-"Şərafət", pişnamazların-"Hüseyni", qulluqçuların-"Xeyriyyə". On ikinci əncümən, vilayət əncüməni idi- əncüməni-milli.[3].Kermanşahdaki əncümənlər : "Hüquq"-siyasi, təşkilatçısı Süleyman mirzə(ikinci dünya müharibəsi zamanı İran milli partiyasının lideri) idi;"Səadət"-seidlərin;"Tüllab"-mollaların, tüllabların; "Tüccar"-tacirlərin və sairə....[4] Kermanda və başqa yerlərdə xalçaçılar əncüməni yaranmışdı. Ciruftda (Kerman əyaləti) qulların və azad əhalinin əncümənləri vardı. Linqdə( Körfəz sahilində) şiələrin və sünnülərin əncümənləri vardı. Əyalət, vilayət və şəhər əncümənlərinə seçkilər adətən kuriyalarla, təbəqələr üzrə keçirilirdi. Bütün İranda əncümənlərin üzvlərinin mütləq əksəriyəti (əsnaf) burjuaziyadan,mülkədarlardan və ruhanilərdən ibarət idi. Sənətkarların və kiçik torpaq mülkiyətçilərinin sayı olduqca məhdud idi. Sənətkarlardan əncümənlərə adətən ya tacirlər, ya da ruhanilər seçilirdi. Kəndlilər,əgər bilavasitə kəndlərdəki əncümənləri nəzərə almasaq, demək olar tamamilə təmsil olunmamışdı. Ama kənd əncümənlərində də hakimiyət tamamilə ruhanilərin, mülkədarların və qolçomaqların əlində idi. Əncümənlərin fəaliyəti olduqca çoxşaxəli idi. Onlar, mürtəce hakimiyətə, imperializm qüvvələrinə qarşı təbliğat aparırdılar. Milli hissləri oyatmağa çalışırdılar, məktəblərin və sənayə müəssisələrinin açılmasını təbliğ edirdilər. Şəhərlərin abadlığı, məktəblərin, kitabxanaların, xəstəxanaların açılması üçün, Milli bankın fonduna pul yığmağa, çalışırdılar.Bir çox əncümən bəzi imperialist ölkələrin mallarına boykotların təşşəbüskarı idi. Demək olar ki bütün əyalət və vilayət əncümənləri hakimiyətin və qubernatorun hərəkətlərini, vergilərin yığılmasını, məmurların təyinatını nəzarətə götürməyə çalışırdılar. Bir çox əncümən məhkəmə hakimiyətini öz əlində cəmləşdirməyə çalışırdı, çörəyin qiymətinin tənzimlənməsinə nəzarət edirdi. Bəzi əncümənlər isə, məsələn Azərbaycan və Gilan əncümənləri, demək olar ki, tamamilə ali dövlət hakimiyətini yerinə yetirirdilər. Onlar mərkəzdən göndərilən qubernatoru və polis rəisini qəbul etməkdən imtina edirdilər, mərkəzin təyin etdiyi bütün məmurların əncümən qarşısında hesabat verməsini tələb edirdilər.
Əncümənlər 1908-1911 illərdə
"...Bəzi şəhərlərdə hətta Məhəmməd Əli şah Qacarın devrilməsindən əvvəl yenidən dirçlməyə başladı, lakin onlar 1907-1908 illərdəki inkişaf səviyyələrinə çata bilmədilər. Ölkənin içtimai-siyasi həyatında da, əvvəlki tək görkəmli rol oynaya bilmirdilər. Ölkənin siyasi həyatında, məsələn, 1909 ilin ikinci yarısında, 1910 və 1911 illərdə əncümənlər demək olar ki gözə çarpmırdı. Doğrudur Təbrizdə və Məşhəddə və bəzi başqa şəhərlərdə, əncümənlər həmin dövrdə də əhəmiyətli rol oynayırdılar..."
Təbriz əncüməni
- Bütün əncümənlər içində Təbriz əncüməni müstəsna yer tuturdu. Həm ilk əncümən olduğuna, həm də ən prinsipial olaraq, Məşrutəni sonacan müdafiə etdiyinə görə Təbriz əncüməni xüsusi olaraq seçilirdi. Təbriz əncüməni bütün ölkə əncümənləri üçün örnək rolu oynayırdı. Təbriz əncümənində qəbul olunan qərarlar, onun təcrübəsi başqa əncümənlər tətəfindən dərhal öyrənilirdi və, imkan dairəsində, tətbiq edilirdi. 1908-1911 illər Təbriz üsyanı (1908-1909) vaxtı, əyalət əncümənindən başqa, Təbrizdə başqa əncümənlər də vardı. Ən nüfuzlu əncümənlər bunlar idi: "Əncüməni-həqiqət","Əncüməni-qüdrət","Əncüməni-mücahid". "Əncüməni-həqiqət" Əmirxız məhəlləsində yerləşirdi və Səttarxanın orqanı idi. "Əncüməni-qüdrət" Xiyaban məhəlləsinin fədailərinin orqanı idi, ona Bağır xan başçılıq edirdi. "Əncüməni-mücahid" faktiki olaraq Təbrizin inqilabi mücahidlər klubu idi, ona Əli Müsyo başçılıq edirdi. Azərbaycan milli əncüməni onların fövqaladə xidmətlərinə qarşılıq olaraq, Səttarxana -"sərdari-milli", Bağırxana-"salari-milli" titulları vermişdilər.
Qaynaqlar
- Новая история Ирана. Хрестоматия.Издательство "Наука"Главная редакция восточной литературы. Москва 1988.
Qeydlər
- Əhməd Kəsrəvi Tarixi məşruteye İran, 2 T,səh 177
- Revue du monde musulman,1907, T.XI-XII, səh. 569
- АВПР,ф.перс.ст.д.775,лл.303,304
- АВПР,ф.перс.ст.,д.3945,лл.207и 245