Ən yaxşı kişi roluna görə Oskar mükafatı
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı (ing. Academy Award for Best Actor, rəsmi: ing. Performance by an Actor in a Leading Role[2]) — Amerika kino sənəti akademiyasının 1929-cu ildən etibarən hər il təqdim etdiyi nüfuzlu mükafat. Mükafatın namizədləri (sayı 5-dən çox olmayaraq)[3] gizli səsvermə vasitəsilə irəli sürülür. Qalib akademiyanın həmişəlik seçilmiş bütün aktiv üzvlərinin ümumi səsverməsi nəticəsində təyin edilir[4].
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı | |
---|---|
ing. Academy Award for Best Actor | |
Ümumi məlumatlar | |
Verilmə səbəbi | əsas kişi rolunun ən uğurlu ifası |
Təqdim edir |
|
Təsis olunub | 1929 |
Yeri | ABŞ |
Təsisçi | ABŞ Kinematoqrafik sənətlər və elmlər akademiyası |
Mükafatlar | |
Sonuncu qalib | Qari Oldmen[1] |
www.oscars.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı 1929-cu ildən etibarən təqdim olunur. Mükafatın ilk laureatı "Sonuncu göstəriş" və "Bütün cisimlərin yolu" filmlərindəki rollarına görə qalib elan edilmiş Emil Yanninqs olmuşdu[5]. Birinci mərasimin ilk namizədləri arasında "Sirk" filmi ilə Çarli Çaplin də olmuşdur. Lakin o, ümumi siyahıdan kənar olaraq, ayrıca xüsusi mükafat qazanmışdı[6].
İlk illərdə mükafatın verilmə qaydaları indikindən fərqlənirdi: "Ən yaxşı kişi rolu" kateqoriyasında qalibin seçilməsi üçün aktyorun kinoda ifa etdiyi bir neçə rola diqqət yetirilirdi. Yekun olaraq akademiyanın ümumi münsiflər heyəti hər istiqamət üzrə yalnız bir təqdimat qərarı qəbul edirdi[7]. Üçüncü təqdimetmə mərasimində səsvermə zamanı iki kino əsərinə baxılsa da, qalibin adının yanında yalnız bir film göstərildi[8]. Dördüncü mərasimdə artıq dəqiqləşmə aparıldı: aktyor yalnız bir konkret filmə görə namizəd ola bilərdi.
1936-cı ildən 1945-ci ilə qədər namizədlərin müəyyən edilməsi və qaliblərin seçilməsi prosesi tək akademiyanın həqiqi üzvləri tərəfindən yox, həm də peşəkar gildiyanın tərkibində olan aktyorlar tərəfindən həyata keçirilirdi. Sonrakı dövrdə - 1957-ci ilə qədər isə aktyor gildiyaları namizədlərin siyahısını tərtib edirdi, akademiyanın üzvləri isə qalibin seçilməsi üçün səsvermə keçirirdilər. 1957-ci ildən bütün bu proses yenidən akademiyanın daxili işi oldu.
Səkkizinci mərasimə qədər bu kateqoriyada həm baş, həm də ikinci dərəcəli rolları ifa edən aktyorlar mükafatlandırılırdılar. Yalnız növbəti ildən akademiya "Ən yaxşı ikinci plan kişi roluna görə" adlı yeni nominasiyanı təsis etdi[9][10][11].
Aktyorlar əsas nominasiyadan başqa həm də "Kinematoqrafda mühüm xidmətlərinə görə" adlı xüsusi kateqoriyada da heykəlciyi əldə edə bilərlər[12]. 18 yaşına qədər olan aktyorlar üçün isə Akademiyanın gənclər üçün təsis etdiyi mükafat nəzərdə tutulmuşdu. Bu mükafat 1961-ci ilə qədər mövcud oldu[13].
Aktyorlar üçün nəzərdə tutulmuş bu mükafatın tarixində iki dəfə ondan imtina edilmişdir. Bu hal birinci dəfə 1971-ci ildə "Patton" filmindəki roluna görə aktyor Corc Skottla yaşandı. İkinci dəfə isə bu hadisədən cəmi iki il sonra Marlon Brandonun "Xaç atası" dramında ifa etdiyi Vito Korleone roluna görə layiq görüldüyü mükafatdan imtina etməsilə müşahidə olundu. Corc Skottun sakit, gözə o qədər də çarpmayan bu addımından fərqli olaraq, Marlon Brando öz imtinasını tamaşaya çevirdi. Həmin mərasimin prodüseri Brüs Devis belə hesab edirdi[14]. Brandonun əvəzinə səhnəyə çıxan hindu nümayəndə qadın Saşin Littlfezerin izahından sonra aktyorun bu heykəlcikdən imtina etməsi məlum oldu.[15][16] Brandonun bu imtinada məqsədi kinematoqrafçıların hindulara olan münasibətinə qəti etirazını bildirmək idi[17].
Sonuncu Ən yaxşı kişi roluna görə "Oskar" mükafatını 90-cı təqdimat mərasimində "Tutqun zamanlar" filmindəki roluna görə aktyor Qari Oldmen əldə etmişdir[18].
Qaliblər və namizədlər
Aşağıda verilmə anından başlayaraq bu mükafata layiq görülmüş və namizəd olan şəxslərin adları göstərilib. Onlar illər və onilliklər üzrə qruplaşdırılıb. Hər bir aktyorun adının qarşısında qalib və ya namizəd olduğu filmin adı və həmin filmdə ifa etdiyi rol göstərilib. Qaliblər " ★ " işarəsi ilə və eyni zamanda rəng baxımından da digərlərindən fərqləndirilib.
1920-ci illər
Mərasim | Qalibin fotosu | Aktyor | Film | Rol |
---|---|---|---|---|
★ Emil Yanninqs | "Sonuncu göstəriş" | hersoq Sergius Aleksandr | ||
"Bütün cisimlərin yolu" | Avqust Şillinq | |||
• Riçard Bartelmess | "Tələ" | Nikki Elkins | ||
"Laklanmış oğlan" | Laklanmış oğlan |
1930-cu illər
Mərasim | Qalibin fotosu | Aktyor | Film | Rol |
---|---|---|---|---|
★ Uorner Bakster | "Qədim Arizonada" | Sisko Kid | ||
• Corc Benkroft | "İldırım zərbəsi" | Cim Lenq | ||
• Çester Morris | "Alibi" | Çik Vilyams | ||
• Pol Muni | "Cəsur" | Ceyms Dayk | ||
• Lüis Stoun | "Vətənpərvər" | Pyotr Palen | ||
★ Corc Arliss | "Dizraeli" | Benjamin Dizraeli | ||
• Corc Arliss | "Yaşıl ilahə" | Raca | ||
• Volles Biri | "Böyük ev" | Butç Şmidt | ||
• Moris Şevalye | "Böyük göl" | Pyer Mirand | ||
"Eşq paradı" | qraf Alfred Rene | |||
• Ronald Kolmen | "Buldoq Drammond" | Hyu "Buldoq" Drammond | ||
"Məhkum edilmiş" | Mişel | |||
• Lourens Tibbet | "Dələduzun nəğməsi" | Yeqor | ||
★ Layonel Berrimor | "Azad ruh" | Stefen Eş | ||
• Adolf Menju | "Birinci zolaq" | Volter Börns | ||
• Ceki Kuper | "Skippi" | Skippi Skinner | ||
• Riçard Diks | "Simarron" | Yansi Kravat | ||
• Fredrik Març | "Brodvey kral ailəsi" | Toni Kavendiş | ||
★ Fredrik Març | "Doktor Cekill və cənab Hayd" | doktor Henri Cekill | ||
★ Volles Biri | "Çempion" | Endi Persell | ||
• Alfred Lant | "Qvardiyaçı" | aktyor | ||
★ Çarlz Louton | "VIII Henrinin şəxsi həyatı" | kral VIII Henrix | ||
• Lesli Hovard | "Berkli-Skver" | Piter Stendiş | ||
• Pol Muni | "Mən qaçmış katorqaçıyam" | Ceyms Allen | ||
★ Klark Qeybl | "Bir gecədə baş verdi" | Piter Uarn | ||
• Frenk Morqan | "Çellininin məhəbbət macəraları" | hersoq Alessandro | ||
• Vilyam Pauell | "Arıq adam" | Nik Çarlz | ||
★ Viktor Maklaqlen | "Xəbərçi" | Cipo Nolan | ||
• Klark Qeybl | ""Baunti"də qiyam" | leytenant Fletçer Kristian | ||
• Çarlz Louton | ""Baunti"də qiyam" | Vilyam Blay | ||
• Franşo Ton | ""Baunti"də qiyam" | Rocer Bayam | ||
• Pol Muni | "Qara qəzəb" | Co Radek | ||
★ Pol Muni | "Lui Paster haqqında hekayə" | Lui Paster | ||
• Qeri Kuper | "Cənab Dids şəhərə köçür" | Lonqfellou Dids | ||
• Volter Hyuston | "Dodsvort" | Sem Dodsvort | ||
• Vilyam Pauell | "Mənim nökərim Qodfri" | Qodfri Park | ||
• Spenser Treysi | "San-Fransisko" | Tim Mallin | ||
★ Spenser Treysi | "Cəsur kapitanlar" | Manuel Fidello | ||
• Şarl Buaye | "Fəth" | Napoleon Bonapart | ||
• Fredrik Març | "Ulduz doğuldu" | Norman Meyn | ||
• Robert Montqomeri | "Gecə düşəndə" | Denni | ||
• Pol Muni | "Emil Zolyanın həyatı" | Emil Zolya | ||
★ Spenser Treysi | "Oğlanlar şəhəri" | Flenaqan ata | ||
• Şarl Buaye | "Əlcəzair" | Pepe le Mokko | ||
• Ceyms Keqni | "Çirkin üzlü mələklər" | Rokki Sallivan | ||
• Robert Donat | "İstehkam" | doktor Endrü Menson | ||
• Lesli Hovard | "Piqmalion" | professor Henri Hiqqins |
1940-cı illər
Mərasim | Qalibin fotosu | Aktyor | Film | Rol |
---|---|---|---|---|
★ Robert Donat | "Hələlik, cənab Çips" | Çarlz Edvard Çippinq | ||
• Klark Qeybl | "Küləklə sovrulanlar" | Rett Batler | ||
• Lourens Olivye | "İldırımlı aşırım" | Hitkliff | ||
• Mikki Runi | "Orduda qızlar" | Mikki Moran | ||
• Ceyms Stüart | "Cənab Smit Vaşinqtona gedir" | Cefferson Smit | ||
★ Ceyms Stüart | "Filadelfiya əhvalatı" | Makkoli Konnor | ||
• Çarli Çaplin | "Böyük diktator" | Adenoid Hinkel yəhudi bərbəri | ||
• Henri Fonda | "Qəzəb salxımları" | Tom Coud | ||
• Raymond Messi | "Eyb Linkoln İllinoysda" | Avraam Linkoln | ||
• Lourens Olivye | "Rebekka" | Corc Forteskyu Maksimilian de Vinter | ||
★ Qeri Kuper | "Serjant York" | Elvin S. York | ||
• Keri Qrant | "Dəyərsiz serenada" | Rocer Adams | ||
• Volter Hyuston | "Şeytan xoşbəxtliyi" | cənab Skretç | ||
• Robert Montqomeri | "Bu da cənab Cordan" | Co Pendlton | ||
• Orson Uells | "Vətəndaş Keyn" | Çarlz Foster Keyn | ||
★ Ceyms Keqni | "Yanki Dudl Dendi" | Corc M. Koen | ||
• Ronald Kolman | "Təsadüfi biçin" | Çarlz Reynier | ||
• Qeri Kuper | "Yankinin qüruru" | Lu Qeriq | ||
• Volter Picon | "Missis Miniver" | Klem Miniver | ||
• Monti Vulli | "Zurnaçı" | Hovard | ||
★ Pol Lukas | "Reyndə patrul" | Kurt Miller | ||
• Hamfri Boqart | "Kasablanka" | Rik Bleyn | ||
• Qeri Kuper | "Zəng kimin üçün çalır?" | Robert Cordan | ||
• Volter Picon | "Madam Küri" | Pyer Küri | ||
• Mikki Runi | "İnsani komediya" | Homer Makkoli | ||
★ Binq Krosbi | "Öz yoluyla getmək" | Çak O'Molli | ||
• Şarl Buaye | "Qaz işığı" | Qreqori Anton | ||
• Barri Fitscerald | "Öz yoluyla getmək" | Fisgibbon | ||
• Keri Qrant | "Heç kim, ancaq tənha ürək" | Erni Mott | ||
• Aleksandr Noks | "Vilson" | Vudro Vilson | ||
★ Rey Milland | "İtirilmiş həftəsonu" | Don Birnam | ||
• Binq Krosbi | "Müqəddəs Məryəmin zəngləri" | Çak O'Molli | ||
• Cin Kelli | "Lövbərləri qaldırmaq" | Cozef Bredi | ||
• Qreqori Pek | "Şahlığın açarları" | Frensis Çisholm | ||
• Kornel Vayld | "Yadda qalmış mahnı" | Frederik Şopen | ||
★ Fredrik Març | "Həyatımızın ən gözəl illəri" | El Stivenson | ||
• Lourens Olivye | "V Henri" | kral V Henri | ||
• Larri Parks | "Colson əhvalatı" | El Colson | ||
• Qreqori Pek | "Maral balası" | Ezra "Penni" Bakster | ||
• Ceyms Stüart | "Bu gözəl həyat" | Corc Beyli | ||
★ Ronald Kolman | "İkili həyat" | Entoni Con | ||
• Con Qarfild | "Bədən və ruh" | Çarli Devis | ||
• Qreqori Pek | "Centlmen sövdələşməsi" | Filip Şuyler Qrin | ||
• Vilyam Pauell | "Ata ilə ömür" | Klerens Dey - böyük | ||
• Maykl Redqreyv | "Matəm - Elektranın taleyi" | Orin Mennon | ||
★ Lourens Olivye | "Hamlet" | Hamlet | ||
• Lyu Eyres | "Conni Belinda" | doktor Robert Riçardson | ||
• Montqomeri Klift | "Axtarışlar" | Ralf "Stiv" Stivenson | ||
• Den Deyli | "Əzizim mənə gülümsəyəndə" | "Skid" Conson | ||
• Klifton Uebb | "Rahat iclas" | Linn Aloizi Belveder |
1950-ci illər
Mərasim | Qalibin fotosu | Aktyor | Film | Rol |
---|---|---|---|---|
★ Broderik Krouford | "Bütün kral adamları" | Villi Stark | ||
• Kirk Duqlas | "Çempion" | Maykl "Mic" Kelli | ||
• Qreqori Pek | "Dikinə uçuş" | general Sevic | ||
• Riçard Todd | "İsti ürək" | Kapral Leklan "Leçi" Makleklan | ||
• Con Ueyn | "İvodzimanın qumları" | serjant Con M. Strayker | ||
★ Xose Ferrer | "Sirano de Berjerak" | Sirano de Berjerak | ||
• Luis Kelhern | "Möhtəşəm yanki" | Oliver Uendell Holms - kiçik | ||
• Vilyam Holden | "Sanset bulvarı" | Co Gillis | ||
• Ceyms Stüart | "Harvi" | Elvud Daud | ||
• Spenser Treysi | "Gəlin atası" | Stenli Benks | ||
★ Hamfri Boqart | "Afrika kraliçası" | Çarli Ollnat | ||
• Marlon Brando | ""Arzu" tramvayı" | Stenli Kovalski | ||
• Montqomeri Klift | "Günəş altında yer" | Corc İstmen | ||
• Artur Kennedi | "Parlaq qələbə" | Larri Nevins | ||
• Fredrik Març | "Ticarət agentinin ölümü" | Villi Lomen | ||
★ Qeri Kuper | "Düz günorta" | Uill Keyn | ||
• Marlon Brando | "Viva Sapata!" | Emiliano Zapata | ||
• Kirk Duqlas | "Pis və gözəl" | Conathan Şilds | ||
• Xose Ferrer | "Mulen Ruj" | Anri de Tuluz-Lotrek | ||
• Alek Ginnes | "Lavender-Hilldən quldur dəstəsi" | Henri Holland | ||
★ Vilyam Holden | "17 saylı hərbi əsirlər düşərgəsi" | C.C. Sefton | ||
• Marlon Brando | "Yuli Sezar" | Mark Antoni | ||
• Riçard Börton | "Xələt" | Marsell Qallion | ||
• Montqomeri Klift | "Bu gündən əbədiliyə qədər" | Robert Li Prüitt | ||
• Bert Lankaster | "Bu gündən əbədiliyə qədər" | birinci serjant Milton Uorden | ||
★ Marlon Brando | "Limanda" | Terri Malloy | ||
• Hamfri Boqart | "Keyndə qiyam" | Filip Frensis Keiq | ||
• Binq Krosbi | "Kənd qızı" | Frenk Elcin | ||
• Ceyms Meyson | "Ulduz doğuldu" | Norman Meyn | ||
• Den O'Herlihi | "Robinzon Kruzonun macəraları" | Robinzon Kruzo | ||
★ Ernest Borqnayn | "Marti" | Marti Piletti | ||
• Ceyms Keqni | "Ya məni sev, ya da tərk et" | Martin Snayder | ||
• Ceyms Din (ölümündən sonra) | "Cənnətdən şərqə" | Kel Trask | ||
• Frenk Sinatra | "Qızıl əlli adam" | Frenki Makine | ||
• Spenser Treysi | "Blek Rokda pis gün" | Con C. Makridi | ||
★ Yul Brinner | "Kral və mən" | Monqkut | ||
• Ceyms Din (ölümündən sonra) | "Nəhəng" | Сett Rink | ||
• Kirk Duqlas | "Yaşamaq yanğısı" | Vinsent van Qoq | ||
• Rok Hadson | "Nəhəng" | Cordan "Bik" Benedikt | ||
• Lourens Olivye | "III Riçard" | kral III Riçard | ||
★ Alek Ginnes | "Kvay çayı üzərindən körpü" | polkovnik Kolonel Nikolson | ||
• Marlon Brando | "Sayonara" | mayor Lloyd "As" Qruver | ||
• Entoni Françoza | "Yağışda bütöv şlyapa" | Polo Poup | ||
• Çarlz Louton | "İttihamın şahidi" | Uilfrid Robarts | ||
• Entoni Kuinn | "Şiddətli külək" | Cino | ||
★ Devid Niven | "Ayrıca masa arxasında" | Devid Anqus Pollok | ||
• Toni Körtis | "Baş əyməyənlər" | Con "Coker" Cekson | ||
• Pol Nyuman | "Qaynar damda pişik" | Brik Pollitt | ||
• Sidni Puatye | "Baş əyməyənlər" | Noa Kallen | ||
• Spenser Treysi | "Qoca və dəniz" | Qoca |
1960-cı illər
Mərasim | Qalibin fotosu | Aktyor | Film | Rol |
---|---|---|---|---|
★ Çarlton Heston | "Ben-Hur" | İuda Ben-Hur | ||
• Lourens Harvi | "Yuxarıya yol" | Co Lempton | ||
• Cek Lemmon | "Bəziləri bu istini sevir" | Cerri Dafna | ||
• Pol Muni | "Sonuncu hirsləndirilmiş adam" | doktor Sem Abelman | ||
• Ceyms Stüart | "Qətlin anatomiyası" | Pol Biqler | ||
★ Bert Lankaster | "Elmer Qantri" | Elmer Qantri | ||
• Trevor Hovard | "Oğullar və sevgililər" | Volter Morel | ||
• Cek Lemmon | "Mənzil" | Si Si "Bad" Bakster | ||
• Lourens Olivye | "Komediant" | Arçi Rays | ||
• Spenser Treysi | "Külək varisi" | vəkil Henri Drammond | ||
★ Maksimilian Şell | "Nürnberq mühakiməsi" | Hans Rolf | ||
• Şarl Buaye | "Fanni" | Sezar | ||
• Pol Nyuman | "Oyunçu" | Eddi Felson | ||
• Spenser Treysi | "Nürnberq mühakiməsi" | Den Heyvud | ||
• Stüart Vitmen | "İşarə" | Cim Fuller | ||
★ Qreqori Pek | "Bülbülü öldürmək" | Attikus Finç | ||
• Bert Lankaster | "Alkatraslı quşbaz" | Robert Franklin Straud | ||
• Cek Lemmon | "Çaxır və qızılgül günləri" | Co Kley | ||
• Marçello Mastroyanni | "İtalyansayağı boşanma" | Ferdinando Çefalu | ||
• Piter O'Tul | "Ərəbistanlı Lourens" | Tomas Edvard Lourens | ||
★ Sidni Puatye | "Çöl zanbaqları" | Homer Smit | ||
• Albert Finni | "Tom Cons" | Tom Cons | ||
• Riçard Harris | "Bu idman həyatı" | Frenk Meçin | ||
• Reks Harrison | "Kleopatra" | Qay Yuli Sezar | ||
• Pol Nyuman | "Had" | Had Bennon | ||
★ Reks Harrison | "Mənim gözəl xanımım" | professor Henri Hiqqins | ||
• Riçard Börton | "Beket" | Tomas Beket | ||
• Piter O'Tul | "Beket" | kral II Henri | ||
• Entoni Kuinn | "Yunan Zorba" | Aleksis Zorba | ||
• Piter Sellers | "Doktor Streynclav, yaxud mən necə bombadan qorxmamağı öyrəndim və onu sevdim" | doktor Streynclav prezident Mörkin Maffli Layonel Mandreyk | ||
★ Li Marvin | "Ket Ballu" | Kid Şelin Tim Stron | ||
• Riçard Börton | "Soyuqdan gəlmiş casus" | Alek Limas | ||
• Lourens Olivye | "Otello" | Otello | ||
• Rod Stayger | "Sələmçi" | Sol Nazerman | ||
• Oskar Verner | "Səfehlər gəmisi" | doktor Şuman | ||
★ Pol Skofild | "Bütün vaxtlar üçün insan" | Tomas Mor | ||
• Alan Arkin | "Ruslar gəlir! Ruslar gəlir!" | leytenant Rozanov | ||
• Riçard Börton | "Virciniya Vulfdan kim qorxur?" | Corc | ||
• Maykl Keyn | "Elfi" | Alfred "Elfi" Elkins | ||
• Stiv Makkuin | "Qumlu çınqıllar" | Ceyk Holman | ||
★ Rod Stayger | "Gecənin istisində" | polis rəisi Bill Gillespi | ||
• Uorren Bitti | "Bonni və Klayd" | Klayd Barrou | ||
• Dastin Hoffman | "Məzun" | Ben Breddok | ||
• Pol Nyuman | "Soyuqqanlı Lük" | Lük Cekson | ||
• Spenser Treysi (ölümündən sonra) | "Tap gör, nahara kim gələcək" | Mett Dreyton | ||
★ Kliff Robertson | "Çarli" | Çarli Qordon | ||
• Alan Arkin | "Ürək tənha ovçudur" | Con Sinqer | ||
• Alan Beyts | "Fəhlə" | Yakov Bok | ||
• Ron Mudi | "Oliver!" | Fecin | ||
• Piter O'Tul | "Qışda şir" | kral II Henri |
1970-ci illər
Mərasim | Qalibin fotosu | Aktyor | Film | Rol |
---|---|---|---|---|
★ Con Ueyn | "Əsl kişilik" | Ruben C. "Zadira" Koqbern | ||
• Riçard Börton | "Min günlük Anna" | kral VIII Henri | ||
• Dastin Hoffman | "Gecəyarı kovboyu" | Enriko Salvatore "Ratso" Risso | ||
• Piter O'Tul | "Sağ olun, cənab Çips" | Artur Çippinq | ||
• Con Voyt | "Gecəyarı kovboyu" | Сo Bak | ||
★ Corc Skott (mükafatdan imtina edib) | "Patton" | general Corc S. Patton | ||
• Melvin Duqlas | "Mən heç vaxt atam üçün oxumamışam" | Tom Qarrison | ||
• Ceyms Erl Cons | "Böyük ağ ümid" | Cek Cefferson | ||
• Cek Nikolson | "Beş yüngül pyes" | Robert Düpi | ||
• Rayan O'Nil | "Sevgi tarixçəsi" | Oliver Barrett | ||
★ Cin Hekmen | "Fransız rabitəçisi" | detektiv Cimmi "Popay" Doyl | ||
• Piter Finç | "Bazar günü, qanlı bazar günü" | doktor Daniel Hörş | ||
• Volter Mattau | "Kotç" | Cosef P. Kotçer | ||
• Corc Skott | "Xəstəxana" | doktor Herbert Bok | ||
• Xaim Topol | "Damdakı skripkaçı" | Tevye | ||
★ Marlon Brando (mükafatdan imtina edib) | "Xaç atası" | Vito Korleone | ||
• Maykl Keyn | "Xəfiyyə" | Maylo Tindl | ||
• Lourens Olivye | "Xəfiyyə" | Endrü Uayk | ||
• Piter O'Tul | "İdarə edilən sinif" | Cek Qurney | ||
• Pol Uinfild | "Saunder" | Natan Li Morqan | ||
★ Cek Lemmon | "Pələngi xilas edin" | Harri Stoner | ||
• Marlon Brando | "Parisdə sonuncu tanqo" | Pol | ||
• Cek Nikolson | "Sonuncu tapşırıq" | Billi | ||
• Al Paçino | "Serpiko" | Frenk Serpiko | ||
• Robert Redford | "Fırıldaq" | Conni "Kelli" Huker | ||
★ Art Karni | "Harri və Tonto" | Harri Kumbs | ||
• Albert Finni | "Şərq ekspressində qətl" | Erkül Puaro | ||
• Dastin Hoffman | "Lenni" | Lenni Brüs | ||
• Cek Nikolson | "Çin məhəlləsi" | Ceyk Qitts | ||
• Al Paçino | "Xaç atası 2" | Maykl Korleone | ||
★ Cek Nikolson | "Ququ quşunun yuvası üstündən uçarkən" | Rendl Patrik MakMörfi | ||
• Volter Mattau | "Günəş uşaqları" | Villi Klark | ||
• Al Paçino | "Günün ən isti vaxtı" | Sonni Vortzik | ||
• Maksimilian Şell | "Şüşə köşkdəki adam" | Artur Qoldman | ||
• Ceyms Uitmor | "İstini onlara ver, Harri!" | Harri Trumen | ||
★ Piter Finç (ölümündən sonra) | "Telexətt" | Hovard Bil | ||
• Robert de Niro | "Taksi sürücüsü" | Trevis Bikl | ||
• Cankarlo Cannini | "Yeddi gözəl" | Paskualino Frafuzo | ||
• Vilyam Holden | "Telexətt" | Maks Şumaxer | ||
• Silvestr Stallone | "Rokki" | Rokki Balboa | ||
★ Riçard Dreyfuss | "Vidalaşma üçün qız" | Elliot Qarfild | ||
• Vudi Allen | "Enni Holl" | Elvi Singer | ||
• Riçard Börton | "Ekvus" | Martin Daysart | ||
• Marçello Mastroyanni | "Qeyri-adi gün" | Qabriele | ||
• Con Travolta | "Şənbə axşamının hərarəti" | Entoni "Toni" Manero | ||
★ Con Voyt | "Evə qayıdış" | Lük Martin | ||
• Uorren Bitti | "Səmalar gözləyər" | Co Pendlton | ||
• Qeri Byuzi | "Baddi Hollinin hekayəsi" | Baddi Holli | ||
• Robert de Niro | "Maral ovçusu" | Mixail Vronski | ||
• Lourens Olivye | "Braziliyalı oğlanlar" | Ezra Liberman |
1980-ci illər
Mərasim | Qalibin fotosu | Aktyor | Film | Rol |
---|---|---|---|---|
★ Dastin Hoffman | "Kramer Kramerə qarşı" | Ted Kramer | ||
• Cek Lemmon | "Çin sindromu" | Cek Qodell | ||
• Al Paçino | "Ədalət məhkəməsi hamı üçündür" | Artur Körkland | ||
• Roy Şayder | "Bütün bu caz" | Co Gideon | ||
• Piter Sellers | "Orada olmaq" | bağban Çens | ||
★ Robert de Niro | "Quduz öküz" | Ceyk Lamotta | ||
• Robert Düval | "Böyük Santini" | podpolkovnik Uilbur Miçum | ||
• Con Hört | "Fil adam" | Cozef Merrik | ||
• Cek Lemmon | "Mükafat" | Skotti Templton | ||
• Piter O'Tul | "Trük ustası" | rejissor Elay Kross | ||
★ Henri Fonda | "Qızıl göldə" | Norman Teyer - kiçik | ||
• Uorren Bitti | "Qırmızılar" | Con Rid | ||
• Bert Lankaster | "Atlantik-siti" | Lu Paskal | ||
• Dadli Mur | "Artur" | Artur Bax | ||
• Pol Nyuman | "Hirsin yoxluğu" | Maykl Kolin Qallaxer | ||
★ Ben Kinqsli | "Qandi" | Mahatma Qandi | ||
• Dastin Hoffman | "Tutsi" | Maykl Dorsi Doroti Mayklz | ||
• Cek Lemmon | "İtkin düşmüş" | Ed Horman | ||
• Pol Nyuman | "Hökm" | Frenk Qelvin | ||
• Piter O'Tul | "Mənim sevimli ilim" | Alan Suonn | ||
★ Robert Düval | "Tanrının mərhəməti" | Mak Slec | ||
• Maykl Keyn | "Ritanın tərbiyə edilməsi" | professor Frenk Brayant | ||
• Tom Konti | "Ruben, Ruben" | Qoen MakQlend | ||
• Tom Kortni | "Kostyumçu" | Norman | ||
• Albert Finni | "Kostyumçu" | Ser | ||
★ Fərid Mürrey Abraham | "Amadey" | Antonio Salyeri | ||
• Ceff Brices | "Ulduz adam" | Ulduz adam | ||
• Albert Finni | "Vulkan altında" | Ceffri Firmin | ||
• Tom Hals | "Amadey" | Volfqanq Amadey Mosart | ||
• Sem Uoterston | "Ölümcül sahələr" | Sidney Şenberq | ||
★ Vilyam Hört | "Hörümçək qadının öpüşü" | Luis Molina | ||
• Harrison Ford | "Şahid" | detektiv Con Buk | ||
• Ceyms Qarner | "Mörfinin sevgisi" | Mörfi Cons | ||
• Cek Nikolson | "Prissi ailəsinin namusu" | Çarli Partanna | ||
• Con Voyt | "Qaçqın qatar" | Menni | ||
★ Pol Nyuman | "Pulun rəngi" | Eddi Felson | ||
• Dekster Qordon | "Təxminən gecəyarı" | Deyl Terner | ||
• Bob Hoskins | "Mona Liza" | Corc | ||
• Vilyam Hört | "Kiçik Allahın uşaqları" | Ceyms Lids | ||
• Ceyms Vuds | "Salvador" | Riçard Boyl | ||
★ Maykl Duqlas | "Uoll-strit" | Qordon Gekko | ||
• Vilyam Hört | "Televiziya xəbərləri" | Tom Qrunik | ||
• Marçello Mastroyanni | "Qaranlıq gözlər" | Romano Patroe | ||
• Cek Nikolson | "Qanqal" | Frensis Felan | ||
• Robin Vilyams | "Sabahın xeyir, Vyetnam" | Edrian Kronauer | ||
★ Dastin Hoffman | "Yağış adamı" | Reymond Bebbit | ||
• Cin Hekmen | "Missisipi od içində" | agent Rupert Anderson | ||
• Tom Henks | "Böyük" | Coş Baskin | ||
• Edvard Ceyms Olmos | "Durmaq və gətirmək" | Hayme Eskalante | ||
• Maks fon Südov | "İstilaçı Pelle" | Lasse |
1990-cı illər
Mərasim | Qalibin fotosu | Aktyor | Film | Rol |
---|---|---|---|---|
★ Deniel Dey-Lüis | "Mənim sol ayağım" | Kristi Braun | ||
• Kennet Brana | "V Henri" | kral V Henri | ||
• Tom Kruz | "İyulun dördü doğulmuşlar" | Ron Kovik | ||
• Morqan Friman | "Miss Deyzinin sürücüsü" | Houk Kolbern | ||
• Robin Vilyams | "Ölü şairlər cəmiyyəti" | Con Kitinq | ||
★ Ceremi Ayrons | "Taleyin iç üzü" | Klaus fon Bülov | ||
• Kevin Kostner | "Canavarlarla rəqs" | Con Danbar | ||
• Robert de Niro | "Oyanış" | Leonard Lou | ||
• Jerar Depardye | "Sirano de Berjerak" | Sirano de Berjerak | ||
• Riçard Harris | "Çöl" | "Öküz" Mak-Keyb | ||
★ Entoni Hopkins | "Quzuların səssizliyi" | Hannibal Lekter | ||
• Uorren Bitti | "Baqsi" | Baqsi Sigel | ||
• Robert de Niro | "Qorxu burnu" | Maks Keydi | ||
• Nik Nolti | "Sellər şahzadəsi" | Tom Uinqo | ||
• Robin Vilyams | "Balıqçı kral" | Perri | ||
★ Al Paçino | "Qadın ətri" | podpolkovnik Frenk Sleyd | ||
• Robert Dauni (kiçik) | "Çaplin" | Çarli Çaplin | ||
• Klint İstvud | "Bağışlanılmayan" | Vilyam Manni | ||
• Stiven Ri | "Qəddar oyun" | Fergüs | ||
• Denzel Vaşinqton | "Malkolm İks" | Malkolm X | ||
★ Tom Henks | "Filadelfiya" | Endrü Beket | ||
• Deniel Dey-Lüis | "Atanın adı naminə" | Cerri Konlon | ||
• Lourens Fişborn | "Sevginin bura nə dəxli var?" | Ayk Törner | ||
• Entoni Hopkins | "Günün qalığı" | Ceyms Stivens | ||
• Liam Nison | "Şindlerin siyahısı" | Oskar Şindler | ||
★ Tom Henks | "Forrest Qamp" | Forrest Qamp | ||
• Morqan Friman | "Şouşenkdən qaçış" | Ellis Boyd "Red" Reddinq | ||
• Naycel Hotorn | "Kral Corcun dəliliyi" | kral III Georq | ||
• Pol Nyuman | "Səfehlərsiz" | Donald "Salli" Sallivan | ||
• Con Travolta | "Kriminal qiraət" | Vinsent Veqa | ||
★ Nikolas Keyc | "Las-Veqası tərk etmək" | Ben Sanderson | ||
• Riçard Dreyfuss | "Cənab Hollandın əsəri" | Qlenn Holland | ||
• Entoni Hopkins | "Nikson" | Riçard Nikson | ||
• Şon Penn | "Ölü gəlir" | Metyu Ponselet | ||
• Massimo Troizi (ölümündən sonra) | "Poçtalyon" | Mario Ruoppolo | ||
★ Ceffri Raş | "Parıltı" | Devid Helfqott | ||
• Tom Kruz | "Cerri Maquayer" | Cerri Maquayer | ||
• Ralf Fayns | "İngilis xəstə" | Laslo Almaşi | ||
• Vudi Harrelson | "Xalq Larri Flintə qarşı" | Larri Flint | ||
• Billi Bob Tornton | "İtilənmiş ülgüc" | Karl Çaylders | ||
★ Cek Nikolson | "Yaxşı ola da bilməz" | Melvin Üdell | ||
• Mett Deymon | "Ağıllı Uill Hantinq" | Uill Hantinq | ||
• Robert Düvall | "Həvariyun" | Yuliss Düi | ||
• Piter Fonda | "Ulinin qızılı" | Uliss Cekson | ||
• Dastin Hoffman | "Kələkbazlıq" | Stenli Motss | ||
★ Roberto Beninyi | "Həyat gözəldir" | Qvido Orefiçe | ||
• Tom Henks | "Sıravi Rayanı xilas etməli" | kapitan Con Miller | ||
• Yan MakKellen | "Allahlar və bədheybətlər" | Ceyms Ueyl | ||
• Nik Nolti | "Kədər" | Ueyd Vaythaus | ||
• Edvard Norton | "Amerika əhvalatı İks" | Derek Vinyard |
2000-ci illər
Mərasim | Qalibin fotosu | Aktyor | Film | Rol |
---|---|---|---|---|
★ Kevin Speysi | "Amerikansayağı gözəllik" | Lester Börnem | ||
• Rassel Krou | "Özününkü" | Ceffri S. Uayqand | ||
• Riçard Farnsuort | "Sadə əhvalat" | Elvin Streyt | ||
• Şon Penn | "Şirin və iyrənc" | Emmet Rey | ||
• Denzel Vaşinqton | "Qasırğa" | Rubin Karter | ||
★ Rassel Krou | "Qladiator" | Maksimus | ||
• Xaviyer Bardem | "Gecə düşənə qədər" | Reynaldo Arenas | ||
• Tom Henks | "Didərgin" | Çak Noland | ||
• Ed Harris | "Pollok" | Cekson Pollok | ||
• Ceffri Raş | "Lələklər" | Markiz de Sad | ||
★ Denzel Vaşinqton | "Məşq günü" | detektiv Alonzo Harris | ||
• Rassel Krou | "Ağıl oyunları" | Con Neş | ||
• Şon Penn | "Mən Seməm" | Sem Douson | ||
• Uill Smit | "Əli" | Məhəmməd Əli | ||
• Tom Uilkinson | "Yataq otağında" | Mett Fouler | ||
★ Edrien Broudi | "Pianoçu" | Vladislav Şpilman | ||
• Nikolas Keyc | "Uyğunlaşma" | Çarli Kaufman Donald Kaufman | ||
• Maykl Keyn | "Sakit amerikalı" | Tomas Fauler | ||
• Deniel Dey-Lüis | "Nyu-Yorkun dəstələri" | Vilyam Bill Kattinq | ||
• Cek Nikolson | "Şmidt haqqında" | Uorren R. Şmidt | ||
★ Şon Penn | "Sirli çay" | Cimmi Markum | ||
• Conni Depp | "Karib dənizinin quldurları: Qara mirvarinin qarğışı" | kapitan Cek Sərçə | ||
• Ben Kinqsli | "Qum və dumandan ev" | Məsud Əmir Behrani | ||
• Cud Lou | "Soyuq dağ" | İnman | ||
• Bill Mürrey | "Tərcümə çətinlikləri" | Bob Harris | ||
★ Ceymi Foks | "Rey" | Rey Çarlz | ||
• Don Çidl | ""Ruanda" mehmanxanası" | Pol Rusesabacina | ||
• Conni Depp | "Sehrli ölkə" | Ceyms Metyu Barri | ||
• Leonardo Di Kaprio | "Aviator" | Hovard Hyuz | ||
• Klint İstvud | "Milyon dollarlıq gözəlçə" | Frenki Dann | ||
★ Filip Seymur Hoffman | "Kapote" | Trumen Kapote | ||
• Terrens Hovard | "İtələmək və hərəkət" | Dicey | ||
• Hit Lecer | "Qozbel dağ" | Ennis Del Mar | ||
• Xoakin Feniks | "Xətti gəzinti" | Conni Keş | ||
• Devid Streteyrn | "Gecəniz xeyirə qalsın və uğurlar" | Edvard R. Merrou | ||
★ Forest Uiteyker | "Şotlandiyanın sonuncu kralı" | İdi Amin | ||
• Leonardo Di Kaprio | "Qanlı almaz" | Denni Arçer | ||
• Rayan Qoslinq | "Nelsonun yarısı" | Den Dann | ||
• Piter O'Tul | "Venera" | Moris | ||
• Uill Smit | "Xoşbəxtliyin təqibi" | Kris Qardner | ||
★ Deniel Dey-Lüis | "Neft" | Deniel Pleynvü | ||
• Corc Kluni | "Maykl Kleyton" | Maykl Kleyton | ||
• Conni Depp | "Suini Tod: Flit-stritin iblis bərbəri" | Suini Todd | ||
• Tommi Li Cons | "Ela vadisində" | Henk Dirfild | ||
• Viqqo Mortensen | "Şərqi vədlər" | Nikolay Lujin | ||
★ Şon Penn | "Harvi Milk" | Harvi Milk | ||
• Riçard Cenkins | "Gələn adam" | Volter Veyl | ||
• Frenk Lancella | "Frost Niksona qarşı" | Riçard Nikson | ||
• Bred Pitt | "Bencamin Battonun müəmmalı hekayəsi" | Bencamin Batton | ||
• Mikki Rurk | "Restler" | Rendi Robinson |
2010-cu illər
Mərasim | Qalibin fotosu | Aktyor | Film | Rol |
---|---|---|---|---|
★ Ceff Brices | "Dəli ürək" | Otis "Bed" Bleyk | ||
• Corc Kluni | "Havadan yuxarı" | Rayan Binqem | ||
• Kolin Fört | "Tənha kişi" | Corc Falkoner | ||
• Morqan Friman | "İtaətsiz" | Nelson Mandela | ||
• Ceremi Renner | "Fırtınalar hökmdarı" | serjant Vilyam Ceyms | ||
★ Kolin Fört | "Kral danışır" | kral VI Georq | ||
• Xaviyer Bardem | "Byutiful" | Uksbal | ||
• Ceff Brices | "Möhkəm tutma" | Ruster Koqbern | ||
• Cessi Ayzenberq | "Sosial şəbəkə" | Mark Zukerberq | ||
• Ceyms Franko | "127 saat" | Aron Ralston | ||
★ Jan Düjarden | "Artist" | Corc Valentin | ||
• Demian Bişir | "Yaxşı həyat" | Karlos Qalindo | ||
• Corc Kluni | "Nəsillər" | Mett Kinq | ||
• Qari Oldmen | "Misgər, dərzi, əsgər, casus" | Corc Smayli | ||
• Bred Pitt | "Hər şeyi dəyişən adam" | Billi Bin | ||
★ Deniel Dey-Lüis | "Linkoln" | Avraam Linkoln | ||
• Bredli Kuper | "Mənim sevgilim dəlidir" | Pet Solitano | ||
• Hyu Cekman | "Səfillər" | Jan Valjan | ||
• Xoakin Feniks | "Ustad" | Freddi Kuell | ||
• Denzel Vaşinqton | "Ekipaj" | kapitan Vilyam "Uip" Uitaker | ||
★ Mettyu Makkonehi | "Dallaslı alıcılar klubu" | Ron Vudruf | ||
• Kristian Beyl | "Amerikalı kələkbaz" | İrvinq Rozenfeld | ||
• Brüs Dern | "Nebraska" | Vudi Qrant | ||
• Leonardo DiKaprio | "Uoll-strit canavarı" | Cordan Belfort | ||
• Çivetel Eciofor | "12 illik əsarət" | Solomon Nortap | ||
★ Eddi Redmeyn | "Hər şeyin nəzəriyyəsi" | Stiven Hokinq | ||
• Stiv Kerell | "Tülkü ovçusu" | Con Düpon | ||
• Bredli Kuper | "Amerikalı snayper" | Kris Kayl | ||
• Benedikt Kamberbetç | "Təqlid oyunu" | Alan Türinq | ||
• Maykl Kiton | "Bördmen" | Riqqan Tompson | ||
★ Leonardo DiKaprio | "Sağ qalmış" | Hyu Qlass | ||
• Brayan Krenston | "Trambo" | Dalton Trambo | ||
• Mett Deymon | "Marslı" | Mark Uotni | ||
• Maykl Fassbender | "Stiv Cobs" | Stiv Cobs | ||
• Eddi Redmeyn | "Danimarkalı qız" | Lili Elbe | ||
★ Keysi Afflek | "Mançester dəniz kənarında" | Li Çandler | ||
• Endrü Qarfild | "Vicdan düşüncəsi ilə" | Desmond Doss | ||
• Rayan Qoslinq | "La La Lend" | Sebastyan Vaylder | ||
• Viqqo Mortensen | "Kapitan Fantastik" | Ben Keş | ||
• Denzel Vaşinqton | "Hasarlar" | Troy Makson | ||
★ Qari Oldmen | "Tutqun zamanlar" | Vinston Çörçill | ||
• Timoti Şalame | "Məni öz adınla çağır" | Elio Perlman | ||
• Deniel Dey-Lüis | "Xəyali sap" | Reynolds Ceremayya Vudkok | ||
• Deniel Kaluya | "Uzaqlaş" | Kris Vaşinqton | ||
• Denzel Vaşinqton | "Roman İzrael, Esq." | Roman C. İzrael | ||
★ Rami Malek | "Bohemiya rapsodiyası" | Freddi Merkyuri | ||
Kristian Beyl | "Vitse" | Dik Çeyni | ||
Bredli Kuper | "Bir ulduz doğur" | Cekson Meyn | ||
Villem Defo | "Əbədiliyin qapısında" | Vinsent van Qoq | ||
Viqqo Mortensen | "Yaşıl kitab" | Toni Lip | ||
★ Xoakin Feniks | "Coker" | Artur Flek / Coker | ||
Antonio Banderas | "Ağrı və şöhrət" | Salvador Mallo | ||
Leonardo DiKaprio | "Bir vaxtlar Hollivudda" | Rik Dalton | ||
Adam Drayver | "Evlilik hekayəsi" | Çarli Barber | ||
Conatan Prays | "İki papa" | Fransisk |
2020-ci illər
Mərasim | Qalibin fotosu | Aktyor | Film | Rol |
---|---|---|---|---|
★ Antoni Hopkins | "Ata" | Antoni | ||
• Riz Əhməd | "Metalın səsi" | Rayan Binqem | ||
• Çedvik Bouzman | "Ma Reyni: Mavilərin anası" | Levi Qrin | ||
• Qari Oldmen | "Mank" | Herman Mankeviç | ||
• Stiven Yeun | "Minari" | Yakob Yi | ||
★ Vill Smit | "Kral Riçard" | Riçard Vilyams | ||
• Xaviyer Bardem | "Rikardo olmaq" | Desi Arnaz | ||
• Benedikt Kamberbetç | "İtin gücü" | Fil Burbank | ||
• Endrü Qarfild | "Tik-tak, bum!" | Conatan Lerson | ||
• Denzel Vaşinqton | "Makbetin tragediyası" | Lord Makbet | ||
★ Brendan Freyzer | "Kit" | Çarli | ||
• Ostin Batler | "Elvis" | Elvis Presli | ||
• Kolin Farrel | "İnişerina Banşi" | Pádraic Súilleabháin | ||
• Pol Meskal | "Günəş mənimdir" | Kalum Peterson | ||
• Bill Nayi | "Canlı" | Cənab Rodni Vilyams |
Rekordların statistikası
Təkrar qaliblər
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına 3 dəfə layiq görülmüş yeganə aktyor Deniel Dey-Lüis (1990, 2008, 2013) olmuşdur[19][20][21].
İndiyə qədər 8 aktyor bu mükafata iki dəfə layiq görülüb[22]:
2 dəfə qalib olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Fredrik Març | 1932, 1947 |
Spenser Treysi | 1938, 1939 |
Qeri Kuper | 1942, 1953 |
Marlon Brando | 1955, 1973 |
Cek Nikolson | 1976, 1998 |
Dastin Hoffman | 1980, 1989 |
Tom Henks | 1994, 1995 |
Şon Penn | 2004, 2009 |
Təkrar namizədlər
Piter O'Tul bu siyahıda ən çox - 8 dəfə qalibiyyətsiz namizəd olmuş aktyor kimi rekord sahibidir[23].
Qalın şriftlə verilmiş illər namizədlərin qalib olduğu illərdir.
9 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Spenser Treysi | 1937, 1938, 1939, 1951, 1956, 1959, 1961, 1962, 1968 |
Lourens Olivye | 1940, 1941, 1947, 1949, 1957, 1961, 1966, 1973, 1979 |
8 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Pol Nyuman | 1959, 1962, 1964, 1968, 1982, 1983, 1987, 1995 |
Piter O'Tul | 1963, 1965, 1969, 1970, 1973, 1981, 1983, 2007 |
Cek Nikolson | 1971, 1974, 1975, 1976, 1986, 1988, 1998, 2003 |
7 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Marlon Brando | 1952, 1953, 1954, 1955, 1958, 1973, 1974 |
Cek Lemmon | 1960, 1961, 1963, 1974, 1980, 1981, 1983 |
Dastin Hoffman | 1968, 1970, 1975, 1980, 1983, 1989, 1998 |
6 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Pol Muni | 1930-I, 1934, 1936, 1937, 1938, 1960 |
Riçard Börton | 1954, 1965, 1966, 1967, 1970, 1978 |
Deniel Dey-Lüis | 1990, 1994, 2003, 2008, 2013, 2018 |
Denzel Vaşinqton | 1993, 2000, 2002, 2013, 2017, 2018 |
5 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Fredrik Març | 1931, 1932, 1938, 1947, 1952 |
Qeri Kuper | 1937, 1942, 1943, 1944, 1953 |
Ceyms Stüart | 1940, 1941, 1947, 1951, 1960 |
Qreqori Pek | 1946, 1947, 1948, 1950, 1963 |
Al Paçino | 1974, 1975, 1976, 1980, 1993 |
Robert de Niro | 1977, 1979, 1981, 1991, 1992 |
Tom Henks | 1989, 1994, 1995, 1999, 2001 |
Şon Penn | 1996, 2000, 2002, 2004, 2009 |
4 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Şarl Buaye | 1938, 1939, 1945, 1962 |
Bert Lankaster | 1954, 1961, 1963, 1982 |
Albert Finni | 1964, 1975, 1984, 1985 |
Maykl Keyn | 1967, 1973, 1984, 2003 |
Uorren Bitti | 1968, 1979, 1982, 1992 |
Leonardo Di Kaprio | 2005, 2007, 2014, 2016 |
3 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Ronald Kolman | 1930-II, 1943, 1948 |
Çarlz Louton | 1934, 1936, 1958 |
Klark Qeybl | 1935, 1936, 1940 |
Ceyms Keqni | 1939, 1943, 1956 |
Hamfri Boqart | 1944, 1952, 1955 |
Binq Krosbi | 1945, 1946, 1955 |
Montqomeri Klift | 1949, 1952, 1954 |
Kirk Duqlas | 1950, 1953, 1957 |
Vilyam Holden | 1951, 1954, 1977 |
Marçello Mastroyanni | 1963, 1978, 1988 |
Con Voyt | 1970, 1979, 1986 |
Robert Düval | 1981, 1984, 1998 |
Ceff Brices | 1985, 2010, 2011 |
Vilyam Hört | 1986, 1987, 1988 |
Robin Vilyams | 1988, 1990, 1992 |
Morqan Friman | 1990, 1995, 2010 |
Entoni Hopkins | 1992, 1994, 1996 |
Rassel Krou | 2000, 2001, 2002 |
Conni Depp | 2004, 2005, 2008 |
Corc Kluni | 2008, 2010, 2012 |
2 dəfə namizəd olmuş aktyorlar
Aktyor | Namizəd olduğu illər |
---|---|
Lesli Hovard | 1934, 1939 |
Volter Hyuston | 1937, 1942 |
Robert Montqomeri | 1938, 1942 |
Mikki Runi | 1940, 1944 |
Henri Fonda | 1941, 1982 |
Keri Qrant | 1942, 1945 |
Volter Picon | 1943, 1944 |
Con Ueyn | 1950, 1970 |
Xose Ferrer | 1951, 1953 |
Alek Ginness | 1953, 1958 |
Ceyms Din | 1956, 1957 |
Entoni Kuinn | 1958, 1965 |
Sidni Puatye | 1959, 1964 |
Maksimilian Şell | 1962, 1976 |
Reks Harrison | 1964, 1965 |
Riçard Harris | 1964, 1991 |
Piter Sellers | 1965, 1980 |
Rod Stayger | 1966, 1968 |
Alan Arkin | 1967, 1969 |
Corc Skott | 1971, 1972 |
Volter Mattau | 1972, 1976 |
Piter Finç | 1972, 1977 |
Cin Hekmen | 1972, 1989 |
Con Travolta | 1978, 1995 |
Riçard Dreyfus | 1978, 1996 |
Ben Kinqsli | 1983, 2004 |
Tom Kruz | 1990, 1997 |
Nik Nolti | 1992, 1999 |
Klint İstvud | 1993, 2005 |
Nikolas Keyc | 1996, 2003 |
Ceffri Raş | 1998, 2016 |
Mett Deymon | 2001, 2011 |
Xaviyer Bardem | 2001, 2011 |
Uill Smitt | 2002, 2007 |
Xoakin Feniks | 2006, 2013 |
Rayan Qoslinq | 2007, 2017 |
Viqqo Mortensen | 2008, 2017 |
Bred Pitt | 2009, 2012 |
Kolin Fört | 2010, 2011 |
Qari Oldmen | 2012, 2018 |
Bredli Kuper | 2013, 2015 |
Eddi Redmeyn | 2015, 2016 |
Digər rekordlar
Rekord | Rekordçu | İl | Göstərici |
---|---|---|---|
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına ən çox namizəd olan film | "Baunti"də qiyam filmi | 1936 | 3 nominasiya |
Ən yaşlı laureat | Henri Fonda | 1982 | 76 yaş |
Ən yaşlı namizəd | Riçard Farnsuort | 2000 | 79 yaş |
Ən gənc laureat | Edrien Broudi | 2003 | 29 yaş |
Ən gənc namizəd | Ceki Kuper | 1931 | 9 yaş |
İstinadlar
- ABC Television Network. "Gary Oldman's Oscar 2018 Acceptance Speech for Best Actor in Darkest Hour" (ingilis). Youtube.com. 04.03.2018. 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-07.
- "Rule One: Awards Definitions". 2014-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-23.
- "Rule Five: Balloting and Nominations". 2013-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-23.
- "Rule Six: Special Rules for the Acting Awards". 2014-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-23.
- "The 1st Academy Awards (1929) Nominees and Winners". 2014-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.
- "1927-28 Academy Awards® Winners and History". 2010-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.
- "All about Oscar: The History and Politics of the Academy Awards". 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.
- All about Oscar - 1929/30: Best Actor. Encyclopædia Britannica, Inc.
- "History of the Academy Awards". 2010-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.
- "The 8th Academy Awards (1936)". 2012-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.
- "Emanuel Levy - All about Oscar: The History and Politics of the Academy Awards". 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.
- "Honorary Award. The Academy of Motion Picture Arts and Sciences". 2011-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-25.
- "The 33rd Academy Awards (1961). The Academy of Motion Picture Arts and Sciences". 2011-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-25.
- "Rejection of Brando's Oscar still a fond academy memory". 2013-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-25.
- Marlon Brando's Oscar® win for "The Godfather"
- ARB Kəpəz. "İşgüzar - Oskar" (az.). Youtube.com. 09.12.2016. İstifadə tarixi: 2016-12-10.
- "Josh Rottenberg. Catching up with Sacheen Littlefeather, 40 years after her controversial brush with Oscar history". 2013-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-25.
- "Оскар 2018: все победители". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-07.
- "The Official Academy Awards® Database". 2009-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-23.
- "Дэниел Дэй-Льюис стал трехкратным обладателем «Оскара» за лучшую мужскую роль". 2013-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-26.
- ""Oskar" mükafatları öz sahiblərini tapdı". 2015-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-26.
- "Academy Awards. Best Actor. Facts & Trivia". 2020-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-23.
- "Academy Awards Best Actor". 2020-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-23.
Həmçinin bax
- Oskar mükafatı
- Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı