Əmtəə nişanı
Əmtəə nişanı – hüquqi cəhətdən qorunan firma adı, firma nişanı, əmtəə nümunəsi və ya onların əlaqələndirilməsidir, başqa sözlə müəyyən firmanın əmtəələrinin digər firmanın məlumatlarından fərqləndirmək üçün xidmət göstərən müəyyən edilmiş qaydada qeydiyyatdan keçən nişandır (işarədir, əlamətdir). Əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması.
Əqli mülkiyyət |
---|
|
Əlaqəli mövzular |
Yuxarı kateqoriyalar: Mülkiyyət və Mülkiyyət hüququ |
Ticarət markasını (bəzən onu firma nişanı adlandırırlar) – malın (əmtəənin) hazırlayanı göstərən, məhsulu onu hazırlayanla və satıcısı ilə eyniləşdirən simvol işarəsi (nişanı), müəssisələrin adı, termin, şəkil, emblem və s. Bu zaman buraxılan məhsula yox, onu buraxan firmaya aid olan ticarət adını fərqləndirmək olar. Əmtəə nişanı geraldika işarələrini, coğrafi adları və s. ehtiva etmir, çünki onlar müstəsna mülkiyyət obyekti ola bilməzlər. Əmtəə nişanında istifadə hüquqlarına aiddir: o, hallanmır (təsir altına düşmür). Həmişə mətndə eyni üsulla fərqləndirilir (böyük hərflə, dırnaq işarəsi ilə, kursivlə, üslublaşmış şriftlə və s.); qeydiyyatdan keçmiş əmtəə nişanı xüsusi nişanla C (kopirayt) təchiz olunur (əmtəənin, yaxud malın olduğu ölkədə qəbul edilən).
Əmtəə nişanının sahibi eyni məhsul və xidmətlər üçün əmtəə nişanından və onun variantlarından istifadə edilməsi üçün müstəsna hüquqa malikdir. Əmtəə nişanı istehsalçıya bir hüquqi və ya fiziki şəxs tərəfindən təklif edilən əmtəə və xidmətlərin digər şəxslərin yekcins əmtəə və xidmətlərin fərqlənməsinə imkan verir, onların dəyərinə təsir edir, rəqabət qabiliyyətinin yüksəldilməsinə səbəb olur. Dünya bazarında markalanmış əmtəələr adətən markalanmamış əmtəələrə nisbətən 15-20% bahadır. Əmtəə nişanı qanunla qorunur və digər şəxslər, məsələn, lisenziya sazişləri əsasında öz qiyməti ilə başqasına verilə (satıla) bilər.
Əmtəə nişanından beynəlxalq təcrübədə istifadə edilməsi bir sıra sazişlərlə tənzimlənir: Sənaye mülkiyyətinin qorunması üzrə Paris konvensiyası ilə, Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı haqqında beynəlxalq konvensiya ilə, Nişanların qeydiyyatı üçün məlumatların və xidmətlərin beynəlxalq təsnifatı haqqında sazişlə və s.
Mülki-hüquqi təsnifata görə əmtəə nişanı hüquqi müstəsna hüquqlara aiddir. Qanunla müəyyən edilir ki, əmtəə nişanı sahibi əmtəə nişanından istifadə etməyə görə, ondan sərəncamlıq etməyə görə eləcə də digər şəxslər tərəfindən əmtəə nişanından istifadə edilməsinə qadağan qoymağa görə müstəsna hüquqa malikdir.
Əmtəələr üçün əmtəə nişanının qeydiyyatdan keçmədiyi əmtəələrdə və əmtəə nişanı məxsus olmayan şəxs tərəfindən və ya əmtəə nişanından istifadə edilməsi üçün müəyyən edilmiş qaydada lisenziya (icazə) almayan şəxs tərəfindən onların qablaşmasında əmtəə nişanının icazə verilmədən tətbiq olunması onun (əmtəə nişanının) sahibinin hüquqlarının pozulması kimi qəbul olunur. Bununla belə "istifadə" sözü geniş mənada dərk olunur: onun reklamda, nəşrlərdə, rəsmi blanklarda, lövhələrdə, eksponatların nümayiş etdirilməsi zamanı sərgilərdə, yarmarkalarda və s.-də istifadə edilməsi kimi.
Yalnız əmtəə nişanı ondan istifadə edilməsi üçün firmaya müstəsna hüququ təmin edir və firmanı "oxşarları çaşdıran" nişanların rəqiblər tərəfindən tətbiqini qoruyur. Məşhur firmalar firma adını və ya nişanını çox zaman görünən yerdə yerləşdirirlər. Bu xüsusilə dəbdə olan paltarda, avtomobillərdə qəbul olunmuşdur. Dilerlərin, topdansatış və pərakəndə ticarət firmalarının markaları çox zaman malın qabında (qablaşmasında) yerləşdirilir.
Geniş miqyasda məşhur olan və bazarda möhkəm nüfuza malik olan digər firmanın əmtəə nişanından istifadə etməyi arzu edən firma yalnız müqavilə lisenziya ayırmalarına görə bu marka üçün patentin sahibinin icazəsi ilə bunu edə bilər.
Əmtəə nişanının güzəştləri və ondan istifadə edilməsi üçün lisenziyaya verilməsi mümkündür. Lisenziya müqaviləsində lisenziya üzrə aparılan əmtəələrin (malların) keyfiyyəti sahibin əmtəələrinin (mallarının) keyfiyyətindən az olmayan şərt ehtiva olunmalıdır. Əmtəə nişanının işlənib hazırlanması kommersiya sirri sayılır.
Ədəbiyyat
- Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 146