Əmirvarlı
Əmirvarlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetindən Əmirvarlı kəndi Sarıcalı kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2][3]
Əmirvarlı | |
---|---|
39°17′02″ şm. e. 47°04′57″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 210 m |
Saat qurşağı | |
|
Toponimikası
Yaşayış məntəqəsinin keçmiş adı Hüseynbəyli olmuşdur. Kənd əmirvarlı nəslinin məskunlaşması nəticəsində yaranmışdır.[4]
Əhalisi
Tanınmış şəxsləri
- Novruz Quliyev — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini.
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, ipəkçilik və üzümçülük təşkil edib.
İstinadlar
- "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
- "13 kənd işğaldan azad edildi". qafqazinfo.az (az.). 19 oktyabr 2020. 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
- "В Баку заявили, что взяли под контроль ряд населенных пунктов в Карабахе" (rus). RİA Novosti. 19 October 2020. 6 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2020.
- Əmirvarlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.