Əmir Təhmuras
Əmir Təhmuras Dərbəndi (v. 4 mart 1459) — Şirvanşah şahzadəsi, Şirvanşahların sərkərdəsi.
Əmir Təhmuras Dərbəndi | |
---|---|
Əmir Təhmuras ibn Şeyx Bəhlul | |
Şirvan sərkərdəsi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | |
Vəfat yeri | Samurçay yaxınlığında |
Dəfn yeri | Bakı |
Atası | Əmir Bəhlul |
Dini | Sünni İslam |
Həyatı
Əmir Bəhlulun oğludur. I Xəlilullah dövründə Şirvan ordusunun komandanı təyin edilmişdir. Şeyx Cüneydə qarşı döyüşdə həlak olmuşdur. Qəbri Şirvanşahlar saray kompleksi ərazisindədir. Qəbirüstü kitabəsində yazılmışdır:
Bu nurlu qəbir və təmizləyici məhşər, pərəstiş edilən məqbərə rəhmətlik Şeyx Bəhlulun oğlu, mərhum, günahları bagışlanmış, böyük Allahın mərhəmətini qazanmış xoşbəxt şəhid, əzəmətli, ağıllı, kəramətli, ən böyük əmir, səxavət və şücaət sahibi dünya əmirlərinin başçısı əmir Təhmurəsindir. Hicri 863-cü il cümadiyül-axir ayı.[1]
İstinadlar
- Sara Aşurbəyli, Şirvanşahlar, 2007, səh. 122
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.