Əmir Ərşad
Əmir Ərşad (tam adı:Sam xan Rüstəm xan oğlu Hacıəlili; 1866 – 1922, Salmas, Qərbi Azərbaycan ostanı) — sərkərdə.
Əmir Ərşad | |
---|---|
Sam xan Rüstəm xan oğlu Hacıəlili | |
Digər adı | Sərdar Ərşad |
Doğum tarixi | |
Doğum yeri | Ovxara, Qaradağ vilayəti |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | qətl |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Sam xan Rüstəm xan oğlu XIX yüzilin sonlarında Qaradağ vilayətinin Üzümdil mahalının Ovxara kəndində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyasi almışdı. Atası Rüstəm xan Qaradağın böyük maliklərindən, Hacıəlili elinin başçısı idi. Onun vəfatından sonra elə böyük oğlu Məhəmmədhüseyn xan Sərdar Əşair rəhbərlik etdi. Əmir Ərşad da onun sərkərdəsi idi. Cənubi Azərbaycan valisi Nizamülmülk qardaşları Təbrizə çağırıb hökumətə xidmət etməyə dəvət edir. Onlara şan-şöhrətli ləqəblər verib Qaradağa yola salır.
Əmir Ərşad Qaradağın dağınıq xanlarını birləşdirməyə çalışırdı. İpə-sapa yatmayan Hacı Rəhim xan Çələbiyanlı ilə dəfələrlə vuruşub, onu Qaradağdan kənarlaşdırmağa müvəffəq olmuşdu.
1920-ci ildə İrana mühacırət edən ünlü yazıçı Cəlil Məmmədquluzadə və onun xanımı Həmidə xanım Məmmədquluzadə bir müddət Əmir Ərşadın qonağı olmuşdu. Əmir Qaradağda "Molla Nəsrəddin" jurnalına mətbəə açacağını boyun olmuşdu. C. Məmmədquluzadə Təbrizə getmək istədiyini bildirib bu təklifdən boyun qaçırmışdı.
Təbriz hadisələri Vüsuqdövlə hökumətinin süqutunu doğurdu. İngilislərin himayəsi ilə təşkil olunmuş Müşirüddövlə hökumətinin başlıca vəzifəsi "Azadıstana" son qoymaq idi. İngilislərin məsləhəti ilə Müxbirüssəltənə Azərbaycana vali təyin еdildi. Bunların hər ikisinə İran cəmiyyətində müəyyən loyal münasibət var idi, hətta Şеyx də onlar haqqında pis fikirdə dеyildi. Lakin o, Müxbirüssəltənəni qarşılamadı və onu Alaqapıya buraxmadı. Təbrizə qoşunla dеyil, pul və siyasətlə gələn Müxbirüssəltənə tədricən narazı qüvvələri, şəhər yaxınlığındakı kazakları, milli hökumətə tabе olmayan Qaradağda həbs olunan Sədrari Əşayirin qardaşı Əmir Ərşadı öz tərəfinə çəkə bilmişdi. Baxmayaraq ki, kazak alayının başçısı və Əmir Ərşad öz hərəkətlərinə görə Şеyxdən üzr istəmişdi və milli hökumətə qarşı olmayacağını bildirmişdilər. Müxbirüssəltənə şəhrivərin 21-də (sеntyabrın 11 -də) gizli şəkildə kazak başçıları ilə görüşüb Təbrizin tutulma planını müzakirə еtdi.
1922-ci ildə Azərbaycan kəndlərinə hücum edən, xalqın ev-eşiyini dağıdan Şəkkak əşirətinin başçısı İsmayıl ağa Simitqoya qarşı müdafiəyə qalxan Əmir Ərşad vurub onu Azərbaycandan bayıra atmışdı. Döyüşlərin birində qəfil güllədən dünyasını dəyişmişdi.
Ailəsi
Əmir Ərşad Hacıyə İsmət xanımla ailə qurmuşdu.Nüsrətulla xan adlı oğlu vardı.
Mənbə
- Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ, Bakı, "Ozan", 1998, 192 səh. (az.)
- Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh. (az.)