Əmənulla mirzə Cahanbani

Əmənulla mirzə Cahangir mirzə oğlu Qacar (1869, Tehran1912, Təbriz) — Qacar şahzadəsi, briqada generalı.

Əmənulla mirzə Cahanbani
Əmənulla mirzə Cahangir mirzə oğlu Qacar
Digər adı Əmənulla mirzə Ziyaüddövlə
Doğum tarixi 1869
Doğum yeri
Vəfat tarixi 1912
Vəfat yeri
Uşağı
Fəaliyyəti hərbi lider[d]

Həyatı

Əmənulla mirzə Cahangir mirzə oğlu 1869-cu ildə Təbriz şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Ziyaüddövlə ləqəbini daşıyırdı. Təhsilini Tehran Darülfünununun piyada qoşunlar sinfində bitirdikdən sonra zabit kimi İran Kazak briqadasına daxil olmuşdur. İran Kazak briqadasının zabiti olmuşdu. 1911-ci ildə Azərbaycan əyalətinin vali müavini təyin edilmişdi.

Əmənulla mirzə h.q. 1301-ci (1883), 1302-ci (1884) və 1303-cü (1885) illərdə Dövlət Nəşriyyat və Tərcümə İdarələrində tərcüməçi işləmişdir. O, bu idarədə rus dili mütərcimi idi.

Əmənulla mirzə Məşrutə inqilabının əvvəllərində Kazak Braqadasının rəisi Lyaxovun müavini təyin edilmişdi.

Əmənulla mirzə 1324-cü (1906) ildə Kazak Briqadasını tərk edərək, I Məclisə nümayəndə seçilir və 1325-ci (1907) Atabəy Əminüssultan Baş Nazir (Nəxost-vəzir) seçildikdə, Mirzə Həsən Mustofiyülmalik Hərbi nazir təyin edilir və o, Əmənulla mirzəni öz müavini təyin edir.

Əmənulla mirzə 1327-ci (1909-cu) ildə Azərbaycan qoşununun rəisi təyin olunur. H.q.1329-cu (1911-ci) ildə Müxbirüssəltənə Azərbaycan əyalətindən istefaya getdikdən sonra həmin il Əmənulla mirzə əyalətin general-gubernatorunun müavinin təyin olunmuş və Ziyaüddövlə ləqəbini almışdır. Məlum olduğu kimi h.q. 1330-cu ilin məhərrəm ayında (1911, dekabr) ruslar Təbrizi işğal edərək, Aşura günü günah işlətmişdilər.

Onlar Siqqətülislam Hac Mirzə Əli ağanı və 8 nəfər digər Təbriz mücahidini dar ağacından asdılar, Səməd xan Sücaüddövləni isə şəhərin valisi təyin etdilər.

Bu vaxt Əmənulla mirzə ələ keçərək qətlə yetiriləcəyindən ehtiyat edib, İngiltərə səfirliyində gizlənmişdi. Onun azad edilməsi məsələsi 10 gündən sonra müzakirə olunmalı idi.

Bu zaman İngiltərə və Rusiya hökumətləri 1907-ci il müqaviləsinə əsasən İranı öz nüfuz dairələrinə bölmüşdülər və Əmənulla mirzənin məsələsi rus konsulluğunda müzakirə edilir, lakin azad edilməsi xəbəri Təbrizə çatmamış, o, artıq intihar etmişdi. Şahzadə, Təbrizin Seyid Həmzə deyilən məkanında dəfn olunmuşdur. 1911-ci ildə dar ağacından asılanlar, 8 nəfər bunlardır:

  1. Hac Mirzə Əli Ağayı-Siqqətülislam
  2. Şeyx Səlim
  3. Əbülqasım Ziyaülüləma
  4. Ağa Məhəmməd Qəfqayçi
  5. Ağa Məhəmmədəli xan
  6. Hacı xan Kərbəlayi Əli müsyo oğlu
  7. Həsən Kərbəlayi Əli müsyo oğlu
  8. Mirzə Sadiq xan Sadiqülmülk

Əmənulla mirzə Qacar 1912-ci ildə vəfat edib.

Ailəsi

Əmənulla mirzənin Əmənulla mirzə adlı oğlu vardı.

Mənbə

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.