Əməllərin mükafat və cəzası (kitab)

Əməllərin mükafat və cəzası (ərəb. ثواب الأعمال وعقاب الأعمال; transkripsiya: Səvabul-əmal və iqabul-əmal) — Şeyx Səduqun əsəri.

Əməllərin mükafat və cəzası
ərəb. ثواب الأعمال وعقاب الأعمال
Kitabın 2017-ci il tam nəşrinin üz qabığı
Kitabın 2017-ci il tam nəşrinin üz qabığı
Müəllif Şeyx Səduq
Janr Hədis
Orijinalın dili Ərəbcə
Ölkələr Azərbaycan Azərbaycan
Tərcüməçi Müşfiq MehdibəyliMikayıl Əlizadə (2014)
Müşfiq Mehdibəyli və Peyman Məhəmmədi (2017)
Nəşriyyat Qədim Qala (2014)
Əhli-beyt maarifi (2017)
Səhifə 136 (2014)
ISBN ISBN 9789952819076

Kitabda hansı əməllərin mükafata və cəzaya səbəb olması Məhəmməd peyğəmbərinƏhli-beytin hədisləri ilə bəyan olunmuşdur.

Məzmun

2-ci hissə

“Əməllərin cəzası” kitabı İslam peyğəmbəriimamlar tərəfindən nəql olunan hədislərin toplusudur. Kitab iki hissədən ibarətdir: Yaxşı əməllərin əvəzi və pis əməllərin cəzası. Oxuculara “Əməllərin cəzası” adı ilə təqdim olunan bu kitab ikinci hissədə qərar tutan hədislərdən ibarətdir. Kitabda pis əməllərə görə verilən dünya və axirət cəzalarından danışılır.

Nəşr və tərcümə

Əsərin 2-ci hissəsinin azərbaycancasının üz qabığı

Əsərin 2-ci hissəsi 2014-cü ildə Müşfiq MehdibəyliMikayıl Əlizadə tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, "Əməllərin Cəzası" adı ilə Bakıda Qədim Qala nəşriyyatında 136 səhifədə 60x90 ölçüsündə çap edilib.[1]

Kitab tam şəkildə 2017-ci ildə Taleh Abbasovun tərcümə layihəsi rəhbərliyi ilə Müşfiq Mehdibəyli və Peyman Məhəmmədi tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Əhli-beyt maarifi nəşriyyatında çap edilib.[2]

İstinadlar

  1. "Əməllərin Cəzası" ( (az.)). qedimqala.az. 2017-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
  2. "Dəyərli "Səvabul-əmal və iqabul-əmal" kitabı artıq satışda - Annotasiya" ( (az.)). islamazeri.az. 2017-03-08. 2017-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-06.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.