Əməköməci
Əməköməci və ya Balba (lat. Malva)[3] — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.[4]
Əməköməci | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Malvids Dəstə: Fəsilə: Yarımfəsilə: Malvoideae Triba: Malveae Cins: Əməköməci |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Əməköməci bitkisi əməköməcilər fəsiləsinə mənsub olan bitkidir. Çiçəkləri bənövşəyidir, yarpaq qoltuğundan çıxır, salxım, bəzən də, tək-tək yerləşir. Yarpaqları dilimlidir. Meyvəsi qutucuqdur.
Latınca adı: Malva. Əməköməci cinsinin Azərbaycanda 10 növü bitir, onlar əkin sahələrində, tarlalarda, bağlarda, meşə və yol kənarlarında, münbit torpaqlarda yabanı halda tapılmışdır. Gövdə və yarpaqları bişmiş və çiy halda yeyilir. Göyərti kimi xörəklərə qatılır, yaxşı bal verən bitkidir.
Növləri
Digər növləri
25-ə yaxın növü var:
- Malva alcea
- Malva aegyptia
- Malva cretica
- Malva moschata
- Malva neglecta
- Malva nicaeensis
- Malva parviflora
- Kiçik əməköməci (Malva pusilla)
- Malva stipulacea
- Meşəlik əməköməcisi (Malva sylvestris)
- Malva tournefortiana
- Malva verticillata
Yayılması
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaqlı yerlərdə, kolluqların arasında, işıqlı meşədə, bağ və bostanlarda bitir.[5]
İstinadlar
- Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 308. doi:10.5962/BHL.TITLE.746
- Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 687.
- Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019