Əlvənd mirzə (Qaraqoyunlu)

Əlvənd MirzəQaraqoyunlu sülaləsinin üzvü, Qara İsgəndərin oğlu, Mosul, DiyarbəkirƏsədabad hakimi.[1] Onun oğlu Pirqulu bəy ilə əmisi Cahanşahın Yusif Mirzədən olma nəvəsi Xədicə Bəyimin evliliyindən olan şəxslər Qaraqoyunlu sülaləsinin Hindistan qolunun əsasını qoymuşdurlar.

Əlvənd Mirzə Qaraqoyunlu
1450-ci illər 1470
ƏvvəlkiNaməlum
SonrakıQaraqoyunlu dövlətinin Ağqoyunlular tərəfindən fəthi
Şəxsi məlumatlar
Doğum yeri Qaraqoyunlular
Vəfat tarixi
Vəfat yeri Əsədabad, Həmədan
Milliyyəti Azərbaycan türkü
Atası Qara İsgəndər
Uşaqları Pirqulu bəy
Allahqulu bəy
Dini İslam, Şiə

Həyatının erkən dövrü

Əlvənd Mirzə əmisi Cahanşahın hakimiyyəti dövründə Mosul hakimi təyin edilmişdir. Lakin bir müddət sonra Əlvənd Mirzə əmisinə qarşı üsyan qaldırmış, məğlub olduqdan sonra isə Ağqoyunlu hökmdarı Cahangir bəyin yanına qaçmışdır. Cahanşah üsyançı qohumunun ona verilməsini tələb etsə də, Cahangir bəy bundan imtina etmişdir. Buna cavab olaraq Cahanşah Ərzincanı ələ keçirmiş və qardaşının nəvəsi Rüstəm bəyi Cahangir bəyin üzərinə göndərmişdir. Ümidsiz vəziyyətə düşən Cahangir bəy Məmlük sultanının yanına anası Sara Xatunu göndərmişdir. Cahanşah isə ona qarşı ögəy qardaşı Şeyx Həsəni dəstəkləməyə başlamışdır. Şeyx Həsən bir digər qardaşları Uzun Həsən tərəfindən öldürülmüş, Cahanşah isə ağqoyunlulara ona tabe olmaları qarşılığında sülh təklif etmişdir. Cahangir bəy bunu qəbul etmiş və qızını Cahanşahın oğlu Mirzə Məhəmmədlə evləndirmişdir.[2]

Teymurilərin xidmətində

Ağqoyunluların Qaraqoyunlulara tabe olmasından sonra Əlvənd Mirzə oğlu Pirqulu bəy ilə birlikdə Şiraza yola düşdü. Onun məqsədi oradakı Teymuri hökmdarı Baburun xidmətinə girmək idi. O, Teymuri ordusunda komandanlardan birinə çevrildi və 1454-cü ildə Səmərqəndin mühasirəsi zamanı Babura qatıldı. O, Babur tərəfindən SistanKirmanı ələ keçirmək üçün göndərildi və bu yürüş zamanı Cahanşahın Əmir Bəyazid və Şahsevər bəy adlı sərkərdələrini, bir qədər sonra isə Cahanşahın oğlu Yusif Mirzəni məğlub etdi. Bu iki qüvvə arasındakı toqquşmalar 25 mart 1457-ci ildə Baburun ölümündən sonra Cahanşahın Xorasanı fəth etməsindən sonra sona çatdı.

Yenidən Cahanşahın xidmətində

Heratın Cahanşah tərəfindən ələ keçirilməsindən sonra Əlvənd yenidən əmisinin xidmətinə girdi. O, ümid edirdi ki, əmisi onu Kirman hakimi təyin edəcək. Lakin Cahanşah ona yalnız Əsədabadın hakimliyini verdi. Yusif Mirzənin qızı Xədicə Bəyim Əlvəndin oğlu Pirqulu bəy ilə evləndirildi. Kirman, beləliklə, Əlvənd tərəfindən Cahanşahın sərkərdəsi Mansur bəy Türkmana verildi. Əlvənd Mirzə iki il Əsədabadda yaşadıqdan sonra burada da vəfat etdi. Onun vəfatından sonra bu onun yerinə oğlu Pirqulu bəy gəldi.[3]

Ailəsi

Onun iki oğlu olmuşdur - Pirqulu bəy və Allahqulu bəy. Pirqulu bəy Cahanşahın nəvəsi Xədicə Bəyim ilə evlənmişdi. Bu evliliklə əsası qoyulan Qaraqoyunlu ailəsinin tirəsi sülalənin gələcəkdəki Hindistan qolunu təşkil etmişdir. Bu ailənin soyundan gələn şəxslər XVI əsrdə Hindistana köçmüş, orada Qütbşahlar dövlətini yaratmışdırlar. Sülalənin qurucusu olan Sultanqulu bəy Baranlı Həmədan vilayətində dünyaya gəlmişdi. O, Qaraqoyunlu sülaləsinə mənsub olan bir Türkman idi və Qara Yusifin soyundan gəlirdi.[3][4] XVI əsrdə o, dayısı Allahqulu, bəzi dostları və ailəsi ilə birlikdə Dehliyə mühacirət etdi. Daha sonra o, cənubda yerləşən Dəkkənə yollandı və orada müsəlmanlardan II Mahmud şah Bəhməniyə xidmət etməyə başladı. Səfdər Cəngin ölümündən sonra yerinə oğlu Şüca əd-Dövlə və ya Cəlaləddin Mirzə Heydər xan keçmişdir.[5][6]

Həmçinin bax

İstinadlar

Mənbə

  • V. Minorsky. The Qara-qoyunlu and the Qutb-shāhs (Turkmenica, 10). Bulletin of the School of Oriental and African Studies, University of London. Cambridge University Press 17 (1). 1955. 50–73.
  • Masud Husain Khan. Mohammad Quli Qutb Shah. Sahitya Akademi. 1996. ISBN 9788126002337.
  • Yaaminey Mubayi. Water and Historic Settlements:The Making of a Cultural Landscape. 2022. ISBN 9781000641639.
  • George Michell, Mark Zebrowski. Architecture and Art of the Deccan Sultanates. Cambridge University Press. 1999.
  • Parveen, Zareena,, Lāthir, Kanvar Samīr. Tārīkh-i Sulṭān Muḥammad Quṭb Shāh, Sultan of Golkunda. 2015.
  • Mehmet Ali ÇAKMAK. Fights Between Akkoyunlu and Karakoyunlu. Gazi Üniversitesi Gazi Eğitim Fakültesi Dergisi 25 (3). 2014.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.