Əlisultan Quliyev

Əlisoltan Yarəli oğlu Quliyev - Azərbaycan SSR Ali Məhkəməsinin sədri, Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi.

Əlisultan Quliyev
bayraq
Azərbaycan SSR Ali Məhkəməsinin sədri
bayraq2
5 iyul 1939 16 avqust 1941
ƏvvəlkiBöyükağa Hüseynov
bayraq
Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi
bayraq2
1937 1938
Şəxsi məlumatlar
Doğum tarixi 1901
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Haqqında

12 iyul 1939-cu ildən 16 avqust 1941-ci ilə qədər Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur. Əlisoltan Yarəli oğlu Quliyev 1901-ci ildə Quba rayonunun Digah kəndində anadan olmuşdur. 1925-1926-cı illərdə Digah kənd sovetində katib vəzifəsində işləmişdir. 1926-1929-cu illərdə Respublika Partiya Məktəbinin və 1929-1931-ci illərdə Zaqafqaziya Kommunist Universitetinin tələbəsi olmuşdur. Təhsilini başa vurduqdan sonra Bakı Partiya Məktəbinə müəllim təyin olunmuş və 1932-1933-cü illərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1933-1934-cü illərdə Bakı şəhərində Marks-Engels-Lenin İnstitutunun (MELİ) tələbəsi olmuşdur. Quba rayonunun Xalq Təhsili şöbəsinin müdiri vəzifəsinə təyin olunması ilə əlaqədar Əlisoltan Quliyev 1934-cü ildə MELİ-də təhsilini yarımçıq qoymuş və 1934-1935-ci illərdə həmin vəzifədə işləmişdir. 1935-1937-ci illərdə o, Bakı şəhərində MELİ-də təhsilini davam etdirmişdir. Əlisoltan Quliyev 1937-ci ildə partiya işinə irəli çəkilərək Qusar rayon partiya komitəsinə I katib vəzifəsinə təyin olunmuş və 1937-1938-ci illərdə həmin vəzifədə çalışmışdır. 1940-cı ildə BDU-nun Hüquq fakültəsinə daxil olmuş və 1942-ci ildə ekstern yolu ilə həmin fakültəni bitirmişdir. Əlisoltan Quliyev 5 iyul 1939-cu ildə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunmuş 16 avqust 1941-ci ilədək həmin vəzifədə işləmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin sədrliyindən azad olunduqdan sonra, 1941-1942-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında idarə rəisi olmuşdur. Böyük Vətən müharibəsi dövründə – 1942-ci ildə o, yenidən partiya işinə irəli çəkilmiş və Azərbaycan K(b)P Şamxor rayon komitəsinə katib təyin olunmuşdur. 1948-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında oxumuşdur. Aspiranturada oxuyarkən 1950-ci ildə Respublika «Başqənd» trestinin müdiri təyin olunmuş və 1952-ci ilin əvvəllərinədək həmin vəzifədə işləmişdir. 1952-ci ildən Azərbaycan Dövlət Universitetinin marksizm-leninizm kafedrasında müəllim işləmişdir.[1]

İstinadlar

  1. "40". 2022-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.