Əlisoltanlı

ƏlisoltanlıAzərbaycan Respublikasının Saatlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.

Əlisoltanlı
39°54′04″ şm. e. 48°19′17″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Saatlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 2667 (2020) nəfər
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 02168
Poçt indeksi AZ 4914[1]
Əlisoltanlı xəritədə
Əlisoltanlı
Əlisoltanlı

Tarixi

Araz çayının sağ sahilində, Muğan düzündədir. Kəndin adının Əlibəy Sultanın (İlisusultanı) adı ilə bağlı olması ehtimal edilir.[2] PotubəyliBəylər kəndləri ilə həmsərhəddir.

Əlisoltanlı kəndlərində e. ə. II–III minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır.

Mədəniyyəti

Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbi Saatlı rayonu üzrə ən yaxşı məktəbdir. 2015-ci ildə məktəb respublikanın ən yaxşı 50 məktəbi sırasında yer aldı və "İlin məktəbi" seçildi. Məktəbin 2003-cü ildə 100 illiyi keçirilmişdir.[mənbə göstərin]

Ərazidə həmçinin tikintisi 2014-cü ildə bitmiş məscid də yerləşir. Həmçinin kəndin ərazisində Mirzə Ələkbər Sabirin büstü və II Dünya müharibəsi iştirakçılarının xatirəsinə qoyulmuş heykəl yerləşir.

Coğrafiyası və iqlimi

Əlisoltanlı kəndinin ərazisindən Sabir adına suvarma kanalı keçir.

Ərazi, əsasən, yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl iqliminə malikdir. Boz-çəmən, çəmən-boz, şorakət, bataqlıq-çəmən, torpaqları yayılmışdır. Ərazinin florası bir neçə bitki formasiyalarına malikdir. Rütubətin yüksək olduğu yerlərdə, əsasən, adi qamış, qarğı , cil kimi çəmən- bataqlıq bitkiləri geniş yayılmışdır.

Araz çayının daşmasının qarşısını almaq üçün böyük bəndlər çəkilmişdir. Araz çayının daşması nəticəsində əvvəllər böyük meşə ərazisi su altında qalıb bəzi bəndlər suya davam gətirməmişdir.[mənbə göstərin]

Əhalisi

Bakı Dövlət Universitetinin rektoru (1992-1993) hüquq elmləri doktoru, professor [3]Firudin Səməndərov bu kənddə anadan olmuşdur.

Əhali sayı 1643 nəfərdir.[4] 2020-ci ildə əhalinin siyahıya alınmasından sonra Əlisoltanlı əhalisinin sayı 1643-dən 2667-ə artımı kimi qeyd edilib.[mənbə göstərin]

İqtisadiyyatı

Əvvəllər Qıraqlı kəndində fəaliyyət göstərən “ÇTS-Aqro” MMC-nin pambıq emalı zavodunun avadanlığı hazırda Əlisoltanlı kəndində yerləşən sapəyirici fabrikinin ərazisinə köçürülmüşdür. Fabrikin ərazisindəki binalar və qurğularda pambıq emalı üzrə maşın və mexanizmlər yerləşdirilərək pambığın qəbuluna və emalına başlanılmışdır.

Dərslər çox yaxşı keçirilir. Məktəbin şagirdləri xəmsə intellektual yarışlarına hər zaman qatılır. Şagirdləri xəmsə intellektual yarışlarına aparan məktəbin riyaziyyat müəllimi Vüqar Namazovdur. Nəticədə bu il məktəbimiz ölkə üzrə xəmsə intelluktual yarışlarında qazanmışdır.[mənbə göstərin]

Həmçinin bax

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan toponimlərinin ensklopediyası lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.257.
  3. Tanınmış alim və pedaqoqun yubileyi qeyd edilmişdir — respublica-news.az saytı
  4. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.