Əlirzalı

ƏlirzalıAzərbaycan Respublikasının Goranboy rayonunun Əlirzalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlirzalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1]

Əlirzalı
40°30′00″ şm. e. 46°57′00″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.078 nəf. (2009)
Əlirzalı xəritədə
Əlirzalı
Əlirzalı

Toponimikası

Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xanın darğası, Ağdam rayonunun Sarıcalı kənd sakini Alırzanın Güllücə kəndindən gətirdiyi ailələrin məskunlaşması nəticəsində yarandığı üçün həmin darğanın adı ilə adlandırılmışdır.[2]

Coğrafiyası və iqlimi

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1078 nəfər əhali yaşayır.[3]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.