Əlirza Bayramzadə

Əlirza Baxşəli oğlu Bayramzadə (18 mart 1911, Bakı1 avqust 1963, Bakı) — Azərbaycan-sovet energetiki, dövlət xadimi, Azərbaycan SSR naziri (1962–1963), Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Energetika və Elektrikləşdirmə İdarəsinin rəisi.

Əlirza Bayramzadə
bayraq
Azərbaycan SSR naziri
bayraq2
23 oktyabr 1962 1 avqust 1963
Şəxsi məlumatlar
Doğum tarixi 18 mart 1911(1911-03-18)
Doğum yeri
Vəfat tarixi 1 avqust 1963(1963-08-01) (52 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Elmi fəaliyyəti
Elm sahəsi energetika

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı

Həyatı

Əlirza Baxşəli oğlu Bayramzadə 1911-ci il mart ayının 18-də Bakının Binə kəndində anadan olub. 1920-ci ildə kənd məktəbinə, 1927-ci ildə Bakı Sənaye Texnikumuna daxil olub və 1932-ci ildə həmin texnikumu bitirib. Elektrik quraşdırma sexində əmək fəaliyyətinə başlayıb. 1932–1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra mədənlərdə elektrotexnik, dispetçer, "Azenerji"də mühəndis işləyib.

Əlirza Bayramzadə 1941-ci ildə "Qırmızı Ulduz" Dövlət Rayon Elektrik Stansiyasının (1 saylı "Bakı" İstilik Elektrik Mərkəzi) baş mühəndisi təyin olunmuşdur. 1958-ci ildə "Azenerji"nin rəisi olub. O, "Şimal" Dövlət Rayon Elektrik Stansiyası, "Mingəçevir" Su Elektrik Stansiyası, "Sumqayıt" İstilik Elektrik Stansiyası və "Əli Bayramlı" Dövlət Rayon Elektrik Stansiyasının tikintisində iştirak etmişdir.

1955-ci ildə texniki elmlər alim adı almaq üçün dissertasiya müdafiə etmişdir. 1963-cü ildə professor elmi adı almışdır. Bu illərdə o ixtiraçı və təkmilləşdirici, respublikanın əməkdar mühəndisi kimi fəxri adlara layiq görülmüşdür Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müəllim işləmişdir.[1]

Əlirza Bayramzadə 1962-ci ildə Azərbaycan SSR naziri təyin edilmişdir. Ölümünədək bu vəzifədə işləmişdir.

Mükafatları

1950-ci illərin sonunda Əməkdar mühəndis adını almışdır. Lenin ordeni və 2 dəfə Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdür.

Xatirəsi

Qırmızı Ulduz istilik mərkəzinə adı verilmiş və heykəli qoyulmuşdur.

Mənbə

İstinadlar

  1. Təvəkkül Səlimov-Şağani Binə, Bakı 2001 s.57
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.