Əliqulu Quliyev
Əliqulu Quliyev (Quliyev Əliqulu Umud oğlu; d. 15 iyul 1939, İmişli) — fizika riyaziyyat elmləri namizədi, riyazi analiz kafedrasının fəxri professor.[1]
Əliqulu Quliyev | |
---|---|
Quliyev Umud oğlu Əliqulu | |
Doğum tarixi | |
Doğum yeri | İmişli |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | fizika-riyaziyyat |
Təhsili | Kirovabad Dövlət Pedaqoji İnstitutu |
Həyat və fəaliyyəti
15 iyul 1939-cü ildə İmişli rayonunda anadan olmuşdur.
- 1947–1957-ci illərdə orta məktəbdə oxumuşdur.
- 1959–1964–cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutu, fizika-riyaziyyat müəllimliyində təhsil almışdır.
- 1965–1967-ci illərdə aspirant olmuşdur.
- 1967-ci ildən GDU-da çalışır.[1]
Təhsili və elmi dərəcə
- 1964-cü ildə KDPİ-nu bitirib.
- "Polinomial əmsallı adi diferensial (məxsusiyyəti olan) tənliklərin ümumiləşmiş funksiyalar fəzasında həlli" (namizədlik dissertasiyası), 1974-cü il.[1]
Əmək fəaliyyəti
- "Riyaziyyat tarixi", "Riyazi məntiq" fənlərini tədris edir.
- 56-dan çox məqalənin və 6 dərsliyin müəllifidir.[1]
Tədqiqat sahəsi
- Ümumiləşmiş funksiyalar fəzasında diferensial tənliklərin həlli
Seçilmiş əsərləri
- Riyazi məntiq və alqoritmlər nəzəriyyəsi. Bakı, Maarif 1996 (monoqrafiya)
- Riyaziyyat tarixi, Bakı, Maarif, 2000, dərs vəsaiti
- Bul funksiyalar və alqoritmlər nəzəriyyəsi. Bakı "Maarif" 2000- dərs vəsaiti
- Riyaziyyat tarixindən oçerklər. Bakı 2004, dərs vəsaiti
- Riyaziyyatdan məsələ və misallar (həlli ilə) Bakı 2006 -dərs vəsaiti
- Riyazi məntiq.Çoxluqlar nəzəriyyəsinin aksiomatik qurulması. Gəncə 2011 dərs vəsaiti
- Riyazi məntiq (çapda) 2015. dərs vəsaiti.[1]
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.