Əlimərdan bəy Təklə
Əlimərdan bəy Təklə (1762- ?) — Qarabağ bəylərindən, mahal naibi.
Əlimərdan bəy Təklə | |
---|---|
Əlimərdan bəy Məhəmmədəmin bəy oğlu Təklə | |
Doğum tarixi | |
Doğum yeri | Təklə, Dəmirçihəsənli mahalı, Qarabağ xanlığı |
Vəfat yeri | Təklə, Dəmirçihəsənli mahalı, Qarabağ |
Həyatı
III Əlimərdan bəy Məhəmmədəmin bəy oğlu 1762-ci ildə Qarabağ xanlığının Dəmirçihəsənli mahalının Təklə obasında dünyaya pənah gətirmişdi. Molla yanında ibtidai təhsil almışdı. Bir müddət Mеhdiqulu xan Sarıcalı-Cavanşirin sarayında еşikağası işləmişdi. Sonra Dəmirçihəsənli mahalının naibi, еlin minbaşısı olmuşdu. 1822-ci ildə xanla bərabər İrana qaçmışdı.
III Əlimərdan bəyin törəmələri Əlimərdanbəyov soyadını daşıyırdılar.
Ailəsi
Əlimərdan bəyin Məhəmmədəmin bəy, Potu bəy, Məmmədəli bəy, Ramazan bəy, Haqnəzər bəy, Ağarza bəy adlı oğulları vardı.
Mənbə
- Ənvər Çingizoğlu, Əlimərdanbəyovlar, "Soy" еlmi-kütləvi dərgi, 2010, №9, səh.7-14.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.