Əlimərdan Bağışov
Bağışov Əlimərdan Aşur oğlu (9 aprel 1958) — ATU-nun Urologiya kafedrasının professoru, tibb elmləri doktorudur.
Bağışov Əlimərdan | |
---|---|
Bağışov Əlimərdan Aşur oğlu | |
| |
Doğum tarixi | |
Doğum yeri | Tüklə, Masallı rayonu |
Elmi dərəcəsi | Tibb Elmləri Doktoru |
İş yeri | ATU Urologiya kafedrası |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
09 aprel 1958-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olmuşdur. 1975-ci ildə bu kənddə orta məktəbi bitirmişdir. 1976–1978-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir.
İş təcrübəsi
1986-cı ildə Azərbaycan Tibb İnstitunun (hazırkı Universitetin) müalicə-profilaktika fakültəsini adlı təqaüdlə bitirmiş və Urologiya kafedrasında elmi işçi kimi saxlanmışdır. 1992-ci ildə bu kafedranın nəznində aspiranturanı bitirərək "Mamalıq və ginekoloji praktikada sidik yolları zədələnmələrinin operativ müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və Rusiya AAK-nın qərarı ilə Tibb Elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin ildə urologiya kafedrasının assistenti, 1997-ci ildə dosent, 2017-ci ildə kafedranın professoru təyin olunmuşdur.
2008-ci ildə "Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığı (sidiyin stress inkontinensiyası) — etiopatogenez, diaqnostika və müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi tədqiqat işlərini Rusiya Hərbi Tibb Akademiyasının Urologiya kafedrası və klinikasında aparmışdır. 2009-cu ildə tibb üzrə elmlər doktoru adını almışdır.
Elmi-praktik fəaliyyəti
Elmi-praktik fəaliyyəti operativ urologiya və uroginekologiyanın müxtəlif problemlərini əhatə edir. Ə. Bağışovun apardığı elmi işlərin nəticəsi olaraq Azərbaycanda ilk dəfə qadınlarda sidiyin stress saxlanmazlığı zamanı daha yeni və effektli sayılan əməliyyat növü — TVT əməliyyatı həyata keçirilmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Şurasının qərarı ilə onun "Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığı" adlı geniş həcmli monoqrafiyası çap olunmuşdur. Bu əsər Sidik saxlanmazlığı problemləri üzrə Beynəlxalq Təşkilatın saytına daxil edilmişdir. 2014-cü ildə kitab təkrar nəşr olunmuşdur.
Rusiya Hərbi Tibb Akademiyasında apardığı elmi axtarışlar dövrü ərzində Avropa Uroloqlar Assosiasiyasının "Qadınlarda sidik saxlanmazlığına dair tövsiyələr" kitabını Azərbaycan dilinə uyğunlaşdırılmış şəkildə tərcümə etmişdir.
Elmi praktiki fəaliyyəti urologiya və uroginekologiyanın müxtəlif sahələrini əhatə edir. Bağışov ən mürəkkəb uroloji əməliyyatları — böyrəyin mərcanvari daşlarının anatrofik yolla xaric edilməsi, böyrəklərin və böyrəküstü vəzilərin xəstəlikləri zamanı orqansaxlayıcı və radikal əməliyyatlar, sidik axarlarında, sidiklikdə və kişi cinsiyyət üzvlərində müasir əməliyyatları uğurla icra edir. O uroloji praktikada çox tətbiq edilən, endouretral müdaxilələr zamanı intrasponqioz anesteziya metodunu, sidik-cinsiyyət fistulları zamanı yeni fistuloqrafiya üsulunu təklif etmişdir. Sidik yollarının mamalıq və ginekoloji praktikada zədələnmələrinin cərrahi müalicəsində praktiki və elmi işləri diqqətə layiqdir.
Avropa Uroloqlar Assosiasiyasının və Sidik Saxlanmazlığı problemləri üzrə Beynəlxalq Cəmiyyətin üzvüdür. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın ATU nəzdində fəaliyyət göstərən Cərrahiyyə üzrə müdafiə Şurasının üzvü, həmin şuranın nəzdindəki "Urologiya" ixtisası üzrə Elmi seminarın sədri, Universitet Problem komissiyasının və II Müalicə Profilaktika fakültəsi Elmi Şurasının üzvüdür.
Beynəlxalq simpozium və konqreslərdə requlyar iştirak edir.
Ailə həyatı
Ailəlidir, qızı filoloq, oğlu stomatoloqdur. Ömrünü bəzəyən 2 nəvəsi də vardır.
Elmi işləri
Kitablar
- Hamı üçün Urologiya. Bakı, Azərnəşr 1992,48s.
- Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığı. Monoqrafiya Bakı, 2007. 354 s.
- Kliniki Uroginekologiya. Həkimlər üçün rəhbərlik. Bakı, 2016, 415s.
- Ə. A. Bağışov. Mamalıq-ginekoloji praktikada sidik yolları zədələnmələrinin cərrahi müalicəsi. Monoqrafiya. Bakı,2022, 246s.
Metodik tövsiyələr
- Bağışov Ə. A. Qadınlarda sidik-cinsiyyət fistulaları. Bakı,1998, Metodik vəsait,31səh. (İmamverdiyev S. B.)
- Qadınlarda fiziki gərginlik zamanı sidiyin saxlanmaması. Bakı, 2004, 35s. (İmamverdiyev S. B)
- Avropa Uroloqlar Assosiasiyasının sidik saxlanmazlığının diaqnostikası və müalicəsinə dair tövsiyələri. 22 səhifə. Tərjümə, Bakı, 2005.
- Fiziki gərginlik zamanı sidik saxlanmazlığı (stress inkontinensiyası) olan qadınlarda aşağı sidik yollarının urodinamikası. Metodik vəsait. Bakı, 2005, 47s.
- Qadın sidik kanalının xəstəlikləri və onların müalicə üsulları. Bakı, 2016. (İmamverdiyev S. B)
Çap olunmuş məqalələri
- 1. Оперативное лечение повреждений мочевых путей в акушерской и гинекологической практике /Мат. 8-й Всерос.сьезд. урологов. Ссвредловск,1988,с-43–44.(Имамвердиев С.Б, Колесникова Е.В.)
- 2. Принципы профилактики и лечения гнойно-воспалительных осложнений после аденомэктомии предстательной железы /Тем.сборник науч.трудов Азгосмедуниверситета, 1988, с.33–38.
- 3. О роли послеоперационной лекарственной терапии у больных с варикоцеле/ Мат 4-го Всесоюз. сьезда урологов. М. 1990. с. 52–53. Соавт. Имамвердиев С.Б.,
- 4. К хирургическому лечению пузырно-влагалищных свищей /Азмед.журнал. 1992, № 7–8, ст. 43–45. Имамвердиев С.Б.,
- 5. Оперативное лечение повреждений мочевых путей в акушерской и гинекологической практике. Автореф.канд.дис. Баку,1993.
- 6. İmamverdiyev S. B., Bağışov Ə. A. Qadınlarda sidiyin saxlanmamasının müalicəsi. M. Topçubaşovun 100 illiyinə həsr edilmiş konfransın mat. Bakı,1995.s27.
- 7. İmamverdiyev S. B., Bağışov Ə. A. Qadınlarda gərginlik zamanı sidiyin saxlanmamasının diaqnostikası və müalicəsi //Azərb. Tibb jurnalı, 1997, № 3s. 61–64.
- 8. İmamverdiyev S. B., Bağışov Ə. A., Qədiməliyev F. G. Məişət travmasından sonra sidik axarı -bağırsaq fistulası / Az. Tibb jurn. 1997, № 4, 134–135.
- 9. İmamverdiyev S. B., Bağışov Ə. A. Qadınlarda sidik cinsiyyət fistulaları. Bakı,1998, Metodik vəsait,31səh.
- 10. Bağışov Ə. A. Prostat vəzinin nadir xoşxassəli hiperplaziyası/ Az.med.curn.1999,№ 3, s. 95–96.
- 11. İmamverdiyev S. B., Bağışov Ə. A., Qədiməliyev F. G. Kəskin priapizmin cərrahi müalicəsi/ Tibb və Səhiyyə, ATU,35–40.
- 12. Bağışov Ə. A. Prostat vəzinin nəhəng adenoması /Azərb. Səh. Elmi və praktik təb. nailiyyət. 2000, I c.., s.307–310.
- 13. Bağışov Ə. A. Endouretral müdaxilələr zamanı yeni anesteziya metodu/ Az. tibb. curn, 2000, № 3, s.5–7.
- 14. İmamverdiyev S. B., Bağışov Ə. A., Məmmədov R. N. Sidik axarlarının birincili şişlərinin diaqnostikası və müalicəsi. Azərb. Səh. Elmi və praktik təb. nailiyyət. 2000, T.3, s.89–97.
- 15. İmamverdiyev S. B., Bağışov Ə. A., Ağakişiyev C. A. Residiv varikoselenin səbəbləri və müalicəsi /Azərb. Səh. Elmi və praktik təb. nailiyyət.,2000, I c.,78–84.
- 16. Багишов А.А. Гигантская гиперплазия предстательной железы /Урология, 2000, № 4, с. 49–50.
- 17. Имамвердиев С.Б., Багишов А.А. Новый способ уретеросигмостомии с формированием резервуара для мочи после цистэктомии у больных раком мочевого пузыря/ Аз.мед.журн. 2001, № 2,94–96.
- 18. İmamverdiyev S. B., Bağışov Ə. A. Birinjili parasistitlərin kliniki gedişinin xüsusiyyətləri/Azərb. Səh. Elmi və praktik təb. nailiyyət. 2001, c. II, s.529–535.
- 19. İmamverdiyev S. B., Bağışov Ə. A. Kalkulyoz pionefroz zamanı, spontan açıq böyrək-bağırsaq fistulası /Azərb. Tibb Curn.,2002,№, s.68–69.
- 20. Bağışov Ə. A. Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığının jərrahi müalicəsində qasıqüstü operasiyalar. Az.tibb curnalı, 2004, № 3, s. 8–11.
- 21. Багишов А.А, Мамедов Р.Н. Первичная экстраперитонеальная пахово- машоночная грыжа мочевого пузыря.// Урология, 2004, № 6, 45–47.
- 22. İmamverdiyev S. B, Bağışov Ə. A. Sidik axarlarının yatrogen zədələnmələrinin operativ müalijəsi. // Az. Tibb Cur., 2004, № 2, s.15–19.
- 23. İmamverdiyev S. B., Petrov S. B., Bağışov Ə. A., Kurenkov A. V.. Stress inkontinensiyası zamanı sərbəst sintetik ilgəyin implantasiyası (TVT əməliyyatı).//Reproduktiv sağlamlıq və perinotologiya, 2005, № 3, s. 81–83.
- 24. İmamverdiyev S. B., Petrov S. B., Bağışov Ə. A., Kurenkov A. V.. Fiziki gərginlik zamanı sidik saxlanmazlığı olan xəstələrdə urodinamik parametrlərin xüsusiyyətləri / Azərbayjanda Tibbi Elmi və Praktik səhiyyənin müasir nailiyyətləri, 2005, I jild, s.18–27.
- 25. İmamverdiyev S. B., Petrov S. B., Bağışov Ə. A.. Həcməmələgətirən maddələrin parauretral inyeksiyası. /Azərbayjanda Tibbi Elmi və Praktik səhiyyənin müasir nailiyyətləri, 2005, № 2, s.78–83.
- 26. Bağışov Ə. A.. Stress inkontinensiyasının medikamentoz müalicəsi. /Azərbaycanda Tibbi Elmi və Praktik səhiyyənin müasir nailiyyətləri, 2005, № 2, s 73–76.
- 27. İmamverdiyev S. B., Ə. A. Baxışov. Qadınlarda stress inkontinensiyası zamanı IVS slinqi ilə sərbəst suburetral slinqoplastika. Türk Cümhuriyyətləri androloci konfederasiyasının I simpoziumu. Bakı, 2006, s. 45–47.
- 28. Bağışov Ə. A.. Stress inkontinensiyası zamanı "DAM+" un parauretral inyeksiyasının nəticələri. Türk jümhuriyyətləri androloci konfederasiyasının I simpoziumu. Bakı, 2006, s. s.100–103.
- 29. Bağışov Ə. A. Qadınlarda stress inkontinensiyası ilə müşayiət olunan sisto-uretroselenin operativ korreksiya üsulları. Azərbayjanda Tibbi Elmi və Praktik səhiyyənin müasir nailiyyətləri, 2006, № 1, s. 227–233
- 30. İmamverdiyev S. B., Ə. A. Baxışov. Menopauza dövründə qadınlarda müşahidə edilən fiziki gərginlik zamanı sidik saxlanmazlığının estrogenrlə müalijəsi/ J. Metabolizm, 2006, №, s. 28–31.
- 31. Bağışov Ə. A., Fiziki gərginlik zamanı sidik saxlanmazlığının konservativ müalicəsində davranış terapiyasının rolu /Az.tibb curnalı, 2006, № 2, s. 33–35.
- 32. İmamverdiyev S. B., Ə. A. Bağışov, Petrov S. B. TVT əməliyyatı zamanı yeni slinq-Linteks Uroslinqin tətbiqi / C. Sağlamlıq, 2006, № 6, s.48–51.
- 33. İmamverdiyev S. B., Ə. A. Bağışov Qadınlarda sidiyin stress inkontinensiyasının diaqnostikasında Q-tip testin rolu / C. Sağlamlıq, 2006, № 9, s.192–194.
- 34. Bağışov Ə. A. Qadınlarda "sidiksaxlayıcı" əməliyyatların proqnozlaşdırılmasında rentgen və urodinamik müayinə metodlarının rolu /Az.tibb jurnalı. 2006,№ 3, s.14–16
- 35. Bağışov Ə. A. Qadınlarda sidiyin stersslə əlaqədar inkontinensiyasının diaqnostikasında maqnit rezonans tomoqrafiya metodu /Az.tibb curnalı, 2006, № 4, s. 23–25.
- 36. Bağışov Ə. A. Qadınlarda hiperaktiv sidikliyin müalijəsi /Az.tibb curnalı, 2007, № 2, 12–14.
- 37. Bağışov Ə. A. Qadınlarda sərbəst sintetik ilgəyin suburetral implantasiyasının nətijələri //Azərbayjan Təbabətinin Müasir Nailiyyətləri, 2007, № 3, , s. 2002–2004.
- 38. İmamverdiyev S. B.,. Bağışov Ə. A. Qadınlarda antiinkontinensial əməliyyatlardan sonra infravezikal obstruksiyalar / Jərrahiyə № 3, s 7.-11.
- 39. Bağışov Ə. A. Sidik saxlanmazlığı olan qadınların plastik əməliyyata hazırlanması / C. Sağlamlıq, 2007, № 9, s. 181–185.
- 40. Bağışov A. A. Qadınlarda sidiyin stress inkontinensiyasının diaqnostikası və müalicəsinə dair müasir təsəvvürlər /Az.tibb curnalı, 2007, № 4, s. 38–41.
- 41. İmamverdiyev S. B. , Bağışov Ə. A., Petrov S. B. Transobturator slinqlə qadınlarda stress inkontinensiyasının korreksiyası //Azərbaycan Təbabətinin müasir nailiyyətləri, 2007, № 4, s. 99–102.
- 42. Петров С.Б., Имамвердиев С.Б. Багишов А.А.., Куренков А.В.. Коррекция недержания мочи при напряжении у женщин свободной субуретральной слингом // Урология, 2008, № 1, с 38–40.
- 43.Петров С.Б., Имамвердиев С. Б., Багишов А.А.. Современные взгляды на метод иньекционной терапии недержания мочи при напряжении у женщин//Врачебное сословие, 2008, № 1,12–14.
- 44. Bağışov Ə. A. Qadınlarda stress inkontinensiyasının cərrahi müalicəsində ilgəkli əməliyyatlar /C. Sağlamlıq, 2008, № 3, s. 45–50
- 45. С.Б. Имамвердиев, А.А. Бахышев. Оперативное лечение парауретральных кист у женщин// Москва, Урология, 2010, № 2, с. 39–41
- 46. Ə. A. Bağışov, S. B. İmamverdiyev. Sidiklik-uşaqlıq yolu fistullarının cərrahi müalicəsi üzrə təcrübəmiz/ Azərbaycan Tibb Jurnalı, 2011, № 3, s. 106–110.
- 47. С.Б. Имамвердиев, А.А. Бахышов. Эктопия устья мочеточника в семенной пузырек// Москва, Урология, 2011,№ 5, с. 72–74.
- 48. Sidiklik-uşaqlıq fistulalarının diaqnostikası və cərrahi müalicəsi. Azərbaycan Tibb Jurnalı. Bakı 2012. № 3. səh. 139–142. S. B. İmamverdiyev
- 49. Фрагментированная миграция внутриматочного средства в мочевой пузырь. Урология. Москва. 2012. № 5. стр 81–82. С.Б.Имамвердиев
- 50. Ə. A. Bağışov, M. Ə. Məmmədov. Mamalıq və ginekoloji praktikada sidik axarı zədələnmələrinin cərrahi müalicəsi/ Təbabətin aktual problemləri. ATU əməkdaşlarının elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş konfransın materialları. Bakı, 2014, səh. 67–69.
- 51. S. B. İmamverdiyev, Ə. A. Bağışov, V. Y. Abdürrəhimova. Sidiklik-uşaqlıq yolu fistulalarının cərrahi müalicəsində taktikamız/ Azərbaycan mama-ginekoloqların IV qurultayının məqalələr toplusu. Bakı 2014, səh. 322–326
- 52. Ə. A. Bağışov, A. F. Əhədov, M. Ə. Məmmədov. İrinli paranefritin açılma yolları. / Az. Tibb jurnalı, 2014, № 1, s. 117–119
- 53. Ə. A. Bağışov, S. B. İmamverdiyev. Qadınlarda urogenital prolaps zamanı sidik ifrazı pozğunluqlarının cərrahi müalicəsi / Az. Tibb jurnalı, 2014 № 2, s.19–23.
- 54.А. Бахышов, Qadınlarda parauretral sahənin kistalarının diaqnostikası və cərrahi müalicəsi. Azərbaycan Androloqların və uroloqların 7-ci konqresin materialları. Qəbələ, 2014. s. 13–15
- 55. Ə. A. Bağışov, S. B. İmamverdiyev, M. S. Xəlilov. Mamalıq və ginekoloji praktikada yatrogen kəskin böyrək çatışmazlığının cərrahi müalicəsi / Az. Tibb jurnalı, 2015 № 2, s.111–117
- 56. Ə. A. Bağışov. Hamiləlik vaxtı böyrəyin və sidik yollarının şişləri olan xəstələrin müalicə taktikasının seçilməsi / Az. Tibb jurnalı, 2016 № 1, s.132–136
- 57. Р.Н.Мамедов, А.А.Новрузова, А.А.Багишев, А.Ф.Сулейманов. Возможности фибро-уретероскопической нефролитотрипсии при беременности./ Cərrahiyyə, 2017, № 3, səh. 68–70.
- 58. S. B. İmamverdiyev, Ə. B. Bağışov, A. F. Süleymanov, M. Ə. Məmmədov. Hamiləlik zamanı sidik daşı xəstəliyinin müalicə taktikasının seçilməsi / Az. Tibb jurnalı, 2017 № 1, s.147–151
- 59. Ə. A. Bağışov. Sidiklik – uşaqlıq yolu fistullarının cərrahi müalicəsinin müasir aspektləri //Urologiya və reproduktiv təbabət jurnalı, 2018 , № 1, səh. 15–21.
- 60. Bağışov. Sidiklik –cinsiyyət fistullarının cərrahi müalicəsi zamanı taktikamız //Urologiya və reproduktiv təbabət jurnalı, 2018, № 2, s. 50–51
- 61. Ə. A. Bağışov. Sidik kanalının karunkulu xroniki travmanın nəticəsi kimi // Urologiya və reproduktiv təbabət jurnalı, 2018,№ 3, s. 26–29.
- 62. Ə. A. Bağışov, S. B. İmamverdiyev, A. F. Süleymanov. Nala bənzər böyrəyin nəhəng törəməsi //Azərb. TibbJur. 2018, № 4, s. 90–92.
- 63. Ə. A. Bağışov. Sidik-cinsiyyət fistulu olan qadınlarda hamiləlik/ATU-nun 90 illiyinə həsr olunmuş " Təbabətin aktual problemləri". Beynəlxalq elmi-praktiki konfrans mater. 19–20 dekabr 2020, 120–121.
- 64. Ə. Bağışov. Retrokaval sidik axarının cərrahi müalicəsi / Azərb. TibbJur.2022, № 2, s.141–144.
- 65. Ə. A. Bağışov, E. T. Məmmədov. Mamalıq və ginekoloji praktikada sidik axarlarının zədələnmələrinin cərrahi mualicəsi /ATU, "Təbabətin aktual problemləri", Beynəlxalq elmi-praktiki konfrans mater. 24–25 may 2022, Bakı. səh.24–25.
- 66 А.А. Багишов. Отдаленные осложнения "забытого" фрагментированного стента /Сборник статей IV Международной научно-практической конференции "Новые вызовы новой науки: опыт теоретического и емпирического анализа",Российская Федерация г.Петрозаводск. 10 ноябрь 2022. С.64–68
Xarici keçidlər
- Bağışov Əlimərdan ATU — Urologiya kafedrası Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Bağışov Əlimərdan — ATU Cərrahiyə Klinikası Arxivləşdirilib 2017-02-09 at the Wayback Machine