Əlimərdan (Vedibasar)

Əlimərdan — İrəvan xanlığının Vedibasar mahalında kənd adı.[1]

Tarixi İrəvan xanlığı əraziləri
Əlimərdan kəndi
Ümumi məlumatlar
Ləğv edilib 1949

Haqqında

Əlimərdan kəndi İrəvan xanlığının Vedibasar kəndində azərbaycanlıların məskunlaşdıqları yaşayış məntəqələrindən biri olmuşdur. 1828–1832-ci illərdə İrandan və Türkiyədən köçürülən ermənilərin bir hissəsi çar Rusiyası tərəfindən bu kənddə yerləşdirilmişdir. 1946-cı ildə kəndin adı ermənilər tərəfindən dəyişdirilərək Karadzor adlandırılmışdır. Kənddə yaşayan azərbaycanlılar 1949-cu ildə Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir.

Toponimi

Bir sıra mənbələrə əsasən kəndin əsl adı "El Mərdin", yəni "Mərdin eli" olmuşdur. Tədqiqatçıların fikrincə, kənd "Kitabi-Dədə Qorqud" dastanlarında adı çəkilən Mərdin qalasından gələnlər tərəfindən yaradılmışdır.[2][3]

Mənbə

  • B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı,1998.
  • Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб.1852.
  • Рашид ад-дин. Переписка. М.1972.

İstinadlar

  1. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
  2. Рашид ад-Дин. Переписка. М., 1972.
  3. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Әлимәрдан // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.