Əlikram Xanışov
Əlikram Qabil oğlu Xanışov (8 fevral 2000; Göytəpə, Cəlilabad, Azərbaycan — 2 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Əlikram Xanışov | |
---|---|
Əlikram Qabil oğlu Xanışov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göytəpə, Cəlilabad, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Cəlilabad |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | , , |
Həyatı
Əlikram Xanışov 8 fevral 2000-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2018-ci ildə V. Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbi bitirib.[2]
Hərbi xidmətləri
Əlikram 2018-ci ildə əsgərlik borcunu Goranboy rayonunda N saylı hərbi hissədə yerinə yetirdikdən sonra 2020-ci il aprel ayında evə qayıtmışdı. O, 20 gündən sonra müddətdən artıq xidmət etmək üçün yenidən hərbiyə yollanmışdı.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əlikram Xanışov Talış Madagizin azad edilməsində savaşıb. 2 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb. 30 noyabr 2020-ci ildə Cəlilabadda dəfn olunub.[3][4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlikram Xanışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlikram Xanışov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlikram Xanışov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[7]
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[8]
- (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[6]
- (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)[7]
İstinadlar
- Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
- "Şəhid Pərvin Həmidov". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
- "Cəlilabadda şəhid hərbçi dəfn edilib". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
- "Göytəpə şəhərində şəhid adına tikilən bulağın açılışı olub". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) ( (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.