Əlibaba Məmmədov

Əlibaba Balaəhməd oğlu Məmmədov (5 fevral 1930, Maştağa25 fevral 2022[1], Bakı) — Azərbaycan xanəndəsi, bəstəkar və pedaqoq, Azərbaycan SSR xalq artisti (1989). Musiqişunas alim, professor, görkəmli mədəniyyət xadimi, ictimai xadim, şöhrət və şərəf, istiqlal ordenli.

Əlibaba Məmmədov
Ümumi məlumatlar
Doğum tarixi 5 fevral 1930(1930-02-05)
Doğum yeri
Vəfat tarixi 25 fevral 2022(2022-02-25)[1] (92 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Janr muğam
Elmi adı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı  — 1989 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1963 "Qızıl çinar" beynəlxalq mükafatı — 2009
"İstiqlal" ordeni  — 2010 "Şərəf" ordeni  — 2020 "Şöhrət" ordeni  — 2000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

Əlibaba Baləhməd oğlu Məmmədov 1930-cu il 5 fevral tarixində Bakı şəhərinin Maştağa kəndində anada nolub. 128 və 187 nömrəli məktəblərdə, 1944-cü ildən Bakıxanov qəsəbəsindəki 1 nömrəli fabrik-zavod məktəbində oxuyub. İki il sonra Neft Texnikumuna keçirilib və 1947-ci ildə təhsilini başa vurduqdan sonra təyinata əsasən Türkmənistan Respublikasının Nəbitdağ mədənlərində işləməyə göndərilib. Aşqabad şəhərində baş vermiş zəlzələdən sonra Əlibaba Məmmədov Azərbaycana qayıdıb və el şənliklərində iştirak edib. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.[2] Musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində almışdır.[3]

1949-cu ilin oktyabrından isə müsabiqə yolu ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Estrada Orkestrində çalışıb.

1953–1978-ci illərdə Filarmoniyanın, 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub.

1968-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Niyazinin təşəbbüsü ilə "Hümayun" Xalq Çalğı Alətləri Ansamblını yaradıb və onun bədii rəhbəri olub.[4]

Gənc yaşlarından muğam və xalq mahnılarının mahir ifaçısı kimi tanınan xanəndə xalq ruhunda çoxlu mahnılar, təsniflər, rənglər, dəramədlər bəstələyib. 1963-cü ildə respublikanın Əməkdar artisti, 1989-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Müğənni kimi bir sıra fəxri fərmanlarla, həmçinin "SSRİ mədəniyyət əlaçısı" fəxri döş nişanı ilə də təltif olunub.

1992-ci ildə Əliağa Vahidin əsərlərinə yazdığı mahnı və təsniflərə görə "Vahid" adına mükafata layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 fevral 2000-ci il tarixli fərmanı ilə Əlibaba Məmmədov 70 illik yubileyi ərəfəsində "Şöhrət" ordeni ilə təltif edilib. 8 fevral 2010-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İstiqlal" ordeni ilə təltif olunub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Xanəndənin ifa etdiyi "Rast", "Bayatı-Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilmişdir.[4]

Füzuli, Vahid, Mikayıl Müşviq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış "Yaşa, məhəbbətim, yaşa, ürəyim", "Gəl bizə, yar", "Bir dənəsən" və başqa mahnılar AzTV Fondunda bir çox görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. Əlibaba Məmmədov 1963-cü ildən Bakı Musiqi Kollecində, 1988-ci ildən isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində muğamdan dərs demiş, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf etmişdir. Əlibaba Məmmədov həm də dəfələrlə muğam müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur.[4]

10 may 2009-cu ildə qədim muğam irsinin qorunmasında, muğam ifaçılıq məktəbinin inkişafında, yeni ifaçılar nəslinin yetişməsindəki xidmətlərinə görə Xalq artisti Əlibaba Məmmədov Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb.

Əlibaba Məmmədovun 3 qızı və 1 oğlu olub, 8 nəvəsi, 14 nəticəsi var.

25 fevral 2022-ci ildə 92 yaşında vəfat etmişdir.[5] Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[6]

Mükafatları

Mahnıları

  • İnandır məni
  • Yaşa hələ
  • Sən gərək güləsən
  • Səni gözlər
  • Mənim Azərbaycanım
  • Müxalif təsnifi
  • Bakı
  • Şur təsnifi (Yaşa Ürəyim)
  • Mehriban həkim
  • Vətən yaxşıdır (Xudayar təsnifi)

Filmoqrafiya

  • Şur (film, 1967)
  • Toyda görüş (film, 1970)
  • Havalansın Xanın səsi (film, 2001)
  • Maestro Niyazi (film, 2007)
  • Mənim atam Əliövsət Sadıqov (film, 2007)
  • Muğamat var olan yerdə… (film, 2009)
  • Mən Hüseyn Arifəm… (film, 2010)

İstinadlar

  1. Əlibaba Məmmədov dəfn edilir.
  2. "ƏLİBABA MƏMMƏDOVUN MAHNILARI. Bakı-2012" (PDF). 2018-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-01-05.
  3. Məmmədov, Ə. "Məni yaşadan sənətimə olan diqqətdir Arxivləşdirilib 2020-02-13 at the Wayback Machine": 85 yaşlı Xalq artisti Əlibaba Məmmədov bu gün də Milli Konservatoriyada muğamatın sirlərini tələbələrinə öyrədir: [müğənni ilə müsahibə] /müsahibəni apardı Lalə Azəri //Mədəniyyət.- 2015.- 11 fevral.- S. 10.
  4. Məmmədov Əlibaba Balaəhməd oğlu // Muğam ensiklopediyası. Bakı. 2008. S. 159.
  5. "Əlibaba Məmmədov dünyasını dəyişdi". 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
  6. "Əlibaba Məmmədov dəfn edildi". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
  7. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.