Əlibaba İbrahimov
İbrahimov Əlibaba Eynulla oğlu (1972, Zərkənd, Vardenis rayonu – Aterk, DQMV) — Qarabağ müharibəsi şəhidi.
Əlibaba İbrahimov | |
---|---|
Əlibaba Eynulla oğlu İbrahimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat yeri | |
Vəfat səbəbi | şəhid |
Milliyyəti | azərbaycanlı |
Atası | Eynulla İbrahimov |
Həyatı
Əlibaba İbrahimov 1972-ci ildə Göyçənin Zərkənd kəndində dünyaya gəlib. 1988-ci il hadisələri zamanı ailəsi ilə birlikdə Kəlbəcər rayonunda məskunlaşıb. 1989-cu ildə Kəlbəcər rayonundakı 1№-li orta məktəbi bitirib. Moskva yaxınlığında hərbi xidmət keçib, hərbi xidmətini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və Qarabağ müharibəsində iştirak edib. 1992-ci ilin yanvarında Gəncə Milis batlyonunda 3 ay təlim keçəndən sonra bölmə komandiri təyin olunub. Onun bölməsinə Ağdərə rayonunun Aterk kəndinə kömək etmək tapşırılıb. Hərbi əmrə tabe olan Əlibaba İbrahimov Aterkə gedən bütün heyətlə mühasirəyə düşüb, vuruşaraq özü də, döyüşçü dostları da həlak olublar.
Əlibaba İbrahimov Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn ediliblər.
Sıravi Əlibaba İbrahimov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.[1]
İstinadlar
- "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.