Əlibəyli (Zərdab)
Əlibəyli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Əlibəyli kəndi Zərdab şəhərindən 3 kilometr cənub-qərbdə yerləşir.
Əlibəyli | |
---|---|
40°11′55″ şm. e. 47°40′56″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Zərdab rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
İqlimi | subtropik |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.050 nəfər |
Milli tərkibi | azərbaycanlılar |
Dini tərkibi | sünni müsəlmanlar |
Rəsmi dili | azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 6315 |
|
Tarixi
Ötən dövrlərdə “Alıbəyli” kimi də adlandırılan bu kənd Kür və Türyançay (Qarasu) çaylarının qovşağında yerləşir. Kəndin adı Əlibəy adlı şəxsin adı ilə bağlı yaranıb. Ötən əsrlərdə Əlibəyli sakinləri əsasən baramaçılıq, maldarlıq və əkinçiliklə məşğul olublar.
Əhalisi
Mənbələrə görə, XIX əsrin ortalarında Əlibəyli 11 evdən, 1887-ci ildə isə 38 evdən və 166 sakindən ibarət olub. Tovuz və Qax rayonlarında da Əlibəyli adlanan kəndlər var. Mənbələrdə göstərilir ki, 1700-cü illərdə İrəvan əyalətində də Əlibəyli adlı kənd var imiş. İndi kəndin əhalisi 1050 nəfərdir. Kəndin dini tərkibi sünnilərdir.[mənbə göstərin]
İqtisadiyyatı
Kənd sakinləri əsasən əkinçilik, heyvandarlıq, meyvəçilik, baramaçılıq, balıqçılıq, quşçuluq və tərəvəzçiliklə məşğul olurlar. Kənddə icra nümayəndəliyi, bələdiyyə, məktəb, kitabxana, məscid və s. vardır.
Din
Kənddə Əlibəyli kənd məscidi dini icması fəaliyyət göstərir.[1]
İstinadlar
- MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)