Əlibəyli (Tovuz)

ƏlibəyliAzərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kənd inzibati ərazi dairəsində kənd.[3]

Əlibəyli
40°56′16″ şm. e. 45°29′32″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.549 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6026[2]
Əlibəyli xəritədə
Əlibəyli
Əlibəyli

Toponimikası

Kənd Qışlaq və Təpəbaşı adlanan iki hissədən ibarətdir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi Əlibəy adlı şəxsə aid qışlaq yerində salındığı üçün belə adlandırılmışdır.[4]

Tarixi

Tarixi abidələri

Əlibəyli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
1795 Koroğlu qalası[5] XVI əsr Əlibəyli kəndi Arxeoloji Ölkə
6051 Qəbiristanlıq[6] Orta əsrlər Əlibəyli kəndi Arxeoloji Yerli

Coğrafiyası və iqlimi

Kənd Tovuzçayın sahilində, dağətəyi ərazidə, Ermənistan ilə sərhəddə yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[7] 2379 1188 1191
2009[8] ↗2549 ↗1322 ↗1227

Rus çarlığı arxivlərindən məlum olur ki, kəndin əhalisi XIX əsrin əvvəllərində Tblisi quberniyasına bağlı Dəmirçihəsənli nahiyəsindəki Qacarlı kəndindən köçürülmüşdür.[9][10]

Kənd əhalisi Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərmişdir. Müharibə şəraitində yaşamalarına baxmayaraq heç kim kəndi tərk etməmiş, qadın və uşaqlar Tovuz rayonundakı "rus məktəbi" adlandırılan məktəbə köçmüş, kişilər isə kənddə qalaraq öz yurd-yuvalarını müdafiə etmişlər.

Bakı şəhərində yaşayan əlibəylilərin təşəbbusi ilə 1989-cu illərdə Əlibəyli xeyriyyə cəmiyyəti yaradılmış, kəndə həm maddi, həm də mənəvi dəstək göstərilmişdir.

Şəhidləri

İqtisadiyyatı

Əhali əsasən heyvandarlıqəkinçiliklə məşğuldur.

Mədəniyyəti

Kənddə Əlibəyli kənd kitabxana filialı,[13] Əlibəyli kənd klubu,[14] Əlibəyli poçt şöbəsi (AZ6026)[15] fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi tərəfindən "Qəhrəman kənd - Əlibəyli" adlı sənədli filmi çəkilib. Film Ermənistan ilə sərhəddə yerləşən, 1990-cı illərdə düşmən qüvvələrinin silahlı basqınlarına mərdliklə sinə gərən Tovuz rayonunun Əlibəyli kəndi haqqındadır. Filmin mərkəzində Əlibəyli kəndində yaşayan insanların göstərdikləri qəhrəmanlıq və fədakarlıq dayanır. Ekran əsərində o dövrün canlı şahidləri, əfsanəvi birinci batalyonun döyüşçüləri döyüş yollarından, ürəklərindəki Vətən sevgisindən, torpağa, elə-obaya olan məhəbbətlərindən danışırlar. Filmin layihə rəhbəri hərbi-vətənpərvərlik mahnılarının sevilən ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, ssenari müəllifi Ehtiram İlham, rejissoru İlham Tumasdır.[16]

Təhsil

Kənddə Habil Vəliyev adına Əlibəyli kənd tam orta məktəbi fəaliyyət göstərir.[17][18]

Bundan başqa kənddə Əlibəyli kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[19]

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Əlibəyli həkim məntəqəsi yerləşir.[20]

İstinadlar

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=106.
  2. https://www.e-gov.az/az/services/readwidenew/3544.
  3. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-01.
  4. Əlibəyli (Tovuz) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 180. ISBN 978-9952-34-155-3.
  5. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  6. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 155" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  7. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
  8. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 209". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.
  9. "Arxivlənmiş surət" (PDF). 2022-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-28.
  10. И.М.Мамедова. "Статистические описания щамщадильской и казахской дистанции" как источник для изучения истории населения Закавказья (первая треть ХІХ ст.)
  11. "Vətən müharibəsi şəhidi Həsənov Sərxan Habil oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-05-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-27.
  12. "Vətən müharibəsi şəhidi Hüseynov Anar Hüseyn oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-05-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-27.
  13. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  14. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  15. "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  16. ""Qəhrəman kənd - Əlibəyli"". anl.az. Mədəniyyət. 2 avqust 2013. 13 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2016.
  17. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  18. "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  19. "Tovuz rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  20. "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.

Xarici keçidlər


Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.