Əliabad (Naxçıvan)

Əliabad (əvvəlki adı: Myasnikovabad[1]) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Əliabad kənd inzibati ərazi dairəsi Naxçıvan şəhərinin tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Əliabad kənd inzibati ərazi dairəsi tərkibindəki Əliabad kəndi qəsəbələr kateqoriyasına aid edilmiş, Əliabad kənd inzibati ərazi dairəsi Əliabad qəsəbə inzibati ərazi dairəsi adlandırılmışdır.[3]

Əliabad
39°13′36″ şm. e. 45°23′54″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əliabad xəritədə
Əliabad
Əliabad

Tarixi

Əvvəllər kənd olmuşdur. Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərli özünün məşhur "Əliabada gedən yol" əsərində XX əsrin əvvəllərində kəndi təsvir etmişdir. Sovet hakimiyyəti illərində kəndə gedən yolda bir sıra ictimai yaşayış binaları inşa edilmiş və bir müddət bu yaşayış məntəqəsi erməni bolşeviki A.F.Myasnikovun adı ilə Myasnikovabad adlandırılmışdır. 1991-ci ildən Əliabad adı ilə rəsmiləşdirilmişdir.[4]

Mədəniyyəti

2009-cu ildə Əliabad qəsəbəsində quraşdırılan “Karel” DS-200 tipli elektron ATS 800 nömrə tutumludur. Bu nömrələrdən 649-u istifadə olunmaqdadır.

2013-cü il noyabrın 26-da Naxçıvan şəhərinin Əli­abad qəsəbəsində 16 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir. 846 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada 47 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, kitabxana, idman zalı və bufet vardır.

Coğrafiyası və iqlimi

Qəsəbə dağ ətəyində yerləşir. Son illər yaşayış məntəqəsi genişlənərək Naxçıvan şəhəri ilə birləşmişdir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.