Əliabad (Cəlilabad)
Əliabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Əliabad kəndi Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Sərhədabad kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.[1]
Əliabad | |
---|---|
39°13′ şm. e. 48°25′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Coğrafiyası və iqlimi
Kənd Burovar silsiləsinin ətəyində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 798 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Din
Kənddə Əliabad kənd məscidi dini icması fəaliyyət göstərir.[3]
İstinadlar
- "Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 31 may 2013-cü il tarixli Qanunu" (az.). president.az. 27 iyun 2013, 21:25. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-16.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az (az.)
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.