Əli və Nino (Britaniya filmi, 2016)

Əli və Nino (ing. Ali and Nino) — Qurban Səidin ilk dəfə 1937-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında romantik dram janrında, Kristofer Hemptonun[4] ssenari müəllifliyi, Asif Kapadianın[5] rejissorluğu ilə çəkilən bədii filmdir. Əsas çəkilişləri AzərbaycanTürkiyədə aparılan[6] filmdə baş rolları Mariya Valverde[7] və Adam Bakri [8] canlandırmışdır.

Əli və Nino
Ali and Nino
Janr dram filmi
Rejissor Asif Kapadia
Prodüserlər Kris Tiker
Leyla Əliyeva[1]
İcraçı prodüser Leyla Əliyeva
Əsərin müəllifləri Qurban Səidin Əli və Nino romanı əsasında
Ssenari müəllifi Kristofer Hempton
Baş rollarda Mariya Valverde
Adam Bakri
Numan Akar
Bəstəkar
  • Dario Marianelli[d]
Rəssamlar Quruluşçu rəssam:Karlos Konti
Geyim üzrə rəssam: Mişel Klapton
İstehsalçılar PeaPie Films
IM Global
Celtic Films
Distribütor Netflix
İlk baxış tarixi 27 yanvar 2016[2], Sandens Film Festivalı, ABŞ
Müddət 104 dəqiqə
Büdcə $20 000 000[3]
Ölkələr Böyük Britaniya Birləşmiş Krallıq
Azərbaycan Azərbaycan
Dillər ingilis dili
rus dili
Azərbaycan dili
İl 2015
Rəng rəngli
Çəkiliş yeri Bakı, Türkiyə
IMDb ID4072326

Məzmunu

Müsəlman Əli ilə xristian Ninonun sevgi hekayəsi 1917-18-ci illərdə Bakıda bolşevik işğalı ərəfəsində baş verir. Şərq dəyərlərinə dayanan fikirlərə sahib olan Əli Xan Şirvanşir və qərb mədəniyyətinin daşıyıcısı Nino Kipiani məktəb illərində bir-birlərinə aşiq olurlar. Birinci Dünya Müharibəsi və Rusiya inqilabı davam etdiyi vaxtda, Azərbaycanın müstəqillik mübarizəsində olduğu xaotik bir mühitdə Əli şərq mədəniyyətindən gələn fikirləri və Ninoya olan məhəbbəti arasında seçim etmək məcburiyyətində qalır. Ninonun atası da əvvəlcə fikir ayrılığında olsa da, daha sonra erməni əsilli dostunun məsələyə müdaxilə etməsindən sonra evlilik haqqındakı fikirləri dəyişir.

Hadisələr haqqında danışılan erməninin Ninonu qaçırmasından sonra dramatikləşir. Əli xan dinin qaydalarına uyğun olaraq ermənini öldürür və intiqamdan çəkinərək Bakıdan qaçmaq məcburiyyətində qalır. Aylar sonra Əli xanı yoxsulluq içində tapan Nino onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədi ilə Azərbaycana yürüyüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə birlikdə İrana gedirlər. Nino İranda özünü ev həbsi şəraitində hiss edir və xoşbəxt görmür. Azərbaycanda şərqdəki ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli xan yenidən Bakıya qayıdır və yeni respublikanın mədəni və ictimai həyatında aktiv şəkildə yer alır. Sonralar Əli xana Fransada Azərbaycan səfiri olmaq təklifi gəlsə də, Ninonun İranda keçirdiyi hisslərlə qarşılaşmamaq üçün qəbul etmir. Əli xan Şirvanşirin qısa həyatı 1920-ci ildə rusların Azərbaycana hücumu ilə sona çatır. Nino isə yeni anadan olan uşağı ilə birlikdə Gürcüstana qaçır.

Rollarda

Filmi səsləndirənlər:

İstehsal

İnkişaf

1998-ci ildə Amsterdamın "Egmond" Film və Televiziya şirkətindən Hans de Veers "Əli və Nino" romanının ekranlaşdırılması üçün Amerika tərəfdaşları axtarmağa başlamışdı. Filmin ingilis dilində çəkilməsi, ssenarinin isə Oskar mükafatlı Azərbaycan yazıçısı Rüstəm İbrahimbəyov tərəfindən yazılması nəzərdə tutulmuşdu. De Veers açıqlamasında "$8 olması nəzərdə tutulmuş büdcənin 30%-nin Niderland və Azərbaycandan əldə edildiyi"ni bildirmişdi.[9]

2004-cü ildə holland şirkəti "Zeppers Film & TV" və "NPS" holland rejissoru Yos de Putterin çəkdiyi "Alias Kurban Said" adlı sənədli filmi təqdim etmişdir. Filmdə əsasən romanın müəllifliyi ilə bağlı məsələlər araşdırılır.[10] "Variety" jurnalında bu film "köhnə fotolar, saralmış sənədlər və video kadrların istifadəsi ilə hazırlanmış möhtəşəm tarixi detektiv"[11] adlandırılır. Filmdə Abraham Nussinbaumun 1913-cü ildə Nobel qardaşlarına satılmış neft quyularının sahibi olduğu sənədlərlə sübuta yetirilir. Film Tribeka Film Festivalı, Rotterdam Beynəlxalq Film Festivalı və 2005-ci il Niderland Film Festivalının rəsmi baxış siyahına salınmışdır. Niderland Film Festivalında film, "Ən Yaxşı Film Musiqisi" nominasiyasında mükafata layiq görülmüşdür.[12]

2007-ci ildə "Əli və Nino" Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilmişdir. 2012-ci ildə teatr tamaşanı Moskva Beynəlxalq Teatr Festivalında göstərmişdir.[13] 2010-cu ildə Gürcüstan rejissoru Giorgi Toradzenin "Əli v Nino" romanının "yaradılması" haqqında sənədli film çəkməyi planlaşdırması haqqında məlumat verilmişdi. Məlumatda bildirilir ki, layih prodüser Giorgi Sturua tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilmişdi.[14]

2012-ci ilin aprelində Paris-Sarbonna Universitetinin Rişelye amfiteatrında roman əsasında hazırlanmış "Əli və Ninonun ayaq izləri" adlı myuzikl təqdim edilmişdir. Layihənin yaradıcı və icraçısı Azərbaycanlı pianist Səidə Zülfüqarova olmuşdur. Onun tamaşa üçün yazdığı musiqidə Azərbaycan və Gürcüstanın xalq musiqilərindən, həmçinin Azər Rzayev, Üzeyir Hacıbəyov, Vaqif Mustafazadə, Fritz Kreisler və Qara Qarayevin musiqilərindən istifadə olunmuşdur. Tamaşanın rejissoru isə Şarlotta Loriot olmuşdur.[15][16]

Çıxarılması

27-31 yanvar 2016-cı il tarixlərində film 31-ci Sundance Beynəlxalq Film Festivalı çərçivəsində təqdim edilib.[17]

Marketinq

9 aprel 2015-ci ildə filmdən ilk kadr yayımlanmışdır.[18]

Qəbulu

Tənqidçilərin mövqeyi

"theyoungfolks.com"-dan Coş Kabrita qeyd edir ki, "Qeyri-düzgün stimulyasiyası, montaj işi və vizual işi ilə, film "Əli və Nino" kimi temetik potensialı məhv edir. "Əli və Nino" film yox, bir-biri ilə əlaqəsi olmayan səhnələri xatırladır. Belə təəssürat yaranır ki, sanki hansısa film üçün hazırlanmış 90 dəqiqəlik treyleri izləyirsən."[19]

İstinadlar

  1. Adam Bakri joins Asif Kapadia's Ali and Nino Arxivləşdirilib 2019-12-07 at the Wayback Machine, screendaily.com, 19 May, 2014, İstifadə tarixi: 02.02.2015
  2. ARB Kəpəz. "Əli və Nino — İşgüzar" (az.). Youtube.com. 13.11.2016. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-14.
  3. «Əli və Nino»Internet Movie Database saytında.
  4. Christopher Hampton to adapt ‘Ali and Nino’ Christopher Hampton to adapt ‘Ali and Nino’ Arxivləşdirilib 2021-02-25 at the Wayback Machine, Diana Lodderhose, Variety, 9 yanvar 2012, İstifadə: 02.02.2015
  5. U.K. Director Asif Kapadia to Helm 'Ali and Nino' From PeaPie Films Arxivləşdirilib 2020-08-10 at the Wayback Machine, Patrick Brzeski, The Hollywood Reporter, 5/19/2013, İstifadə: 02.02.2015
  6. Maria Valverde Joins ‘Ali & Nino'; Principal Photography To Begin In February Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine, Ali Jaafar, deadline.com, January 8, 2015, İstifadə:02.02.2015
  7. Maria Valverde to star in 'Ali & Nino' Arxivləşdirilib 2019-04-11 at the Wayback Machine, http://news.yahoo.com Arxivləşdirilib 2006-12-31 at the Wayback Machine, January 9, 2015, İstifadə: 02.02.2015
  8. История любви Али и Нино вскоре появится на больших экранах Arxivləşdirilib 2015-04-05 at the Wayback Machine, Елена Остапенко, 1news.az, 27.08.2014, İstifadə:02.02.2015
  9. Sharon Swart, "Umbrella stand helps Euros foot market bill," Variety, February 23-March 1, 1998, p. A3.
  10. "Alias Kurban Saïd". 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2015.
  11. Ronnie Scheib, "Alias Kurban Said" [film review], Variety, June 28-July 11, 2004.
  12. Alias Kurban Saïd Arxivləşdirilib 2022-09-20 at the Wayback Machine, fandor.com, İstifadə: 3 fevral 2015
  13. "Today.Az — 'Ali and Nino' play to join int'l festival". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2015.
  14. "News.Az — Georgian director hopes to make documentary on Ali and Nino novel". 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2015.
  15. "Ali and Nino musical to premiere in France". News.az. April 4, 2012. January 15, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 3, 2015.
  16. "Saida Zulfugarova – an Azerbaijani in Paris" (PDF). The European Azerbaijan Magazine. April 2012: 8–10. 2014-08-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-02-03.
  17. “Əli və Nino” filmi yanvarın 27-də ABŞ-da nümayiş olunacaq Arxivləşdirilib 2016-01-26 at the Wayback Machine, trend.az, İstifadə tarixi: 25 yanvar 2016
  18. Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine, Günay Abbasova, buro247.az, 9 aprel 2015, İstifadə:9 aprel 2015
  19. Josh Cabrita — Sundance continues uphill climb to nowhere with ‘The Free World,’ ‘Wild’ and ‘Ali and Nino’ Arxivləşdirilib 2021-06-22 at the Wayback Machine, theyoungfolks.com, January 24, 2016, İstifadə tarixi: 25 yanvar 2016

Mənbə

  • Məhərrəmova, T. "Əli və Nino" ekrana vəsiqə alacaq: [Hollivudda eyni adlı əsərin ekranlaşdırılması haqqında kinoşünas Aydın Kazımzadənin fikirləri] //Kaspi.- 2012.- 12 yanvar.- S.12.

Həmçinin bax

Əli və Nino
Qurban Səid
Əli və Nino (film, 2016)
Azərbaycan filmlərinin siyahısı
Böyük Britaniya filmlərinin siyahısı

Xarici keçid

Filmi izlə (azərbaycan dilində)
“Əli və Nino” təqdim olundu
Gəncədə "Əli və Nino" filminin pulsuz təqdimatı keçirilib
В Вашингтоне прошла презентация фильма "Али и Нино"
Sofiyada “Əli və Nino” filmi nümayiş olunub

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.