Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası[3] – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti[3]) – Məhəmmədin əmisi oğlu[8], səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni[8]. 4-cü Raşidi xəlifə[8][9]. Əbu Talibin oğlu[8][9]. İslamı qəbul edən ilk kişi, ikinci şəxs.[10][11] Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi[8][12]. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.[13]
Əli | |
---|---|
ərəb. أبُو الحَسَنْ عَلِيُّ بْنُ أَبِيْ طَالِبٍ الهَاشِمِيّ القُرَشِيُّ | |
Əvvəlki | Osman ibn Əffan |
Sonrakı | Həsən ibn Əli |
632 – 661 (ləqəbi: Əmir əl-möminin, Mürtəza[1], Əbu Turab[2], Əsədulla əl-qalib[1]) | |
Sonrakı | Həsən ibn Əli (2-ci imam) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 600 |
Doğum yeri | |
Vəfat tarixi | 29 yanvar 661 |
Vəfat yeri | |
Vəfat səbəbi | sui-qəsd |
Dəfn yeri | |
Fəaliyyəti | dövlət xadimi, qazı, fəqih, mühəddis, müfəssir, hakim, şair, Xəlifə |
Atası | Əbu Talib[4] |
Anası | Fatimə bint Əsəd[4] |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Bəni Haşim |
Dini | islam |
Hərbi xidmət | |
Döyüşlər |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir.[13] Atası Əbu Talib[8], anası isə Fatimə binti Əsəddir.[13] Əmisioğlu Məhəmməd[8] tərəfindən himayə olunub və onun evində böyüyüb. Məhəmməd ilahi vəhy aldığını bildirdiyi zaman, Əli İslamı qəbul edən ilk kişi olmuş və həyatını bu dinə həsr etmişdir.[2][14][15][16][17]
Əli Məhəmməddən sonra Mədinəyə köçmüşdür. Orada Əli Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur.[8] Bundan sonra Əli Mədinədə Məhəmmədlə keçirdiyi 10 il ərzində, müharibələrdə rəhbər kimi iştirak etmiş, bildiriş və əmrləri çatdırmış, demək olar ki, bütün müharibələrdə iştirak edərək fəal rol oynamışdır. Əli 656-cı ildə Osman ibn Əffanın öldürülməsindən sonra Mədinə məscidində xalq tərəfindən xəlifə seçilmişdir.[8][18][19] 661-ci ildə Kufə məscidində sui-qəsd nəticəsində öldürülmüşdür.[20][21][22][23]
İslam mədəniyyətində Əlinin özünəməxsus yeri vardır. Belə ki, o İslamda müdriklik, dürüstlük, igidlik, hörmət və s. rəmzidir. Xüsusən Təsəvvüfdə Əli təfsir, fiqh və dini fikir sahələrində ən yüksək şəxs hesab olunur və o Məhəmmədin nəslinin davamçısı kimi qəbul edilir.[20][24][25]
Əli bəzi dini şəxsiyyətlərlə Əli kültünün mərkəzi şəxsiyyətini təşkil edir.[26] Şayiə mədəniyyətinə əsaslanan əsərlərdə Əli bilik, cəsarət, inam, dürüstlük, sədaqət, sədaqət, səxavət və mərhəmət ilə xüsusilə xatırlanır və batin sufi ənənələri üçün ən vacib mistik şəxsiyyətdir. Xüsusilə təfsir, fiqh və dini düşüncə sahəsindəki üstünlüyü tanınır.
Həyatı
Təvəllüdü və uşaqlığı
Əlinin atası Əbu Talib Qüreyş qəbiləsinin tayfalarından biri olan Bəni-Haşimin şeyxlərindən və Kəbənin mühafizlərindən biri olmuşdur. O Məhəmmədin əmisi idi. Əlinin anası Fatimə binti Əsəd də həmçinin Bəni-Haşim tayfasındandır. Əli İbrahimin oğlu İsmailin nəslindəndir.[27]
Əli Nuri
Bəzi islami, xüsusən şiə mənbələrində qeyd olur ki, Əli Məkkədə, Kəbədə dünyaya gəlmiş və 3 gün orada qalmışdır. 3 gündən sonra anası qucağında Əli ilə qırağa çıxmış, Məhəmməd körpə Əlini qucağına götürərək ona "ulu" mənasını verən Əli adını qoymuşdur.[13][28][29][30][31][32][33] Məhəmmədin Əlinin ailəsi ilə yaxın əlaqələri olmuşdur. Məhəmməd yetim qaldıqdan sonra babası Əbdülmüttəlibin də ölməsindən sonra əmisi, Əlinin atası Əbu Talib onu evinə aparmışdır. Əli Məhəmməd və Xədicə binti Xüveylidin nikahından 2 və ya 3 il sonra doğulmuşdur.[34] Əli 5 və ya 6 yaşında olarkən Məkkədə iqtisadi çətinlik yarandı və bu Əbu Talibin ailəsinə də təsir etmişdir. Məhəmməd də Əlini öz himayəsinə götürmüşdür.[13][15][35]
Bir il Məkkədə aclıq üz vermişdi. Bu zaman Məhəmmədin əmisi Əbu Talib böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Məhəmməd Bəni-Haşim tayfasının varlılarından olan digər əmisi Аbbasa təklif etdi ki, Əbu Talibin dolanışığına kömək etmək məqsədilə gedib hərəsi onun bir uşağını götürüb öz evində saxlasın. Abbas Məhəmmədin bu təklifi ilə razılaşdı. Beləliklə də Abbas Cəfəri Məhəmməd isə Əlini öz öhdəsinə götürüb öz evlərinə apardılar. Əli Məhəmməd peyğəmbər seçilənədək onun evində qaldı. Məhəmməd peyğəmbərliyə seçildikdən dərhal sonra Əli onu qəbul edib ona itaət etməyə başladı[36][37][38][39].
İslamı qəbul etməsi
Bəzi rəvayətlərə görə Hira mağarasında Məhəmmədə vəhy gələndə onunla görüşən yalnız Əli olmuşdur.[40][41][42]
3 il müddətində Məhəmməd insanları İslama gizli dəvət etdi. Qurana əsasən[43] o ilk öncə ailəsi Bəni-Haşimi bir tədbirdə İslama dəvət etdi. Təbəri, İbn əl-Əsir, Əbülfida və s. kimi alimlərə görə dəvəti qəbul edən şəxs, Məhəmmədin yoldaşı, qardaşı, vəkili və xələfi olacaqdı. Əli bu zaman 13 və ya 14 yaşında olmuş və ilk o ayağa qalxaraq önə çıxmışdır. Məhəmməd dəvəti 3 dəfə təkrar etsə də bunu qəbul edən yalnız bir şəxs olmuşdur ki, o da Əli. Məhəmmədin dəvətinə bir tək və israrla Əlinin müsbət cavab verməsindən sonra Məhəmməd onu özünün qardaşı, vəkili, xələfi və naibi elan etmiş və ona itaəti vacib buyurmuşdur. Dəvətdə Əli, onun atası və ailəsi yanaşı Əbu Ləhəbin də daxil olduğu Məhəmmədin əmiləri də iştiak edirmişlər. Və hadisələrin bu hissəsində Əbu Ləhəb gülərək qardaşı, Əlinin atası Əbu Talibə "hə indi sən öz oğluna beyət edəcəksən?" sualını vermişdir.[44][45][46] Bu hadisə tarixdə "Dəvət ayəsi" olaraq qalmışdır. Bəni-Haşim Məkkədə boykot altında olduğu zaman Əli Məhəmmədə dəstək olmuşdur.
İbn İshaq və digər bəzi tarixçilərə görə Əli İslamı ilk qəbul edən kişidir, lakin Təbəri və digər bəzi tarixçilər isə İslamı qəbul edən ilk kişinin Zeyd ibn Haris və ya Əbu Bəkr olması haqqında bəzi ənənəvi rəvayətlər qeyd etmişdirlər[47]. Bəzi alimlər isə Əlini İslamı qəbul edərkən uşaq olduğuna görə İslamı qəbul edən ilk müsəlman kişi kimi qəbul etmirlər.[48]
Mədinəyə hicrət
622-ci ildə Məhəmməd Məkkədən Yəsribə (indiki Mədinə) hicrət etmiş və həmin vaxt Əli Məhəmmədin yatağında yatmışdır.[13][15][49] Bu gecə Leylət əl-Məbit adlandırılmışdır. Bəzi hədislərə əsasən "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər." ayəsi məhz bu hadisəylə əlaqədar olaraq nazil olmuşdur.[50][51]
Əli sui-qəsdi dəf etsə də Məkkədə qalıb Məhəmmədin təlimatlarına uyğun hərəkət etməyə başlamışdır. Əli həmçinin burada Məhəmmədə əmanət edilmiş mal-dövlətləri mühafizə etmişdir. Əli daha sonra anası, Məhəmmədin qızı Fatimə və iki qadınla birlikdə Mədinəyə getmişdir.[14][15]
Məhəmməd dövrü
Əli 22 və ya 23 il Mədinədə yaşamışdır. Məhəmməd Mədinədə səhabələrə arasında qardaşlıq yaradarkən məhz Əlini özünə qardaş seçmişdir.[14][15][52] 622–632-ci illərdə 10 il müddətində Əli Məhəmmədə köməklik etmiş və onun əmrlərinə uyğun olaraq vali, ordu komandanı, elçi, bayraqdar olaraq faəl fəaliyyət göstərmişdir.[53][54]
Ailə həyatı
Əli 623-cü ildə Məhəmmədin və qızının da razılığı ilə Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur.[13] Bu hadisədən sonra Məhəmməd Fatiməyə belə demişdir: "Sən mənim ailəmdən mənə sevimli olan biriylə ailə həyatı qurdun".[55] Məhəmməd bu ailəni Ali-Əba hədisində və Mübahilə günü öz Əhli-Beyti adlandırmışdır. Onların adı Quranın Təthir ayəsində də çəkilmişdir.[56][57]
Əlinin Fatimədən 4 övladı olmuş, 1 övladı da daha dünyaya gəlməmiş Fatimənin bətnində ölmüşdür. Məhəmməd onların 2 oğlunu (Həsən və Hüseyn) öz övladı və Cənnət cavanlarının ağası adlandırmışdır.[58]
Əli və Fatimə əvvəl-əvvəl çox kasıb yaşamışdırlar. Ailə həyatı qurduqları bir neçə il ərzində Fatimə ev işlərini özü görmüşdür. Quyudan su daşımaqdan çiyinləri şişmiş, əl dəyirmanında qarğıdalı üyüdməkdən əlləri suluqlanmışdır.[59] Fatimə ev işlərində çox diqqətcil olmuş, xəmir düzəltmiş, çörək bişirmişdir. Əli də öz növbəsində evə yanacaq odun gətirmiş və ailəsini ərzaqla təmin etmişdir.[60] Xeybər döyüşündən qazanılan qənimət müsəlmanlar arasında bölüşdürüldükdən sonra bir çox müsəlman ailələri kimi Əlinin ailəsinin də maddi vəziyyəti xeyli yaxşılaşmışdır. Vəziyyətləri yaxşılaşdıqdan sonra Fatimə evə bəzi kənizlər almış, lakin onlarla ailə üzvü kimi rəftar etmişdir.[61]
Müharibələrdə
Əli Məhəmmədin sağlığında Təbuk döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir.[15] Bəzi döyüşlərdə sıravi bir döyüşçü kimi döyüşmüş, bəzilərində isə başçılıq etdiyi dəstəsiylə hücumlar təşkil etmişdir.
Əli ilk dəfə Bədr döyüşündə iştirak etmişdir. Əməvilərin məşhur sərkərdələrindən Vəlid ibn Utbə başda olmaqla bir çox sərkərdə və əsgərləri məğlub etmişdir. İslami mənbələrə əsasən Əli döyüşdə 20–30, əksər mənbələrə əsasən 27 döyüşçü öldürmüşdür.[62][63]
Əli Uhud döyüşü başda olmaqla bir çox döyüşdə Zülfüqar adlı ikiqıynaqlı qılıncıdan istifadə etmişdir.[64] Uhud döyüşündə müsəlmanlar qaçarkən, Məhəmmədi qoruyaraq xüsusi rol ifa etmiş[13] və Məhəmməd də onun haqqında "Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur." demişdir.[65] Əli Xeybər döyüşündə müsəlman ordusuna başçılıq etmişdir.[66][67] Bu döyüşdən sonra Məhəmməd ona ərəbcədən tərcümədə "Allahın aslanı" mənasını verən "Əsədullah" ləqəbini vermişdir.[13] Əli 630-cu il Huneyn döyüşündə də Məhəmmədi müdafiə etmişdir.
- Həmzə ibn Əbdülmütəllib və Əli Bədr döyüşündə.
- Əlinin Məhəmməd və səhabələrin hüzurunda Nadir ibn Harisin başını kəsməsi.
- Əlinin Xəndək döyüşündə Əmr ibn Əbdvudla döyüşməsi.
İslam missiyası
610-cu ildən Məhəmmədə Quran nazil olmağa başlamışdır. Nazil olan surə və ayələri yazan vəhy katiblərindən biri də Əli olmuşdur. Bu zaman İslam Ərəbistan yarımadasında yayılmağa başlamışdır. Əli də yeni bir İslami nizamın qurulmasında yardımçı olmuşdur. 628-ci ildə Məhəmmədin əmri ilə Məhəmmədlə Qüreyş qəbiləsi arasında bağlanan Hüdeybiyyə sülh müqaviləsini Əli yazmışdır. 630-cu ildə Məhəmmədin əmrilə Məkkədə Quranın ərəb politeistlərindən bəhs edən ayələrini ictimaiyyət qarşısında oxumuşdur. 630-cu ildə Məkkənin fəthi zamanı Məhəmməd Əlidən fəthin qansız olacağı barədə zəmanət almışdır. Əli Məscidül-Həramı İslamdan öncəki politeist dinlərin əlamətlərindən təmizləmək üçün orada olan və Bəni Aus, Bəni Xəzrəc, Təyy kimi politeist tayfalara məxusus olan tanrı bütlərini sındırmışdır. 1 il sonra Əli İslamı təbliğ etmək üçün Məhəmməd tərəfindən Yəmənə göndərilmişdir.[13][14]
Mübahilə hadisəsi
Məhəmməd M. 631/H. Q. 10-cu ildə bir neçə nəfəri İslamı yaymaq və təbliğ etmək üçün Yəmənin Nəcran məntəqəsin göndərir. Nəcran məntəqəsinin xristianları da Məhəmmədlə danışıq aparmaq üçün Mədinəyə bir nümayəndə heyəti göndərirlər. Xristianlar "biz şəkdəyik, şübhə edirik." deyirlər. Sonra Məhəmməd Ali-İmran surəsinin 61-ci ayəsinin nazil olduğunu bildirir. Ayədən sonra Məhəmməd xristianlara onlarla qarşlılqlı mübahilə edilməsini təklif edir. Xristianlar Məhəmməddən gedib rəhbərləri ilə məsləhətləşmələri üçün bir az vaxt və möhlət istəyirlər. Rəhbərləri onlara "Siz bu təklifi qəbul edin. Əgər Məhəmmədin qarğış etməyə hay-küylə, təm-təraqlı və çoxlu adamla gəldiyini görsəniz, əsla nigaran olmayın və bilin ki, çox da mühüm məsələ yoxdur, amma əgər az saylı adamla gəlsə, mübahilə fikrindən dönün və onunla saziş bağlayın." şəklində təlimat verirlər. Ayəyə əsasən mübahilə günü tərəflər, yəni müsəlman və xristianlar mübahiləyə öz oğlanlarını, qadınlarını və nəfslərini gətirməli idilər. Mübahilə günü Müsəlmanlar tərəfdən mübahiləyə gedən, Məhəmməd özü ilə qızı Fatiməni, əmisi oğlu və yeznəsi Əlini, nəvələri Həsən və Hüseyni gətirir. Xristianlar mübahilədən imtina edir və nəticədə mübahilə baş vermir. Tərəflər arasında saziş bağlanır. Sazişə əsasən xristianlar müsəlmanlara hər biri 40 dirhəm qiymətində olan 2000 hillən verməli idilər.[68][69][70][71][72][73][74][75][76][77][78][79][80][81][82][83]
Qədir Xum
Məhəmməd 632-ci ildə həyatının sonuncu həcc ziyarəti olan və Vida Həcci adlanan həcc ziyarətindən dönərkən Sünni və Şiələr tərəfindən fərqli izah edilən bəzi açıqlamalar vermişdir.[13] Məhəmməd Qədir-Xum adlanan çöldə dayandı və cammat namazı üçün toplanan camaata xitab etməyə başladı:[84]
– Möminlərə, onların özlərindən daha layiqi kimdir? Dedilər: Allah və Peyğəmbəri daha yaxşı bilir! – Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam – onlara özlərindən daha üstün və daha layiqəm! Ey camaat, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.[85][86][87] |
Şiələr iddia edirlər ki, bu hadisə Məhəmmədin xələfi olaraq Əlini seçməsi üçün əsasdır. Sünnilər isə tam əksinə bu hadisədə Məhəmmədin Əli ilə olan mənəvi yaxınlığını bildirdiyini və qardaş olmalarını ifadə etdiyini iddia edirlər.[88][89][90] Bir çox sufilər də belə hesab edirlər ki, Əli Məhəmmədin mənəvi hakimiyyətinin varisidir.[13][91] Bu hədisin əsasında sonradan şiələr Əlinin Əbu Bəkr və Ömərdən üstün olduğunu iddia etmişdirlər.[92]
Məhəmmədin canişinliyi
Ömrünün sonuna kimi bir çox ərəb qəbilə və tayfalarını vahid müsəlman dövlətində birləşdirən Məhəmməd 632-ci ildə vəfat etmişdir. Bundan sonra Məhəmmədin xələfi kimi kimin müsəlman icmasına rəhbərlik edəcəyi mübahisələrə səbəb olmuşdur.[93] Bu zaman Əli ailəsi ilə Məhəmmədin meyidini yumaq və onun dəfni ilə məşğul olmuşdur. Bu zaman bir qrup müsəlmanlar Səqifədə toplaşaraq Məhəmmədin canişini kimi onun səhabələrindən Əbu Bəkrin namizədliyini irəli sürmüşdür. Məclisdə Əbu Bəkrin Məhəmmədin birinci xəlifəsi olaraq müsəlman cəmiyyətinin rəhbəri seçildiyi elan edilmişdir. Məhəmmədin səhabələrindn bir qismi Məhəmmədin Əlini özündən sonra xələfi təyin olunduğu iddiası ilə bu seçkinin nəticələrini tanımamışdır.[17][94][95]
Daha sonra Fatimə və Əli xilafət məsələsində səhabələrdən kömək istəyərkən onlar belə cavab verdilər: "Ey Allah Rəsulunun qızı! Biz Əbu Bəkrə beyət etmişik. Əgər Əli daha öncə gəlsəydi, əlbəttə ki, onu tərk etməzdik." Əli dedi: "Bizə yaraşar ki, Peyğəmbərin dəfnindən əvvəl xilafət üstündə mübahisə edək?"[96][97]
Məhəmməddən sonrakı həyatı
Əlinin həyatının digər bir hissəsi 632-ci il Məhəmmədin ölümündən, 656-cı il 3-cü xəlifə Osmanın sui-qəsdinə qədərdir ki[14], bu müddət ərzində Əli nə bir döyüşdə və ya fəthdə iştirak etmiş nə də rəhbər vəzifələrdə işləmişdir. Xüsusilə həyat yoldaşı Fatimeyi-Zəhranın ölümündən sonra bütün siyasi işlərdən uzaqlaşmışdır. Bu müddət ərzində ailəsinə baxmaq üçün əkinçiliklə məşğul olmuşdur. Əli Mədinə yaxınlarında bir çox quyu qazırmış, bağça saldırmış və onları insanların ixtiyarına vermişdir. Bu quyular hal-hazırda da Əbar Əli (Əli quyusu) olaraq bilinir.
Əli Məhəmmədin ölümündən 6 ay sonra kamil bir Quran olan müshəf[98] hazırlamışdır. Nüsxə dəvə ilə Mədinədə yaşayan digər əhaliyə göstərmək üçün hazırlanmışdır. Bu Müshəfin surə sıralaması sonradan Osmanın vaxrtında hazırlanan Quran nüsxəsindəki surə sıralamasından fərqlənmişdir. Kitab əhaliyə göstərildikdən sonra onların bir qismi tərəfindən qəbul edilməmişdir. Buna baxmayaraq Əli öz müshəfi üçün mübarizə aparmışdır.[99][100][101]
Əli və Raşidi xəlifələr
Şiə mənbələrində hadisə belə nəql olunmuşdur: Məhəmməd Fədəyi dəvəli və atlı suvarilər olmadan (müharibəsiz) ələ keçirdikdən sonra Allah İsra surəsinin 26-cı ayəsini (Qohum-əqrəbaya haqqını ver.) nazil etmişdir. Məhəmməd bu ayəylə kimin nəzərdə tutulduğunu anlamadığına görə Cəbrailə müraciət etmiş, Cəbrail Allahdan soruşmuş, Allah da "Fədəyi Fatiməyə ver." demişdir. Məhəmməd də bundan sonra Fatiməni çağırmış və ona "Ey Fatimə! Allah mənə, Fədəyi sənə verməyimi əmr etdi." demiş, Fatimə də "Allahın və sənin bu hədiyyəni qəbul etdim." demişdir.[102][103][104] Məhəmməd sağ olduğu zaman Fədəyi Fatimənin vəkilləri idarə etmişdir. Məhəmməd öldükdən və Əbu Bəkr hakimiyyətə gəldikdən sonra isə Əbu Bəkr Fatimənin vəkillərini oradan çıxartmışdır. Bundan sonra Fatimə, Əbu Bəkrin yanına gəlmiş və Fədəyin təkrar özünə verilməsini istəmişdir. Əbu Bəkir ona "Mənə qaradərili birini gətir, buranın sənə verildiyinə şahidlik etsin." demişdir. Fatimə də Əli və Ümmü Əyməni gətirmiş, onlar da Fatimə lehinə şahidlik etmişdirlər. Bunun üzərinə Əbu Bəkr, Fatiməyə aid olan Fədəyə girməkdən imtina etməsinə ona dair bir yazı vermişdir. Fatimə Əbu Bəkrin yanından çıxdıqdan sonra yolda Ömərlə qarşılaşmış, Ömər "Əlindəki bu yazı nədir ey Məhəmmədin qızı?" deyə soruşmuş, Fatimə də "Əbu Bəkrin mənim üçün yazdığı bir yazıdır." cavabını vermişdir. Bundan sonra Ömər "Mənə göstər." demiş Fatimə isə göstərməmiş, bunun üstündən Ömər yazını əlindən çəkib almış və yazılanları oxumuş, sonra da üzərinə yağlı su töküb, silmiş və cırıb atmışdır. Fatiməyə də "Buranı sənin atan, atlı və dəvəli süvarilərlə zəbt etməmişdir. Çıxar artıq bu köləlik bağlarını boyunlarımızdan." demişdir.[105][106][107]
Sünni mənbələrində isə hadisə belə nəql olunmuşdur: Qohum-əqrəbaya haqqını ver (İsra, 26) ayəsi nazil olduqan sonra Məhəmməd Fədəyi Fatiməyə vermişdir.[108][109] Əbu Bəkr xəlifə seçildikdən sonra, Fədəyi Fatimədən almışdır.[110][111][112] Fatimə Əbu Bəkrə "Rəsulullah (s) Fədəyi mənə vermişdir." demiş, Əbu Bəkr isə cavabında "peyğəmbərlər özlərindən sonra miras qoymurlar, qoyduqkarı yalnız sədəqədir.[111][112] Bu mövzuda bir dəlilin varmı?" deyə soruşmuşdur. Bunun üzərinə Əli Fatimənin sözünə şahidlik etmişdir. Daha sonra Ümmü Əymən Əbu Bəkr və Ömərə "mənim Cənnət əhli olduğuma şahidlik edə bilərsinizmi?" deyə soruşmuş, onlar da "bəli." cavabını vermişdir. Ümmü Əymən də ardınca "mən də şahidlik edirəm ki, Nəbi (s) Fədəyi Fatiməyə (s.ə) vermişdir" demişdir.[111][112][113] Əbu Bəkir dəcavabında "Mən bir kişilə bir qadının şahidliyini qəbul etmirəm. Ya iki kişi, ya da bir kişi və iki qadın şahid göstərəcəksən." demişdir.[114] Bu hadisələrdən sonra Fatimə Əbu Bəkrə qəzəblənmiş və ölənə qədər onu danışdırmamışdır.[110][111][112][115]
Şiə mənbələrinə əsasən Əli Əbu Bəkrin xilafəti zamanı onun arxasında dayanıb (ona iqtida edib) namaz qılmazmış.[116][117]
Osmanın mühasirəsi
Osman ibn Əffan hakimiyyəti zamanı öz tayfası olan Bəni-Üməyyə (Bəni-Əbdüşşəms) tayfasından bəzi şəxsləri müxtəlif vəzifələrə təyin etdi. Əbuzər Ğiffari, Abdullah ibn Məsud, Əmmar Yasir və b. səhabə və tabeinlər Osmanın bu hərəkətlərinə görə onu comərdlikdə ittiham etmiş və xalq arasında ona qarşı bəzi etirazlar baş qaldırmışdır. Xilafətin əksər ərazilərində narazılıq və müqavimət 650–651-ci illərdə olmuşdur.[118] Osmanın müxtəlif ərazilərə təyin etdiyi valilər, xüsusilə müşaviri və yeznəsi Mərvan ibn Həkəmin təyinatı ona qarşı olan narazılıqları daha da artırmışdır.[119] Narazı qruplar Osmandan vəzifəyə təyin etdiyi şəxsləri vəzifədən azad etməsini və qohumbazlıq etməməsini ondan tələb etmişdirlər.[120]
Bəzi şiə[121][122] və sünni mənbələrində[123] Osmanın evinin mühasirədə olduğu zaman Əlinin ona məsləhət verib, köməkçi olduğu yazılsa da digər bəzi İslami mənbələr və İslam alimləri bu məlumatların zəif olduğu fikrini irəli sürür.[124][125][126]
Xilafəti
Xəlifə seçilməsi
Əli 656–661-ci illər arasında, İslam tarixinin ən çaxnaşmalı dövründə xəlifə olmuşur. Bu dövr həmçinin İlk Fitnə ilə də üst-üstə düşmüşdü.
Osmanın öldürülməsi o demək idi ki, üsyançılar yeni xəlifə seçməlidirlər. Bu, çox çətinliklərlə üzləşdi, belə ki, üsyançılar bir neçə qrupdan ibarət idilər: Mühacirlər, Ənsar, Misirlilər, Kufəlilər və Bəsrəlilər. Xəlifəlik üçün 3 namizəd var idi: Əli, Təlhə və Zübeyr. Üsyançılar ilk Əlinin yanına gəldilər və təklif etdilər ki, xəlifə olmağı qəbul etsin. Muhəmmədin səhabələrindən bəziləri bu təklifi qəbul etmək üçün Əlini razı salmağa çalışdılar, lakin o təklifi qəbul etmədi və 1-ci şəxs olmaq əvəzinə məsləhətçi ola biləcəyini bildirdi.
Təlhə, Zübeyr və digər səhabələr də xəlifəlik təkliflərinə mənfi cavab verdilər. Beləliklə, üsyançılar Mədinə əhalisinə xəbərdarlıq etdilər ki, 1 gün ərzində xəlifə seçsinlər, əks təqdirdə ciddi təbbirlər görəcəklər. Bu çıxılmaz vəziyyəti yoluna qoymaq üçün müsəlmanlar 18 iyun 656-cı il tarixdə xəlifə seçmək üçün Peyğəmbər məscidində toplandılar. Əli əvvəlcə təklifi sadəcə olaraq ona görə qəbul etmədi ki, onun ən güclü tərəfdarları üsyançılar idi. Ancaq Mədinə əhalisi ilə birlikdə Muhəmmədin bəzi görkəmli səhabələri də təkid etdikdən sonra sonunda razılaşdı. Əbu Mixnəfin rəvayətinə görə, Əliyə ilk beyət edən məşhur səhabə Təlhə idi, lakin digər rəvayətlər əksini iddia edir ki, onlar beyət etməyə məcbur edildilər. Həmçinin, bir müddət sonra Təlhə və Zübeyr könülsüz olaraq beyət etdiklərini iddia etdilər. Buna baxmayaraq, Əli onların iddialarını rədd etdi və israrl bildirdi ki, onlar könüllü şəkildə onu xəlifə kimi tanıyıblar. (yaxud, onlar könüllü çəkildə beyət ediblər). Vilfred Meydlanq hesab edir ki, güc insanları beyətə məcbur etməmiş və onlar məsciddə hər kəsin gözü qarşısında beyət etmişdilər.
Mədinə əhalisinin böyük əksəriyyəti və üsyançıların çox hissəsi beyət etsələr də, bəzi mühüm şəxslər yaxud qəbilələr beyət etmədilər. Əməvilər, Osmanın qohumları ya Levanta (məşriqə) qaçdılar, ya da evlərində oturdular. Daha sonra isə Əlinin xilafətinin qanuniliyinə etiraz etdilər. Səd ibn Əbi Vəqqas orada yox idi, Abdullah İbn Ömər isə beyət etməkdən çəkindi, lakin hər ikisi ona qarşı çıxmayacaqlarına dair Əlini inandırdılar.
Sonrasında
Əlinin ölümündən sonra Kufə müsəlmanları münaqişəsiz onun böyük oğlu Həsənə tabe olacaqlarını əhd etdilər. Belə ki, Əli dəfələrlə bildirmişdi ki, ancaq Məhəmmdəin Əhli-Beyti müsəlman cəmiyyətini idarə etmək hüququna malikdir. Bu zaman İslam Dövlətinin ən böyük komandiri Muaviyə Misir və Levantı tutmuş, özünü xəlifə elan etmiş və Həsənin xəlifəliyinin yerləşdiyi İraqa yürüş etmişdir.[130]
Ordu ona qarşı üsyan qaldırana qədər Muaviyə Həsənin komandirlərini tədricən çox miqdarda pulla və ya yalan vədlərlə devirirdi. Nəhayət, Həsən Muaviyəyə xilafəti təslim etmək və onunla sülh bağlamağa məcbur olmuşdur. Bu yolla Muaviyə İslam xəlifəliyini ələ keçirmiş və hər mümkün yolla Əlinin ailəsini və onun şiələrini təzyiq altında saxlamağa çalışmış və Muaviyənin əmrilə Əli hər xütbədən əvvəl minbərlərdən lənətlənməyə başlanmışdır. Əlinin lənətlənməsi Ömər ibn Əbdüləziz tərəfindən ləğv olunana qədər 60 il müddətində davam etmişdir. Muaviyə həmçinin mərkəzləşdirilmiş dövlət olan Əməvilər xilafətini yaratmışdır.[21][131][132][133]
Baxış
Şiə
Əli dövründə Şiə münasibətləri Məhəmməddən sonra ən əhəmiyyətli fiqur olmuşdur. Onlara görə Məhəmməd öz sağlığında dəfələrlə bildirmişdir ki, Əli onun ölümündən sonra müsəlmanların başçısı olacaqdır. Bu şiələr tərəfindən rəvayət olunan bir çox hədisdə dəstəklənir: Qədir-Xum hədisi, Səqaleyn hədisi, Qələm və kağız hədisi, Ali-Aba hədisi, Məkan hədisi, Xəbərdarlıq hədisi, On iki xəlifə hədisi.
Sünni
Süni müsəlmanları Əlini bir Əhli-Beyt və sonuncu Rəşidun xəlifəsi kimi, eləcə də İslamda ən mötəbər və təsiredici liderlərdən biri kimi anırlar.
Tanrı olaraq
Bəzi rəvayətlərdə Əlinin öz sağlığında ona ibadət etməyi qadağan etdiyi qeyd olunmuşdur.
Qeyri-İslami baxış
Şəxs | Sitat |
---|---|
Edvard Qibbon (Britaniya XVIII əsr tarixçisi) | Əlinin qeyrəti və xeyirxahlığı heç vaxt öz dinindən dönmüş insanlar tərəfindən qabaqlanmamışdır. O, müqəddəsi, əsgəri, şairi birləşdirmişdir; onun müdrikliyi hələ də onun mənəvi və dini kəlamlarında nəfəs almaqdadır; və qılınc və ya dil döyüşündə hər rəqibi onun fəsahəti və şücaəti üzündən məyus olurdu. Onun vəzifəsinin ilk saatından onun dəfnetmə mərasiminə qədər lider heç vaxt səxavətli dostu tərəfindən tərk edilməmişdir.[134] |
Vaşinqton İrvinq (ABŞ yazıçı və oçerkisti) | O, alicənab Qureyş nəslinin ən alicənab nümayəndəsi idi. O ərəblər tərəfindən vacib olan 3 böyük keyfiyyətə sahib idi: cəsarət, fəsahət, və əliaçıqlıq. O, Aslan tanrısının peyğəmbər adından qorxmaz ruh qazanmışdır; onun fəsahəti haqqında misallar hələ də bəzi ayələrdə və ərəblər arasındakı bəzi hekayələrdə saxlanmışdır; onun comərdliyi isə özünü hər cümə günü digər insanların iştirakı zamanı büruzə verirdi; kəraməti haqqında hər misalda təkrarlayırıq. |
Tarixçilik
Əlinin həyatından bəhs edən ən qədim mənbələr hədislər, eləcə də bəzi İslam mənbələridir. Orta əsr mənbələrinə isə sünni və şiələrin əsərləri, xristianların, hindlilərin və digər qeyri-müsəlmanların yazıları və bəzi qərb alimlərinin işləri aiddir.
Həmçinin bax
İstinadlar
- Dinlər, təriqətlər, məzhəblər, səh. 81
- Али бен-Аби-Талеб (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 438.
- Али-заде А. Али ибн Абу Талиб (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. С. 68. ISBN 978-5-98443-025-8
- Али-заде А. Хасан ибн Али (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. ISBN 978-5-98443-025-8
- Али-заде А. Хусайн ибн Али (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. ISBN 978-5-98443-025-8
- Али-заде А. Зайнаб бинт Али (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. ISBN 978-5-98443-025-8
- Biographies of the Prophet's companions and their successors, Ṭabarī, translated by Ella Landau-Tasseron, pp.37–40, Vol:XXXIX
- Kelen, 2001. səh. 29
- Watt, 1953. səh. xii
- Nasr, Seyyed Hossein. Ali // Encyclopædia Britannica Online. Encyclopædia Britannica, Inc. 2007-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-10-12. (#invalid_param_val)
- Tabatabaei, 1979. səh. 191
- Ashraf, 2005. səh. 14
- Diana, Steigerwald. Alī ibn Abu Talib // Encyclopaedia of Islam and the Muslim world; vol.1. MacMillan. ISBN 978-0-02-865604-5.
- Ashraf, 2005. səh. 119 and 120
- Madelung, 1997. səh. 141-145
- Dinlər, təriqətlər, məzhəblər, səh. 80
- Lapidus, 2002. səh. 47
- Holt, Lambton və Lewis, 1970. səh. 70–72
- Tabatabaei, 1979. səh. 50–75 and 192
- İslam, səh. 55
- Madelung, 1997. səh. 309 and 310
- "Arxivlənmiş surət". 2008-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-07.
- Ashraf, 2005. səh. 5
- Ashraf, 2005. səh. 6
- "Khalifa Ali Ibn Abu Talib". witness-pioneer.org. 2004-11-05. 2008-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-19. (#invalid_param_val)
-
"Hz. Əmirəlmöminin Əli (ə.s.) Rəcəb ayının on üçündə Ammulfil ilinin otuzunda Məkkədə Beytullahın içində dünyaya gəldi. Nə Əlidən əvvəl, nə də ondan sonra kimsə o mübarək məkanda dünyaya gəlmə səadətinə nail olmamışdır. Hz. Əlinin (ə.s.) Kəbədə dünyaya gəlişi bir fəzilət və şərəfdir ki, uca Allah bunu sadəcə o həzrətə məxsus qılmışdır.
- Əbu Abdullah Məhəmməd ibn Nöman Əkbəri əl-Bağdadi, "əl-İrşad Fi Marifəti Hucəcillahi Aləl İbad", c. 1, səh. 5, Təhqiq: Müəssəsətu Əhli-beyt (ə.s) Li Təhqiqi’t-Turas, Darul Müfid Lit-tibaəti Vən-Nəşru və Tavzii: Beyrut, İkinci nəşr, H. Q. 1414, M. 1993
-
"Onun (Radiyallahu anh) mənqıbələrindən biri də doğumunun Kəbənin içində baş verməsidir."
- Mühəddis Hind Şah Vəliyullah Dəhləvi, "İzalətul Xifa An Xilafətil Xüləfa", c. 4, Bab: Əmma Mə’suru Əmirilmöminin və İmamu Əşcaiin Əsedullahil Qalib Əli ibn Əbu Talib (Radiyallahun Ənh) Tashih ve Müracaat: Seyyid Cəmaluddin Hərəvi
-
"Rəvayət edilmişdir ki, Fatimə binti Əsəd (s.ə.) hamilə halı ilə Beytullahı təvaf edirdi. Doğum sancısı vücudunu sardı, bu zaman Kəbənin divarı yarıldı və Fatimə binti Əsəd içəri daxil olub Hz. Əlini (ə.s.) orada dünyaya gətirdi."
-
"Fatimə binti Əsədin Əmirəlmöminin Əlini (Kərəmullahu vəchəh) Kəbənin içində dünyaya gətirdiyi mövzusunda təvatür həddində hədislər rəvayət edilmişdir."
- Ashraf, 2005. səh. 6 and 7
- Ashraf, 2005. səh. 7
- İbn Əsir, Əl-Kamilu fit-tarix, c. 2, s. 58.
- İbn Hişam, Əs-siyrətün-nəbəviyyə, Təhqiqi: Mustəfa Siqa.
- Təbəri, Tarixul-uməm vəl-muluk, Darul-qamusul-hədis, c. 2, s. 213.
- İbn Əbilhədid, Şərhi Nəhcül-bəlağə, c. 13, s. 119
- Məsum imamların həyatı, səh. 7
- Şərhi-Nəhcül-bəlağə, c. 13, səh. 119
- Şərhi-Nəhcül-bəlağə, c. 13, səh. 208
- Şuəra, 26:214.
- Təbəri, c. 2, səh. 217
- Əl-kamilu fit-tarix, c. 2, səh. 63
- Şərhi-Nəhcül-bəlağə, c. 13, səh. 211
- Watt, William Montgomery. Muhammad at Mecca. səh. xii. Oxford University Press. 1953
- Watt, William Montgomery. Muhammad at Mecca. səh. 86. Oxford University Press. 1953
- Ashraf, 2005. səh. 28 and 29
- Bəqərə, 2:207.
- Tabatabaei, Sayyid Mohammad Hosayn. "Tafsir al-Mizan, Volume 3: Surah Baqarah, Verses 204–207". almizan.org. 2010-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-25.
- Ashraf, 2005. səh. 30–32
- Momen, 1985. səh. 13 and 14
- Ashraf, 2005. səh. 28–118
- Singh, 2003. səh. 175
- Əhzab, 33:33
- Madelung, 1997. səh. 14 and 15
- Hasan ibn Ali // Encyclopædia Iranica. 2014-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-01.
- Ashraf, 2005. səh. 42 and 43
- Qazwini, 1992. səh. 140
- Vaglieri, Veccia. Fatima // Encyclopedia of Islam. Leiden, The Netherlands: Brill. səh. Vol. 2 844–850. ISSN 1573-3912.
- Ashraf, 2005. səh. 36
- Merrick, 2005. səh. 247
- Khatab, Amal. Battles of Badr and Uhud. Ta-Ha Publishers. May 1, 1996. ISBN 978-1-897940-39-6.
- Ibn Al Atheer, In his Biography, vol 2 p 107 "لا فتی الا علي لا سيف الا ذوالفقار"
- Ashraf, 2005. səh. 66–68
- Zeitlin, 2007. səh. 134
- Əli ibn İbrahim əl-Qummi, "Təfsiri Qummi", c. 1, səh. 104
- Şeyx Səduq, "Uyunu əxbar ər-Rıza ə.s", c. 1, səh. 209–210, bab 23, hədis 1 Arxivləşdirilib 2022-06-11 at the Wayback Machine
- Şeyx Asif əl-Muhsini, "Muaşərə Biharul Ənvar", c. 1, səh. 276
- Seyid Əbulqasim əl-Xoyi, "Mucəm ricalil hədis", c. 8, səh. 217, 4648-ci ravi Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine
- Müslüm, "əs-Səhih", c. 4, səh. 1871, Səhabənin fəziləti kitabı, hədis 2404
- Beyhəqi, "Dəlailun Nübüvvə", səhifə 353–354, hədis 244 Arxivləşdirilib 2020-11-30 at the Wayback Machine
- Şeyx Nəcaşi, "Rical Nəcaşi", səhifə 165, 437-ci ravi Arxivləşdirilib 2021-05-09 at the Wayback Machine
- Əhməd b. Hənbəl "Müsnəd", c. 1, səh. 85, hədis 1608 Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine
- Şeyx Tusi "Fihrist", səhifə 71, 285-ci ravi Arxivləşdirilib 2015-03-25 at the Wayback Machine
- Tirmizi, "Sünən", c. 6, səh. 86–87, Mənaqib kitabı, hədis 3724 Arxivləşdirilib 2013-06-30 at the Wayback Machine
- Şeyx Əyyaşi, "Təfsiri Əyyaşi", c. 1, səh. 176–177 Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine
- Hakim, "Müstədrək", c. 3, səh. 163, hədis 4719 Arxivləşdirilib 2018-10-18 at the Wayback Machine
- Hakim, "Müstədrək", c. 2, səh. 649, hədis 4157 Arxivləşdirilib 2018-10-18 at the Wayback Machine
- İbni Kəsr, "Təfsirul-Quranil-Əzim", c. 3, səh. 55 Arxivləşdirilib 2023-08-01 at the Wayback Machine
- Vahidi "Əsbabı Nüzul", səhifə 67–68 Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine
- Asim ibn Əbdülmuhsin, "Səhih min Əsbabı Nüzul", səhifə 85 Arxivləşdirilib 2020-10-29 at the Wayback Machine
- Dakake, 2008. səh. 34–39
- Veccia Vaglieri, Laura. G̲h̲adīr K̲h̲umm // Encyclopædia of Islam, Second Edition. Brill Online. 2013-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-28. (#invalid_param_val)
- Dakake, 2008. səh. 34–37
- Ibn Taymiyyah, Minhaaj as-Sunnah 7/319
- Gleave, Robert M. Ali ibn Abi Talib // Encyclopaedia of Islam, THREE. Brill Online. 2013-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-29. (#invalid_param_val)
- Dakake, 2008. səh. 43–48
- Tabatabaei, 1979. səh. 40
- Dakake, 2008. səh. 33–35
- Madelung, 1997. səh. 253
- Lapidus, 2002. səh. 31 and 32
- Holt, Lambton və Lewis, 1970. səh. 57
- Madelung, 1997. səh. 26–27, 30–43 and 356–360
- Ibn Qutaybah, al-Imamah wa al-Siyasah, Vol. I, pp. 12–13
- Ibn Abi al-Hadid, Sharh; Vol. II, p.5.
- Nasr, Seyyed Hossein. Quran // Encyclopædia Britannica Online. 2007. 2007-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-11-04. (#invalid_param_val)
- Tabatabaei, 1987. səh. chapter 5
- Observations on Early Quran Manuscripts in San'a
- The Quran as Text, ed. Wild, Brill, 1996 ISBN 978-90-04-10344-3
- Kuleyni, "əl-Kafi", 1/543, hədis 5 Arxivləşdirilib 2022-07-10 at the Wayback Machine
- Şeyx Səduq, "Uyunu Əxbar ər-Rza ə.s", səh. 229–230, bab 23, hədis 1 Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine
- Seyid Haşim Bəhrani, "Qayrətul-Məram", 3/284–286 Arxivləşdirilib 2021-10-06 at the Wayback Machine
- Kuleyni, "əl-Kafi", 1/348–349, Hüccət kitabı, bab 130, hədis 5 Arxivləşdirilib 2022-07-10 at the Wayback Machine
- Şeyx Tusi, "Təhzibul -Əhkam", 4/148–149, hədis 36 Arxivləşdirilib 2021-09-25 at the Wayback Machine
- Şeyx Müfid, "İxtisas", səhifə 183 Arxivləşdirilib 2021-09-24 at the Wayback Machine
- Əbu Yala, "Müsnəd", 2/334, hədis 1075 Arxivləşdirilib 2020-10-21 at the Wayback Machine
- əs-Süyuti, "əd-Durrul Mənsur", İsra surəsi 26-cı ayənin təfsiri
- Buxari, "əs-Səhih", 3/142, Məğazi kitabı, bab 38, hədis 4240 Arxivləşdirilib 2020-09-23 at the Wayback Machine
- Madelung, 1997. səh. 50 and 51
- Qazwini, Ordoni, 1992. səh. 211
- ibni Şöbə ən-Nümeyr, "Tarixi-Mədinə", 1/199
- Bəlazuri, "Futuhul-Buldan", səhifə 43 (40) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- Elməddin İmamqulu. "İsra surəsinin 26-cı ayəsinin təfsiri və Nəbinin (s) Fədəyi Hz. Fatiməyə (s.ə) verməsi" (az.). saqaleyn.wordpress.com. 2015-01-22. 2015-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
- Təfsir əl-Qummi, 2/158–159
- Təfsir Nur əs-Səqəleyn, 4/188
- Madelung, 1997. səh. 87 and 88
- Madelung, 1997. səh. 90
- Madelung, 1997. səh. 92–107
- Şeyx Müfid, "Kitabul-Cəməl", səhifə 100 Arxivləşdirilib 2021-09-15 at the Wayback Machine
- Seyyid Razi (r.ə), "Nəhcül-bəlağə", 164-cü xütbə Arxivləşdirilib 2014-11-05 at the Wayback Machine
- Təbəri, "Tarixi Təbəri", 3/375–376 Arxivləşdirilib 2021-12-14 at the Wayback Machine
- "Seyid Sadiq ər-Ruhaniyə (r.ə) göndərilən sual və onun cavabı". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
- "islamweb saytı, 2013/11/07 tarixi, 226477-ci fətva". 2015-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
- Elməddin İmamqulu. "İmam Əli (ə) üsyan zamanı Osman ibn Əffana köməkçi olubmu?" (az.). saqaleyn.wordpress.com. 2014-04-01. 2015-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
- "Arxivlənmiş surət". 2020-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
- "Arxivlənmiş surət". 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
- Robert G. Hoyland: In God's Path. The Arab Conquests and the Creation of an Islamic Empire [tr: Allah'ın Yolunda. Arap Fetihleri ve İslam İmparatorluğunun Yaratılışı] (2015)
- Madelung, 1997. səh. 313 and 314
- Madelung, 1997. səh. 334
- Holt, Lambton və Lewis, 1970. səh. 72
- Tabatabaei, 1979. səh. 195
- The Decline and Fall of the Roman Empire, London, 1911, volume 5, pp. 381–2
Ədəbiyyat
- Ahmed, M. Mukarram, Encyclopaedia of Islam, Anmol Publications PVT. LTD., 2005, ISBN 978-81-261-2339-1
- Al-Shaykh Al-Mufid, Kitab Al-Irshad: The Book of Guidance into the Lives of the Twelve Imams, Routledge Kegan & Paul, 1986, ISBN 978-0-7103-0151-2
- Al-Tabari, Muhammad ibn Jarir, History of the Prophets and Kings, translation and commentary issued by R. Stephen Humphreys, SUNY Press, 1990, ISBN 978-0-7914-0154-5 (volume XV.)
- Ashraf, Shahid, Encyclopedia of Holy Prophet and Companions, Anmol Publications PVT. LTD., 2005, ISBN 978-81-261-1940-0
- Kelen, Betty, Muhammad: The Messenger of God, Taylor Production, 2001, ISBN 978-0-929093-12-3
- Chirri, Mohammad, The Brother of the Prophet Mohammad, Islamic Center of America, Detroit, Michigan. Alibris, 1982, ISBN 978-0-942778-00-7
- Corbin, Henry, History of Islamic Philosophy, London: Kegan Paul International in association with Islamic Publications for The Institute of Ismaili Studies, 1993 [1964], ISBN 978-0-7103-0416-2 Translated by Liadain Sherrard, Philip Sherrard.
- Dakake, Maria Massi, The Charismatic Community: Shi'ite Identity in Early Islam, SUNY Press, 2008, ISBN 978-0-7914-7033-6
- Halm, Halm, Shi'ism, Edinburgh University Press, 2004, ISBN 978-0-7486-1888-0
- Hamidullah, Muhammad, The Prophet's Establishing a State and His Succession, University of California, 1988, ISBN 978-969-8016-22-7
- Holt, P.M.; Lambton, Ann K.S.; Lewis, Bernard, redaktorlar Cambridge History of Islam, Cambridge University Press, 1970, ISBN 978-0-521-29135-4
- Kelsay, John, Islam and War: A Study in Comparative Ethics, Westminster John Knox Press, 1993, ISBN 978-0-664-25302-8
- Lambton, Ann K. S., Landlord and Peasant in Persia, I.B.Tauris, 1991, ISBN 978-1-85043-293-7
- Lawson, Todd, redaktor Reason and Inspiration in Islam: Theology, Philosophy and Mysticism in Muslim Thought, I.B.Tauris, 2005, ISBN 978-1-85043-470-2
- Lapidus, Ira, A History of Islamic Societies (2nd), Cambridge University Press, 2002, ISBN 978-0-521-77933-3
- Lewis, Bernard, The Political Language of Islam, University of Chicago Press, 1991, ISBN 978-0-226-47693-3
- Madelung, Wilferd, The Succession to Muhammad: A Study of the Early Caliphate, Cambridge University Press, 1997, ISBN 978-0-521-64696-3
- Merrick, James L., The Life and Religion of Mohammed as Contained in the Sheeah Traditions, Kessinger Publishing, 2005, ISBN 978-1-4179-5536-7
- Momen, Moojan, An Introduction to Shi‘i Islam: The History and Doctrines of Twelver Shi'ism, Yale University Press, 1985, ISBN 978-0-300-03531-5
- Nasr, Seyyed Hossein; Dabashi, Hamid; Nasr, Vali, Expectation of the Millennium, Suny press, 1989, ISBN 978-0-88706-843-0
- Nasr, Seyyed Hossein; Leaman, Oliver, History of Islamic Philosophy, Routledge, 1996, ISBN 978-0-415-13159-9
- Nasr, Seyyed Hossein, Islamic Philosophy from Its Origin to the Present, SUNY Press, 2006, ISBN 978-0-7914-6799-2
- Peters, F. E., The Monotheists: Jews, Christians, and Muslims in Conflict and Competition, Princeton University Press, 2003, ISBN 978-0-691-11461-3
- Qazwini, Muhammad Kazim; Ordoni, Abu Muhammad, Fatima the Gracious, Ansariyan Publications, 1992, OCLC 61565460
- Redha, Mohammad, Imam Ali Ibn Abi Taleb (Imam Ali the Fourth Caliph, 1/1 Volume), Dar Al Kotob Al ilmiyah, 1999, ISBN 978-2-7451-2532-3
- Robinson, Chase F., Islamic Historiography, Cambridge University Press, 2003, ISBN 978-0-521-62936-2
- Shaban, Muḥammad ʻAbd al-Ḥayy, Islamic History, Cambridge University Press, 1971, ISBN 978-0-521-29131-6
- Shah-Kazemi, Reza, Justice and Remembrance: Introducing the Spirituality of Imam Ali, I.B.Tauris, 2007, ISBN 978-1-84511-526-5
- Stearns, Peter N.; Langer, William Leonard, The Encyclopedia of World History: Ancient, Medieval, and Modern, Houghton Mifflin Books, 2001, ISBN 978-0-395-65237-4
- Tabatabaei, Sayyid Mohammad Hosayn, Shi'ite Islam, Suny press, 1979, ISBN 978-0-87395-272-9| Translated by Seyyed Hossein Nasr.
- Tabatabaei, Sayyid Mohammad Hosayn, The Quran in Islam: Its Impact and Influence on the Life of Muslims, Zahra, 1987, ISBN 978-0-7103-0265-6, 2011-06-10 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-10-19
- Watt, William Montgomery, Muhammad at Mecca, Oxford University Press, 1953
- Zeitlin, Irving M., The Historical Muhammad, Polity, 2007, ISBN 978-0-7456-3998-7
- İbn Əbilhədid, Şərhi-Nəhcül-bəlağə, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, birinci çap, Qahirə, Daru İhyail-kutubil-ərəbiyyə, H. Q. 1378
- Mehdi Pişvayi, Məsum imamların həyatı. Bakı, "Qələm", 2004, 484 səh.
- Mehdi Pişvayi. Məsum İmamların Tarixi. Bakı, "Mirasnəşr", 2011, 480 s. ISBN 978-9952-450-48-4
- İslam: Qısa məlumat kitabı. Bakı, "Azərnəşr", 1984, 164 səh.
- Ziya Bünyadov. Dinlər, təriqətlər, məzhəblər. Bakı, "Şərq-Qərb", 2007, 336 səh.
Həmçinin oxu
Orginal mənbə
- Ali ibn Abi Talib. Nahj al-Balagha (Peak of Eloquence), compiled by ash-Sharif ar-Radi. Alhoda UK. 1984. ISBN 978-0-940368-43-9.
- Ali ibn al-Athir. In his Biography, vol 2.
- Muslim ibn Həccac. Səhihi-Muslim, Kitab 19, 31.
İkinci dərəcəli mənbələr
- Kitablar
- Abdul Rauf, Muhammad; Seyyed Hossein Nasr, Imam 'Ali ibn Abi Talib: The First Intellectual Muslim Thinker, Al Saadawi Publications, 1996, ISBN 978-1-881963-49-3
- Al-Tabari, Muhammad ibn Jarir, History of the Prophets and Kings, translation and commentary issued in multiple volumes, SUNY Press, 1987 to 1996 volumes 6–17 are relevant.
- Allamah Hilli, Jamal al-Din ibn Yusuf, Certainty Uncovered, A book on the virtues of Imam Ali from Sunni and Shia Sources (Kashf Al-Yaqin), Ansariyan Publications, Iran, ISBN 978-964-438-925-2, 2021-10-06 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-10-19
- Motahhari, Morteza, Glimpses of the Nahj Al-Balaghah, translated by Ali Quli Qara'i, Islamic Culture and Relations Organizati, 1997, ISBN 978-964-472-071-0
- Motahhari, Morteza, Polarization Around the Character of 'Ali ibn Abi Talib, World Organization for Islamic Services, Tehran, 1981, 2007-10-11 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2014-10-19
- Motahhari, Morteza, The Attraction and Repulsion of Ali (a.s.), 2021-10-07 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-10-19
- Chirri, Mohamad Jawad, The Brother of the Prophet Mohammad (Imam Ali), Ansariyan Publications, Iran, 2021-10-07 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-10-19
- Jordac, George, The Voice of Human Justice, Ansariyan Publications, Iran, ISBN 978-964-438-158-4, 2021-12-14 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-10-19
- Husayn, Mufti Ja`far, Biography of Imam Ali ibn Abi-Talib, Ansariyan Publications, Iran, ISBN 978-964-438-798-2, 2022-01-18 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-10-19
- Majid, Massoudi, The Sufferings of Amirol Mo’minin Ali ibn Abi Talib Life and Martyrdom, Ansariyan Publications, Iran, ISBN 978-964-438-959-7, 2021-10-06 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-10-19
- Labbaf, Ali, A Victim Lost in Saqifah, Ansariyan Publications, Iran, 2022-01-18 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-10-19
- Tahmasebi, Muhammad Husayn, Imam Ali (S), Sunshine of Civilized Islam, Ansariyan Publications, Iran, ISBN 978-964-438-377-9, 2022-01-18 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-10-19
- Cleary, Thomas, Living and Dying with Grace: Counsels of Hadrat Ali, Shambhala Publications, Incorporated, 1996, ISBN 978-1-57062-211-3
- Corn, Patricia, Medieval Islamic Political Thought, Edinburgh University Press, 2005, ISBN 978-0-7486-2194-1
- Gordagh, George, Ali, The Voice of Human Justice, 1956, ISBN 978-0-941724-24-1(in Arabic)
- Khatab, Amal, Battles of Badr and Uhud, Ta-Ha Publishers, 1996, ISBN 978-1-897940-39-6
- Kattani, Sulayman, Imam 'Ali: Source of Light, Wisdom and Might, translation by I.K.A. Howard, Muhammadi Trust of Great Britain and Northern Ireland, 1983, ISBN 978-0-9506986-6-3
- Lakhani, M. Ali.; Reza Shah-Kazemi; Leonard Lewisohn, The Sacred Foundations of Justice in Islam: The Teachings of Ali Ibn Abi Talib, Contributor Dr Seyyed Hossein Nasr, World Wisdom, Inc, 2007, ISBN 978-1-933316-26-0
- Ensiklopediyalar
- Shah-Kazemi, Reza, Ali ibn Abi Talib, in Muhammad in History, Thought, and Culture: An Encyclopedia of the Prophet of God (2 vols.), Edited by C. Fitzpatrick and A. Walker, Santa Barbara, ABC-CLIO, 2014. ISBN 1-61069-177-6
- Encyclopaedia of Islam Online. Brill. 2004. E-ISSN 1573-3912.
- Encyclopædia Britannica Online. Encyclopædia Britannica, Inc. Ali Arxivləşdirilib 2015-05-03 at the Wayback Machine
- Martin, Richard C. Encyclopaedia of Islam and the Muslim world; vol.1. MacMillan. ISBN 978-0-02-865604-5.
- Encyclopædia Iranica. Center for Iranian Studies, Columbia University. ISBN 978-1-56859-050-9. ʿALĪ B. ABĪ ṬĀLEB Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine
- Meri, Josef W.; Jere L. Bacharach. Medieval Islamic Civilization: An Encyclopedia. Taylor & Francis. 2006. ISBN 978-0-415-96691-7.
- Jones, Lindsay. Encyclopedia of Religion. Gale Group. 2004. ISBN 978-0-02-865733-2.
Xarici keçidlər
- "İmam Əli (ə) kimdir? (I hissə)" (az.). islamazeri. 2017-04-18. 2017-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-18.
- "İmam Əli (ə) kimdir? (II hissə)" (az.). islamazeri. 2017-04-18. 2017-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-18.
- Ən qədim Quran nüsxəsinin İmam Əliyə (ə) aid olması faktı aşkar edilib (az.)
- "Kurandakı apaçık imam Hz. Alidir" (türk). islamkutuphanesi.com. İstifadə tarixi: 2014-09-29.
- Hz. Ali (aleyhi selam)