Əli Xəlilov

Əli Tağı oğlu Xəlilov (18 yanvar 1894, Naxçıvan22 iyun 1975, Bakı) — Azərbaycan kino və teatr aktyoru və pedaqoqu.

Əli Xəlilov
Əli Tağı oğlu Xəlilov
Doğum tarixi
Doğum yeri Naxçıvan şəhəri
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Bakı şəhəri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyət illəri 1915-1975
Təhsili Tiflis texniki peşə məktəbi

Həyatı

Əli Tağı oğlu Xəlilov 1894-cü ildə yanvar ayının 18-də Naxçıvan şəhərində anadan olub. İlk təhsilini mollaxanada alsa da, sonradan oranı tərk edib və M.T.Sidqinin məktəbində oxuyub. 1911–15-ci illərdə Tiflisdə texniki peşə məktəbini bitirdikdən sonra Naxçıvanda qayıdaraq, Rüşdiyyə məktəbində dərs deyib. Naxçıvan teatrında çalışıb. "Naxçıvan Muxtar Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. 1917-ci ildə Rza Təhmasib tərəfindən tamaşaya qoyulan "Arşin mal alan", "O olmasın, bu olsun" komediyalarında Vəli və Hambal rollarını oyanyıb. 1920-ci ildən 1935-ci ilə qədər isə Naxçıvan Teatrının direktoru işləyib. Sidqi Ruhullanın Naxçıvan teatrında səhnəyə qoyduğu "Otello" , "Hamlet", ""Pəri-cadu", "Yağışdan çıxdıq, yağmura düşdük", "Dağılan tifaq" tamaşalarında oynadığı rollarla diqqəti çəkib. Ə. Xəlilov Səməd Mövləvi, Heydər Məmmədov, Rza İsfəndiyarlı, Mirhəsən Mirişli, Rza Məmmədov (Bacıoğlu), Əyyub Abbasov və başqalarının köməyi ilə bir sıra əsərləri tamaşaya qoymuşdur. 1930-cu illərin sonlarında Bakıya gedərək Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Əli Xəlilovun "Onu bağışlamaq olarmı" filminəd yaratdığı primus düzəldən Şahmar obrazı ona gözəl aktyor kimi şöhrət gətirib. Əli Xəlilov Hüseyn Cavidin "Şeyx Sənan", C. Məmmədquluzadənin "Ölülər", A. Şirvanzadənin "Namus", Molyerin "Zorən təbib", C. Cabbarlının "Aydın", " Sevil" və başqa tamaşalarda yaddaqalan obrazlar yaradıb. 1964-cü ildə onun müəllifi olduğu "Naxçıvan teatrının tarixi" kitabı dəyərli mənbə kimi əhəhmiyyətlidir. Əli Xəlilov 1975-ci ildə iyun ayının 22-də Bakıda vəfat edib.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.