Əli Volkan

Əli Volkan (1887, Nardaran - 1981, İstanbul, Türkiyə) — Azərbaycan mühacirət ədəbiyyatının nümayəndələrindən biri, folklorçu.

Əli Volkan
Doğum tarixi
Doğum yeri Nardaran
Vəfat tarixi (94 yaşında)
Vəfat yeri İstanbul
Türkiyə Türkiyə
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair

Həyatı

Əli Volkan 1887-ci ildə Nardaran kəndində dünyaya gəlmişdir. Kiçik yaşlarından bədii yaradıcılıqla ardıcıl məşğul olmuşdur. Azərbaycanda Xalq Cümhuriyyətinin elan edilməsini böyük coşqunluqla, ruh yüksəkliyi ilə qarşılamış, duyğularını şerlərində ifadə etmişdir. Gəncə alayında hərbi xidməti borcunu yerinə yetirmişdir. Xalq Cümhuriyyətinin süqutundan sonra şeirlərini Əli Usta təxəllüsü ilə dərc etdirmişdir. Türkiyədə milli ruhlu şerləri siyasi mühacirətin nəşr etdiyi dərgilərdə çıxmışdır. Bu şerlərdə Azərbaycanın müstəqil dövlət olacağına dərin inam əksini tapmışdır. Azərbaycan bayatıları kitabını tərtib və nəşr etdirmişdir.

1981-ci il avqustun 2-də İstanbulda vəfat etmişdir.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.