Əli Verdiyev

Əli Mürsəl oğlu Verdiyev (30 yanvar 1936, Bakı8 may 2020) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar rəssamı (1982).

Əli Verdiyev
Doğum tarixi 30 yanvar 1936(1936-01-30)
Doğum yeri
Vəfat tarixi 8 may 2020(2020-05-08) (84 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Türkiyə Türkiyə
Fəaliyyəti rəssam
Təhsili
Janrlar peyzaj, portret
Mükafatları "Şərəf nişanı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı
Azərbaycan SSR əməkdar rəssamı Azərbaycan LKGİ mükafatı

Həyatı

Əli Mürsəl oğlu Verdiyev 1936-cı ildə Bakıda anadan olmuşdur. 1958-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra 10 il ərzində Sankt-Peterburqda təhsil almış, İ. Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda, V. Muxina adına Leninqrad Ali Rəssamlıq və Sənaye Məktəbində oxumuşdur.[1]

1995-ci ildə İstanbula köçən rəssam sonralar Kayseridə işləməyə başlamış, Ərciyəs Universitetinin professoru olmuşdur.[2]

Əli Verdiyev 8 may 2020-ci ildə vəfat etmişdir.[3]

Yaradıcılığı

Əli Verdiyev yaradıcılıq fəaliyyəti dövründə müxtəlif mövzu və janrlara müraciət etmiş, onun yaradıcılığında dəqiq və aydın rəsmlər əsas yer tutmuşdur.[4] Müxtəlif süjetli kompozisiyaların müəllifi olmuşdur. Onun "Savadsızlığın ləğvi" (1969), "Gənclik" (1970), "Qızıl toy" (1971), "Cənnət və cəhənnəmə gedən yol" (1973), "Əmək qələbəsi" (1977), "Xatirələr" (1980), "Qocalıq" (1980), "Həyəcanlı gün" (1995), "Dəniz gəzintisi" (1997), "Folklor" (1998), "Azıx mağarası" (2011) və başqa kompozisiyaları bu qəbildən hesab edilir.[5] Onun "Adilə", "Fatma" və qızı Zemfiranın portretləri yaşlarda fırçaya aldığı portretləri bu janrdakı əsərləri arasında xüsusi əhəmiyyətə malikdir.[3]

Əli Verdiyev elmi-metodiki fəaliyyətlə də məşğul olmuşdur. O, "Rəssam-pedaqoq", "Rəngkarlıqda rəngin təsir gücü", "Dəzgah rəngkarlığı" kimi metodik əsərlərin müəllifidir.[6]

Rəssam ilk dəfə 1957-ci ildə Moskvada beynəlxalq sərgidə iştirak etmiş, sonrakı illərdə isə müxtəlif miqyaslı sərgilərə qatılmışdır.[3] O, İtaliya, Yaponiya, Avstriya, Finlandiya, İsveç, Türkiyə, Lüksemburq, Çexoslovakiya, Bolqarıstan, ADR, AFR, Vyetnam və başqa ölkələrdəki sərgilərin iştirakçısı olmuşdur.[6]

Təltif və mükafatları

İstinadlar

  1. "Ali Verdiyev". turkishpaintings.com (türk). 2 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2022.
  2. Нихаль Ипек. "Как живут люди, не пишущие картин? Подробности: Как живут люди, не пишущие картин?". vestiturkey.com (rus). 20 январь 2019. 2 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2022.
  3. "Əməkdar rəssam Əli Verdiyev dünyasını dəyişib". "Mədəniyyət" qəzeti. 13 may 2020. səh. 6. 2 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2022.
  4. Rasim Əfəndi. Azərbaycan incəsənəti. Bakı: Şərq-Qərb. 2007. ISBN 978-9952-34-116-4.
  5. Türkan Abbasova. "Əməkdar rəssam Əli Verdiyev yaradıcılığında süjetli kompozisiyaların bədii xüsusiyyətləri". Mədəniyyət. yanvar–fevral (323). 2019: 68–71. ISSN 2413-2365.
  6. Әли Вердијев. Дәзҝаһ рәнҝкарлығы. Бакы: Ишыг. 1988. С. 77.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.