Əli Təhməzov

Təhməzov Əli Şahbaba oğlu (2 yanvar 1943, Keşdiməz, Ağsu rayonu) — Azərbaycan Respublikasının baş nazirinin müavini (1993–1994), Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri (1993–1994), Azərbaycan Respublikasının əməkdar inşaatçısı (1991).[1]

Əli Təhməzov
bayraq
Azərbaycan Respublikasının baş nazirinin müavini
bayraq2
18 may 1993 16 oktyabr 1994
Baş nazirPənah Hüseyn (1993)
Surət Hüseynov (1993-1994)
Fuad Quliyev (1994-1996)
SonrakıAbid Şərifov
18 may 1993 16 oktyabr 1994
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıAbid Şərifov
Şəxsi məlumatlar
Doğum tarixi 2 yanvar 1943(1943-01-02) (81 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Azərbaycan Respublikasının əməkdar mühəndisi

Həyatı

Əli Təhməzov 2 yanvar 1943-cü ildə Ağsu rayonunun Keşdəməz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.

Azərbaycan Respublikasının əməkdar inşaatçısıAzərbaycan Respublikasının əməkdar mühəndisidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, 3 övladı var.

Fəaliyyəti

Əmək fəaliyyətinə 1961-ci ildə başlamış və tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi kimi fəaliyyət göstərmişdir. 1978-ci ildən 2 nömrəli Ev Tikmə Kombinatının rəisi, 1982-ci ildən Birlik İdarəsinin rəisi, 1985-ci ildən Bakı Baş Tikinti İdarəsinin rəisi, 1989-cu ildən Dəmir Yol İdarəsinin rəis müavini və 1992-ci ildən Nazirlər Kabinetində baş referent vəzifələrində çalışmışdır.

1993–1994-cü illərdə Azərbaycan Respublikasının baş nazirinin müavini və Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri vəzifələrində işləmişdir.

2003–2015-ci illərdə Azərbaycan Respublikası Rabitə Nazirliyinin Layihə İdarəsində rəis müavini çalışmışdır.

Mükafatları

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.