Əli Salahlı

Əli Məmməd oğlu Salahlı (Salayev) (26 iyun 1946, Masallı rayonu24 aprel 2005, Lənkəran) — Azərbaycanın teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2000).

Əli Salahlı
Doğum tarixi 26 iyun 1946(1946-06-26)
Doğum yeri
Vəfat tarixi 24 aprel 2005(2005-04-24) (58 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1973–2005
Teatr Lənkəran Dövlət Dram Teatrı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2000

Həyatı

Əli Salahlı 26 iyun 1946-cı ildə Masallı rayonunun Yeddioymaq kəndində doğulmuşdur. O, 1977–1982-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil alıb. 1973–2005-ci illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppasında aktyor işləyib.[1]

Əli Salahlı 24 aprel 2005-ci ildə Lənkəranda vəfat etmişdir.

İfa etdiyi əsas rollar

TamaşaMüəllifRol
TamahkarSüleyman Sani AxundovHacı Murad
AlovMehdi HüseynCəlal Qaşqay
VaqifSəməd VurğunVidadi
SənsizŞıxəli QurbanovTərlan
Bəxtsiz cavanƏbdürrəhim bəy HaqverdiyevMusa
Hacı QəmbərNəcəf bəy VəzirovHacı Qəmbər
Arvadımın əriGeorgi XuqayevElbrus
Qatır MəmmədZeynal XəlilƏziz
Qəhrəmanlıq xronikasıBaba RzayevMehmandarov
Məhv olmuş gündəliklərİlyas ƏfəndiyevQənimət
Mahnı dağlarda qaldıİlyas ƏfəndiyevBayram bəy
Bahalı oğlanSergey MixalkovMakintoş
Kəndçi qızıMirzə İbrahimovSarvan
Ölüm hökmüƏli SəmədliAta

Filmoqrafiya

Mükafatları

İstinadlar

  1. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I. Bakı: Azərnəşr. 2016.
  2. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 2019-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2018.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.